Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-27/2021 13.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Bərdə rayon Samuxlu bələdiyyəsinin nümayəndəsi X5, üçüncü şəxslər X25, X13 və X6 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X9 cavabdeh Bərdə rayon Samuxlu bələdiyyəsinə (üçüncü şəxslər X25, X13 və X26) qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Samux kolxozunun rəhbəri X14 ilə X25 arasında imzalanan xx.xx.1992-ci il tarixli 20 nömrəli “Torpağın icarəyə verənlə icarəçi arasında kənd təsərrüfatı məhsulları istehsalına dair icarə müqaviləsi”ndən görünür ki, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəçiyə əkinə qismən yararlı 12 ha, şoran 64 ha olmaqla cəmi 76 ha torpaq sahəsi icarəyə verilmişdir. xx.xx.1992-ci il tarixli Bərdə rayon XDS-nin sədri tərəfindən təsdiqlənmiş sahəseçmə aktının surətindən məlum olur ki, Bərdə rayon XDS-nin xx.xx.1992-ci il tarixli 19 nömrəli qərarına əsasən Bərdə rayon X28 məxsus olan «Samux» kolxozu ərazisindəki səmərəsiz istifadə olunan fond torpaqlarından quşçuluq istiqaməti üzrə yaradılmış kəndli-fermer təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 76 hektar torpaq sahəsinə baxış keçirildi, müəyyən olundu ki, ayrılmış sahə ümumi ərazisinin cənub tərəfindəki birinci və ikinci kletka olmaqla, şimaldan Rayon XDS-nin fond torpağı, qalan tərəfdən isə Samux kolxozunun torpağı ilə ikincisi isə cənubdan fond torpağı, qərbdən və şimaldan kolxozun nohur yeri, şərqdən isə H.Hacıyev adına kolxozun torpağı ilə həmsərhəd olub, yanğından mühafizə qaydalarına və sanitar normalarına uyğundur. “Qu-quşu” tam sərbəst icarə kollektivinin kənd təsərrüfatı məhsullarının satışına dair xx.xx.1993-cü il tarixli 01 nömrəli müqaviləsindən görünür ki, “Samux” kolxozu ilə icarəçi X25 arasında kənd təəsərrüfatına səmərəsiz cəmi 76 hektar, o cümlədən 10 hektar səmərəsiz yer, 58 hektar şoran yer, 8 hektar əkinə qismən yararlı yer icarəyə verilmiş, icarəçi 36 hektar sahədə balıqçılıq, 40 hektarda isə quşçuluq sahəsi ilə məşğul olacağını öhdəsinə götürmüşdür. Bərdə rayonu X19 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 41 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, “Qu-Quşu” kəndli fermer təsərrüfatına “Samux” kolxozunun ərazisindən 40 qırx hektar torpaq sahəsinin ayrılması məsləhət bilinmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət yerquruluşu layihə institutunun xx.xx.1998-ci il tarixli 23 nömrəli məlumatından görünür ki, Bərdə rayonu “Samux” kolxozu ərazisində yaradılmış “Qu-quşu” kəndli fermer təsərrüfatına örüş sahəsindən 40 hektar torpaq sahəsi verilmiş, təsərrüfata verilmiş torpaqların tərkibi şoran sahə və süni göldür. Bu rayonun aşağı keyfiyyətli torpaqlarına aiddir. Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 05 saylı iclas protokolunun qərarından görünür ki, Samux kənd sakini X10 ərizəsi nəzərə alınmaqla Bərdə RXDS-nin xx xxxxxx 1992-ci il tarixli 146 saylı qərarı və Kənd təsərrüfatı ərzaq idarəsi rəisinin və Samux kolxoz idarə heyətinin sədrinin imzaladığı xx.xx.1993-cü il tarixli müqaviləsi ilə X10 icarəsinə 36.0 hektarı balıqçılıq məqsədi ilə, 40.0 hektarı isə quşçuluq məqsədi ilə verilmiş cəmi 76.0 hektar torpaq sahəsi uzunmüddətli (60 il müddətinə) vətəndaşın icarəsində saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 141 nömrəli rəyində qeyd olunur ki, rayon Bərdə XDS-nin 1992-ci il tarixli 158 saylı qərarı ilə Samux kənd sakini X15 quşçuluq və balıqçılıq məqsədi ilə 76,0 hektar torpaq sahəsi icarəyə verilmişdir. Həmin torpaq sahəsinə xx.xx.1992-ci il tarixli akt tərtib edilərək aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş və həmin dövrə uyğun olaraq icarəyə götürülmüş torpaq sahəsinə icarəçi Samux kənd sakini X25 ilə Kənd Təsərrüfatı ərzaq idarəsi rəisinin və (sabiq) Samux kolxoz idarə heyəti sədrinin imzaları ilə xx.xx.1993-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Sonradan «Torpaq islahatı haqqında» Qanunun 25-ci maddəsinə uyğun olaraq, X25 ərizə ilə Samuxlu bələdiyyəsinə müraciət edərək, icarəyə götürdüyü 76,0 hektar torpaq sahəsinin istifadəsində saxlanılması barədə qərar verilməsini xahiş etmişdir. Samuxlu bələdiyyəsi, vətəndaşın ərizəsini xx.xx.2002-ci il tarixli, 05 saylı iclasında müzakirə edərək, həmin torpaq sahəsinin quşçuluq və balıqçılıq məqsədi ilə vətəndaşın uzunmüddətli icarəsində saxlanılması barədə qərar qəbul etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin mütəxəssisləri əraziyə baxış keçirərkən müəyyən etmişlər ki, ərazi Samuxlu bələdiyyəsinin mülkiyyətində olan sahədir. Torpağı icarəyə götürən X25 ilə Samuxlu bələdiyyəsi arasında xx xxx 2002-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi Samuxlu bələdiyyəsinin mülkiyyətindən 76,0 hektar torpaq sahəsinin icarəyə verilməsinə və müvafiq sənəd verilməsinə etiraz etmir. xx.xx.2012-ci il tarixli, 528,529,530, 531 nömrəli «X35 və ölçüsü» sənədlərinin surətindən məlum olur ki, Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı və xx.xx.2002-ci il tarixli, 44 saylı icarə müqaviləsi ilə 250000 kv.m, və 50000 kv.m torpaq sahəsinin-təyinatı quşçuluq, 130000 kv.m və 330002 kv.m torpaq sahəsinin təyinatı balıqçılıq olmaqla dövlət kadastrı kitabında qeydiyyata alınmışdır. Cavabdeh ilə X25 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 44 nömrəli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, icarəverən icarə əsasında 76 hektar, o cümlədən 36 hektar su ilə örtülmüş ərazini icarəçiyə 60 il müddətinə istifadəyə verir. Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolunun qərarından görünür ki, Samux kənd sakini X7 Bərdə RXDS-nin İK-nin noyabr 1993-cü il tarixli 38 saylı qərarı, Bərdə RİH başçısının xx xxxx 1993-cü il tarixli 634 saylı sərəncamı ilə verilmiş 50 hektar torpaq sahəsi onun istifadəsində saxlanılmaqla xx xxx 2007-ci il tarixdən 15 (on beş) il müddətinə (qısa müddətli) icarəyə verilmişdir. Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 02 saylı iclas protokolunun qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon hərrac və müsabiqə komissiyası tərəfindən Bərdə rayonunda keçirilmiş xx xxxxxx 2014-cü il tarixli müsabiqənin qalibi Yevlax rayonu, Köyük kənd sakini X6 ərizəsi, Bərdə rayon hərrac və müsabiqə komissiyasının protokolu və 000 010 120 nömrəli şəhadətnamə nəzərə alınaraq kənd təsərrüfatı məqsədi ilə bələdiyyə mülkiyyətində olan 100 000 kv.m və ya 10 ha torpaq sahəsi X11 uzunmüddətli icarəyə verilmişdir. Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 09 saylı iclas protokolunun qərarından görünür ki, Bərdə rayonu, Samuxlu kənd sakini X4 ərizəsi nəzərə alınaraq ona icarəyə verilmiş 40 ha torpağın 28.7 ha hissəsi öz xahişinə əsasən əkibbecərə bilmədiyi üçün və icarə haqqını ödəyə bilmədiyinə görə alınıb bələdiyyəyə qaytarılması, torpaq sahəsinin 2-ci hissəsinin sol tərəfində olmaqla 11.3 ha sahənin isə onun icarəsində saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X24 (bundan sonra mətndə iddiaçı) xx.xx.2019-cu il tarixli 09/5-17 nömrəli təklif məktubundan görünür ki, Samuxlu bələdiyyəsinin 2010-2017-ci illər üzrə fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılarkən müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid ümumilikdə 97.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaşlar tərəfindən balıqçılıq təsərrüfatı ilə məşğul olmaq üçün qanunsuz süni göllər yaradılaraq əkinə yararlı torpaq sahələri yararsız hala salınmışdır. Belə ki, Samuxlu bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 05 saylı qərarı ilə vətəndaş Turan Abdullayevə 15 il müddətinə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı 50 ha torpaq sahəsinin 11.30 ha hissəsində icarədar tərəfindən süni göl yaradılaraq balıqçılıq təsərrüfatı təşkil edilmişdir. Sonradan vətəndaş həmin torpaq sahəsinin 38.70 hissəsindən imtina etmiş və bələdiyyənin xx xxxx 2014-cü il tarixli iclasında 11,30 ha torpaq sahəsinin Turan Abdullayevin icarəsində saxlanılması barədə qərar qəbul edilmişdir. Samuxlu bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli (iclas protokol № 02) qərarı ilə vətəndaş Eldar Əmrahova 80 il müddətinə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində süni göl yaradılaraq balıqçılıq təsərrüfatı təşkil edilmişdir. Samuxlu bələdiyyəsinin xx xxx 2002-ci il tarixli (05 saylı iclas protokolu) qərarı ilə Vüqar Şərifova 60 il müddətinə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 76 ha torpaq sahəsində süni balıq gölləri yaradılmışdır. Vətəndaşlar tərəfindən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədiyi üçün bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar ləğv edilməli və bağlanılmış icarə müqavilələrinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılmalıdır. Ona görə də, Samuxlu bələdiyyəsinin xx xxx 2007-ci il tarixli, xx xxxx 2014-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli və xx xxx 2002ci il tarixli qərarlarının ləğv edilməsi, qeyd edilən torpaq sahələrinə dair bağlanılmış icarə müqavilələrinə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsi ilə bağlı tədbirlər görülməsi təklif edilmişdir. Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 14 saylı iclas protokolunun qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)-75/2019 nömrəli hökmü nəzərə alınmaqla Ədliyyə Nazirliyinin X9 xx.xx.2019-cu il tarixli 09/5-17 nömrəli təklif məktubuna əsasən Samuxlu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2002-ci il tarixli qərarlarının ləğv edilməsi və bağlanmış icarə müqavilələrinə xitam verilməsi üçün məhkəmədə iddia qaldırılması məqsədəuyğun hesab edilməmişdir. Qeyd olunan qərarla razılaşmayan iddiaçı Bərdə rayon Samuxlu bələdiyyəsinə (üçüncü şəxslər X25, X13 və X26) qarşı qərarların və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, icarə müqavilələrinin etibarsız hesab edilməsi torpaq sahəsinin əvvəlki vəziyyətı qaytarılaraq bələdiyyəyə təhvil verilməsi tələbinə dair xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Samuxlu Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 14 saylı, xx xxx 2007-ci il tarixli 05 saylı, xx xxxx 2014-cü il tarixli 09 saylı, xx xxxxxx 2014-cü il tarixli 02 saylı və xx xxx 2002-ci il tarixli 05 saylı qərarlarının ləğv edilməsi, qeyd olunan torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi və digər hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, torpaq sahələrində qanunsuz yaradılmış süni göllərin icarəçilər tərəfindən doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və bələdiyyə sahibliyinə qaytarılması üçün bələdiyyəyə təhvil verilməsi vəzifəsinin onların üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Samuxlu Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 14 saylı, xx xxx 2007-ci il tarixli 05 saylı, xx xxxx 2014-cü il tarixli 09 saylı, xx xxxxxx 2014-cü il tarixli 02 saylı və xx xxx 2002-ci il tarixli 05 saylı qərarlarının ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samuxlu Bələdiyyəsinin 2010-2014-cü illər üzrə fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılarkən müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid ümumilikdə 97.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaşlar tərəfindən balıqçılıq təsərrüfatı ilə məşğul olmaq üçün qanunsuz süni göllər yaradılaraq əkinə yararlı torpaq sahələri yararsız hala salınmışdır. Belə ki, Samuxlu Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli (05 saylı iclas protokolu) qərarı ilə vətəndaş Turan Abdullayevə 15 il müddətinə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı 50 ha topaq sahəsinin 11,30 ha hissəsində icarədar tərəfindən süni göl yaradılaraq balıqçılıq təsərrüfatı təşkil edilmişdir. Sonradan vətəndaş həmin topaq sahəsinin 38,70 hissəsindən imtina etmiş və bələdiyyənin xx xxxx 2014-cü il tarixli iclasında 11,30 ha torpaq sahəsinin Turan Abdullayevin icarəsində saxlanılması barədə qərar qəbul edilmişdir. Samuxlu Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli (02 saylı iclas protokolu) qərarı ilə vətəndaş Eldar Əmrahova 80 il müddətinə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində süni göl yaradılaraq balıqçılıq təsərrüfatı təşkil edilmişdir. Samuxlu Bələdiyyəsinin xx xxx 2002-ci il tarixli (05 saylı iclas protokolu) qərarı ilə Vüqar Şərifova 60 il müddətinə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 76 ha torpaq sahəsində süni balıq gölləri yaradılmışdır. X24 tərəfindən vətəndaşlar torpaqlardan məqsədli təyinatına görə istifadə etmədikləri üçün bələdiyyə tərəfindən qəbul edilmiş qərarların ləğv olunmasına dair Samuxlu Bələdiyyəsinə xx.xx.2019-cu il tarixli 09/5-17 saylı təklif məktub göndərilmişdir. Bununla bağlı Samuxlu Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli (14 saylı iclas protokolu) iclasında Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)-75/2019 nömrəli qərarına zidd olduğu əsas kimi qeyd olunaraq qanunsuz qəbul edilmiş qərarların ləğv olunması və bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi məqsədəuyğun hesab edilməyərək X9 təklifi təmin olunmamışdır. Halbuki Bərdə Rayon Məhkəməsinin sözügedən qərarında qanunsuz ayrılmış torpaq sahələri ilə bağlı qərarlar mübahisələndirilməmiş və məhkəmə tərəfindən torpaq sahələrinin ayrılması ilə bağlı qəbul edilmiş qərarlara hüquqi qiymət verilməmişdir. Qeyd olunur ki, vətəndaşlar tərəfindən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədiyi üçün bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar ləğv edilməli və bağlanılmış icarə müqavilələrinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılmalıdır. Cavabdehin nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbini qəbul etməyək bildirmişdir ki, iddiaçı onların fəaliyyətinə nəzarət edən orqan kimi Bərdə rayonu, Samuxlu Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 05 saylı, xx xxxx 2014-cü il tarixli 09 saylı, xx xxxxxx 2014-cü il tarixli 02 saylı və xx xxx 2002-ci il tarixli 05 saylı qərarlarının ləğv edilməsi ilə bağlı məktub göndərmiş, onlar iclas çağıraraq qərarların ləğv edilməməli olduğu qənaətinə gəlmişlər. Tərəflərindən inzibati icraat aparılmamış, yalnız Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü nəzərə alınaraq qərarların ləğv edilməməsinə dair qərar qəbul etmişlər. Belə ki, adıçəkilən hökmlə üçüncü şəxslər bəraət almışlar və onların əməlində heç bir hüquqazidd hərəkət aşkarlanmamışdır. Üçüncü şəxs X25 məhkəmə iclasında iddia tələbini qəbul etməyək bildirmişdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsi deyil. Bundan başqa həmin torpaq sahəsi ona 1992-ci ildə savxozun qərarı ilə verilmişdir. Həmin torpaq sahəsi ona verilən zaman balıqçılıq üçün nəzərdə tutulmuş və bələdiyyə tərəfindən mübahisələndirilən qərar qəbul edilən zaman artıq torpaq sahəsindən balıqçılıq kimi istifadə olunmuşdur. Qeyd olunan torpaq sahəsinin, yəni 76 ha-ın bir hissəsi, yəni 11.44 ha balıqçılıq üçün istifadə olunur, digər sahələrdə isə kənd təsərrüfatı tikililəri vardır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş edir. Üçüncü şəxslər X22 iddia tələbinə etiraz edirək təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X13 da iddia tələbini qəbul etməyək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçıya məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “Bərdə rayonu, Samuxlu Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 05 saylı, xx xxxx 2014-cü il tarixli 09 saylı, xx xxxxxx 2014-cü il tarixli 02 saylı və xx xxx 2002-ci il tarixli 05 saylı qərarlarının ləğv edilməsi” hissələri mümkün sayılmamışdır. Odur ki, məhkəmə hazırda iddianın “Bərdə rayonu, Samuxlu Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 14 saylı qərarının ləğv edilməsi” hissəsinə baxır. İddia qeyd edilən hissədə mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. iddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1-ci maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi “Bərdə rayonu, Samuxlu Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 14 saylı qərarının ləğv edilməsi” hissəsində təmin edilməlidir. Göründüyü kimi, Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 14 saylı iclas protokolunun qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)-75/2019 nömrəli hökmü nəzərə alınmaqla Ədliyyə Nazirliyinin X9 xx.xx.2019cu il tarixli 09/5-17 nömrəli təklif məktubuna əsasən Samuxlu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2002-ci il tarixli qərarlarının ləğv edilməsi və bağlanmış icarə müqavilələrinə xitam verilməsi üçün məhkəmədə iddia qaldırılması məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası keçmiş X30 Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Ədliyyə Nazirliyi X24nə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda Bərdə rayonu, Samuxlu kəndin ərazisində bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqda süni balıq göllərinin yaradılması faktının müəyyən edildiyi, həmin torpaq sahəsinin Samuxlu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla bələdiyyənin müvafiq qərarları ilə kənd təsərrüfatı məqsədi üçün uzun müddətə vətəndaşlara icarəyə verildiyi, göstərilənlər nəzərə alınmaqla sözügedən torpaq sahəsi ilə bağlı Samuxlu bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsinin və nəticəsi barədə Agentliyə məlumat verilməsinin xahiş edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(021)- 75/2019 nömrəli hökmündən məlum olur ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməmiş, X15, X11 və X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 32.4, 308.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X30 Komitəsi tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, icarədarlar Turan Abdullayev, Vüqar Şəfiyev və Eldar Əmirahov icarəsində olan və sahəsi ümumilikdə 97.3 hektar təşkil edən torpaq sahəsinə baxış keçirilməsi, ölçü işlərinin aparılması, şəkillərin çəkilməsi, koordinatların vurulması işləri təmin edilmişdir. Həmin torpaq sahələri Azərbaycan Respublikası X30 komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin tabeliyində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X20 bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı kateqoriyalı, təyinatı isə örüş (şoran) sahəsidir. Cavabdeh xx.xx.2014-cü il tarixli 09 saylı qərarı ilə X7 icarəyə verilmiş 11.3 ha torpaq sahəsi, naturada da 11.30 ha olmaqla, onun hal-hazırda 3.78 hektarından süni göl kimi, 7.52 hektarından isə kənd təsərrüfatı məqsədi ilə istifadə olunur. Cavabdeh xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə X15 icarəyə verilmiş 76.0 ha torpaq sahəsi naturada 72.55 ha olmaqla, hal-hazırda 11.44 hektarından süni göl kimi, 31.21 hektarından suyu olmayan çuxur halında, 0.0625 hektarından kənd təsərrüfatı məqsədilə 2 ədəd tikili kimi, 0.5 hektardan yol, 24.335 hektarından kənd təsərrüfatı məqsədi ilə icarədar özü, qalan 5.0 hektarından isə məcburi köçkün ailələri kənd təsərrüfatı məqsədi ilə istifadə edirlər. Üzərində heç bir tikili mövcud deyildir. Cavabdeh xx.xx.2014-cü il tarixli 30 nömrəli qərarı ilə X11 icarəyə verilmiş 10.0 ha torpaq sahəsi naturada 9.60 hektar olub, hazırda suyu olmayan çuxur halındadır. RX- 0829009 nömrəli çıxarışla və AN-056717 nömrəli X35 və ölçüsü sənədi ilə kənd təsərrüfatı məqsədi üçün X23 icarəsinə verilmiş 28.7 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi əsasında X41 oğlu tərəfindən X8 icarəyə verilmişdir. Həmin torpaq sahəsi də Mərkəzi X20 bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı kateqoriyalı, təyinatı isə örüş (şoran) sahəsidir. Həmin torpaq sahəsi naturada da 28.7 ha olmaqla, onun 22.5 hektarından icarədar X18, qalan 6.2 hektarından isə X22 istifadə edir. 6.2 hektar sahənin 2.88 hektarından süni göl kimi, 2.79 hektarından suyu olmayan çuxur kimi, 0.53 hektarının üzərində bir ədəd tikili olmaqla kənd təsərrüfatı məqsədi ilə istifadə edilir. Cavabdeh tərəfindən Turan Abdullayevin icarəsinə verilmiş 11.30 ha torpaq sahəsindən bütünlüklə istifadə olunur. Üzərində kənd təsərrüfatı təyinatlı tikili və qurğular yoxdur. Vüqar Şəfiyevin icarəsinə verilmiş 76.0 ha torpaq sahəsi naturada 72.55 ha olmaqla, üzərində 2 ədəd kənd təsərrüfatı təyinatlı tikili vardır. Sahənin 67.55 hektarından icarədarın özü, qalan 5.0 hektarından isə kənd təsərrüfatı məqsədi ilə məcburi köçkün ailələri istifadə edir. Eldar Əmirahovun icarəsinə verilmiş 10.0 ha torpaq sahəsi naturada 9.60 ha olduğundan 9.60 ha sahədən istifadə olunur. Üzərində kənd təsərrüfatı təyinatlı tikili və qurğular yoxdur. X41 oğlu tərəfindən notarial qaydada X8 icarəyə verilmiş 28.7 hektar sahənin 22.4 hektarından icarədarın özü, 6.2 hektarından isə X22 istifadə edir. Eldar Əmirahovun istifadə etdiyi torpaq sahəsinin üzərində kənd təsərrüfatı təyinatlı 1 ədəd tikili vardır. Qeyd olunan torpaq sahələrindən Samuxlu Bələdiyyəsinin xx xxx 2002-ci il tarixli 05 saylı qərarı əsasında X15 balıqçılıq məqsədi ilə AN-395559 nömrəli X35 və Ölçüsü sənədi ilə 33.0 ha və AN-395560 nömrəli X35 və Ölçüsü sənədi ilə 13.0 ha, 2 sənəd üzrə cəmi 46.0 ha torpaq sahəsi icarəyə verilmişdir. Bələdiyyənin həmin qərarı əsasında X15 quşçuluq məqsədi ilə AN-394132 nömrəli X35 və Ölçüsü sənədi ilə 5.0 ha və AN-395561 nömrəli X35 və Ölçüsü sənədi ilə 25.0 ha, 2 sənəd üzrə cəmi 30.0 ha torpaq sahəsi icarəyə verilmişdir. İcarəyə verilmiş 76.0 ha torpaq sahəsi üçün Samuxlu bələdiyyəsi ilə X25 arasınxx xxx 2002-ci il tarixli 44 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsində göstərilən 76.0 ha torpaq sahəsi naturada 72.55 ha olmaqla, torpaq sahəsindən icarə müqaviləsinə əsasən təyinatı üzrə istifadə edilməsinə baxmayaraq həmin torpaq sahəsi Azərbaycan Respublikası X30 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X20 örüş (şoran) sahəsidir. Samux bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 30 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X6 icarəsinə verilmiş 10.0 ha torpaq sahəsi naturada 9.60 ha olmaqla ondan kənd təsərrüfatı məqsədi ilə deyil, balıqçılıq məqsədi ilə süni göl kimi istifadə etdiyindən torpaq qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. X22 icarəsində olan torpaq sahəsində torpaq qanunvericiliyinin tələblərini pozduğuna və təyinatı üzrə istifadə etmədiyinə görə xx xxxxxxxx 2017-ci il tarixdə 001044 nömrəli inzibati xətalar haqqında protokol tərtib edilərək 244.2-ci maddəsi təyin edilmişdir. İnzibati xətalar haqqında xx xxxxxxxx 2017-ci il tarixli protokol əsasında inzibati tənbeh verilmə haqqında 001044 nömrəli qərar qəbul edilmiş, 600 manat məbləğində cərimə təyin edilmiş və ödətdirilmişdir. Samuxlu bələdiyyəsinin xx xxxx 2014-cü il tarixli 09 saylı qərarı və xx xxxx 2014-cü il tarixli 96 nömrəli icarə müqaviləsi ilə X1 təsərrüfatı məqsədi ilə icarəyə vermiş 11.30 ha torpaq sahəsinin 3.78 hektarından süni göl kimi istifadə edildiyindən torpaq qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. X13 icarəsində olan torpaq sahəsini aralarında rəsmi icarə müqaviləsi olmadan razılaşma əsasında digər vətəndaşa Bərdə şəhər sakini X12 istifadəsinə vermişdir. Torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı əraziyə baxış keçirilən zaman müəyyən edildi ki, torpaqdan hal-hazırda istifadə edən X27 11.3 ha sahənin 3.78 hektarından təyinatı üzrə istifadə etmişdir. Torpaq sahəsindən təyinatı üzrə sonuncu istifadəçi istifadə etmədiyindən barəsində xx xxxxxxxx 2017-ci il tarixdə 001043 nömrəli inzibati xətalar haqqında tərtib edilmiş protokola əsasən xx xxxxxxx 2017-ci il tarixdə 001043 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Tənbehvermə əsasında inzibati cərimə olaraq 600 manat məbləğində cərimə təyin edilsə də, bu günə qədər təyin edilmiş cərimə ödənilməmişdir. Cərimənin ödənilməməsi ilə bağlı Bərdə rayon İcra və Probasiya şöbəsinə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi ilə X41 oğlu tərəfindən X2 təsərrüfatı məqsədi ilə icarəyə verilmiş 28.7 ha torpaq sahəsinin 22.5 hektarından icarədarın özü təyinatı üzrə istifadə edir. Lakin, 6.2 hektarı digər vətəndaş, yəni X22 tərəfindən, həmin sahənin 2.82 hektarından süni göl, 2.79 hektarından suyu olmayan çuxur halında, 0.53 hektarından isə üzərində bir ədəd tikili olmaqla kənd təsərrüfatı məqsədi ilə istifadə edildiyindən burada da torpaq qanunverciliyinin tələblərinə əməl edilməmişdir. X22 faktiki istifadəsində olan torpaq sahəsində torpaq qanunvericiliyinin tələblərini pozduğuna və təyinatı üzrə istifadə etmədiyinə görə xx xxxxxxxx 2017-ci il tarixdə 00101044 nömrəli inzibati xətalar haqqında protokol tərtib edilərək 244.2-ci maddəsi təyin edilmişdir. İnzibati xətalar haqqında 001044 nömrəli qərar qəbul edilmiş, 600 manat cərimə təyin edilmiş və ödətdirilmişdir. Torpaq qanunvericiliyinin pozulması barədə torpaq mülkiyyətçisi olan Samuxlu bələdiyyəsinə və yerli RİH-nə rəsmi məktub göndərilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 14 saylı qərarı inzibati icraat haqqında hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Lakin iddiaçının mübahisələndirdiyi inzibati akt-qərar cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamış bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. - 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Göründüyü kimi iddiaçının təklifinin bələdiyyə iclasında müzakirə olunaraq müvafiq qərarın qəbul olunması inzibati orqanın – bələdiyyənin diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati aktın diskresion səlahiyyətlər daxilində qəbul edilməsi müəyyən edilsə də, cavabdeh inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmamış, sadəcə Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(021)-75/2019 nömrəli hökmünə istinad etməklə hazırkı qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Halbuki inzibati orqan tərəfindən mübahisələndirilən qərar qəbul edilən zaman həmin qərarda istinad edilən Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)- 75/2019 nömrəli hökmü qanuni qüvvəsini almamış (iş materialları ilə müəyyən edilir ki, həmin hökm xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır), bundan başqa, iddiaçının təklif məktubunda göstərilən xüsusatlar üzrə heç bir inzibati icraat aparılmamış, işdə olan mütəxəssis rəyi və digər hüquq müəyyənedici sənədlər nəzərə alınmamışdır. Yəni mübahisələndirilən inzibati aktda imtinanın səbəbi kimi yalnız qanuni qüvvəsini almamış məhkəmə hökmünün təsviri hissəsinə istinad edilsə də, həmin cinayət işində olan mütəxəssis və ekspert rəylərinə münasibət bildirilməmiş, vətəndaşlara icarəyə verilmiş torpaq sahələrinin sənəd üzrə koordinatları ilə naturada yerləşməsinin müqayisəli tədqiqinə, torpaq sahələrinin təyinatı üzrə istifadə edilib-edilməsinin yoxlanılmasına dair lazımi yoxlamalar aparılmamışdır. Beləliklə, hazırkı iş üzrə cavabdeh Bərdə rayon Samuxlu bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul edilən zaman yuxarıda sadalanan normaların tələblərinə əməl olunmamış, qəbul edilən qərar əsaslandırılmamış, qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmiş, sadəcə bələdiyyə üzvlərinin çıxışları dinlənilməklə və Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(021)-75/2019 nömrəli hökmü nəzərə alınmaqla Ədliyyə Nazirliyinin X9 xx.xx.2019-cu il tarixli 09/5-17 nömrəli təklif məktubuna əsasən Samuxlu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2002-ci il tarixli qərarlarının ləğv edilməsinin və bağlanmış icarə müqavilələrinə xitam verilməsi üçün məhkəmədə iddia qaldırılmasının məqsədəuyğun hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Bərdə rayon Samuxlu bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 14 saylı qərarı ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Bərdə rayon Samuxlu bələdiyyəsinin üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X24 tərəfindən ünvanlanan xx.xx.2019cu il tarixli, 09/5-17 nömrəli təklif məktubu üzrə zəruri inzibati icraat aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-27/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-27/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver