Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-270/2025 28.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.1994-xx.xx.2004-cü illərdə işlədiyi-əmək kitabçasında qeydiyyatı aparılmış dövrün ümumi iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. O, xx.xx.2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi X7 zavodunda ("X7" ASC-də) rəngkarlıq sexində məmulatların sobalardan götürücü və qoyucu vəzifələrində, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək isə "X5 Poliqrafiya Birliyi”ndə xadimə vəzifəsində işləmişdir. X7 zavodunda işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 15.3.3.-cü Bütün növ keramika, çini və saxsı məmulatlar və ferrit İstehsalı üzrə ümumi peşələrin 9-cu abzasına – məmulatların sobalardan götürücü - qoyucu vəzifələrinə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-270 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 13 avqust 1983-cü il tarixli ******* nömrəli əmək kitabçasında və “X7” ASC-nin ona dair arayışlarında xx.xx.1982-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə yığıcı-seçici peşəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yığıcı-seçici peşəsi sözügedən arayışlarda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı (15) bölməsinin Keramik, çini və saxsı məmilatların və ferritlərin istehsalı bəndinin (15.3) Çini və saxsı məmulatlar istehsalı (15.3.2) və Bütün növ keramika, çini və saxsı məmulatlar və ferrit istehsalı üzrə ümumi peşələr (15.3.3) yarımbəndlərində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. - Eyni zamanda təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı da 25 ildən az (15 il 9 ay 4 gün (xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2000-xx.xx.2003-cü il, xx.xx.2004xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən sənədlərdə xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.2000-ci il və xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənilməsinə dair hər hansı məlumat qeyd olunmadığından həmin dövrlərdə işləyibişləməyini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda bildirilmişdir ki, qeyd olunan dövrlər onun iş stajına daxil edilsə belə, ümumi iş stajı 25 ildə az təşkil edəcəkdir. - Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14519,77 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilən əsaslar göstərilməklə, idda tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraza əlavə daxil olmuş, qeyd olunmuşdur ki, iddiaçının Azərbaycan SSR Kirovabad şəhər 38 saylı orta texniki peşə məktəbində təhsil aldığı xx.xx.1979-xx.xx.1982-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla ümumi iş stajı 18 il 11 ay 19 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 7 ay 19 gün (xx.xx.1979-xx.xx.1982-ci il (təhsil aldığı dövr), xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-сü il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.2000-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 ay) teşkil edir. İş materiallarına əsasən İddiaçı xx.xx.1964-cü il tarixində anadan olmuşdur və hazırda 61 yaşı vardır. Qeyd edilənlərdən də göründüyü kimi "Əmək pensiyaları haqqında" Qanunun qüvvədə olan redaksiyasına əsasən 59 yaş 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixindən Qanunun 9.1-ci maddəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi hüququ yaranır. Lakin həmin tarixə qanunvericiliklə tələb edilən ümumi və güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddia ərizəsində qeyd edilənlərə münasibətdə bildirilmişdir ki, iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrü mübahisələndirilmir. Diger tərəfən iddiaçı əlilliyə görə əmək pensiyasının ödənişinin dayandirıldığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bele ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən orqanizm funksiyalarının 61-80% pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi is stajı 20 ildən az (18 il 7 ay 19 gün) təşkil edir. Digər tərəfdən iddiaçının güzəştli iş stajı ilə bağlı təqdim etdiyi arayışlar arasında ziddiyətlər mövcuddur. Belə ki, "X7" ASC-nin xx.xx.2024-cü il tarixli 3B nömrəli arayışında iddiaçının rəngkarliq sexində çixardıcı –qablaşdırıcı peşəsində çalişdığı (peşə xüsusiyyət: odadavamlı peçlərdən malı çixartmaq) və həmin peşənin 2 nömrəli Siyahının XVİİİ bölməsində qeyd edilən 2190202a-19060 (mayolik (kaşı) istehsalı ilə məşğul olan çini, saxsı və keramika məmulatlarının-qablaşdırıcıları) peşe koduna uyğun olduğu qeyd edilsə də, iddiaçının xx.xx.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasında onun həmin dövrlərdə yığıcı-seçici peşəsində işlədiyi qeyd olunmuşdur. Bundan əlavə, eyni müəssisənin digər bir arayışında iddiaçının sözügedən dövrlərdə rengkarlıq sexində qəbulédici-seçici vəzifəsində işlədiyi göstərilmiş, lakin xx.xx.2025-ci il tarixli 02/2025 nömrəli arayışında isə yığıcı-seçici vəzifəsində işlədiyi və çalişdiği vəzifənin Siyahının Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) Keramik, çini və saxsı məmulatların və ferritlərin istehsalı bəndinin (15.3) Çini və saxsi məmulatlar istehsalı yarımbəndində (15.3.2) nəzərdə tutulan məmulatların seçiciləri vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, Siyahının sözügedən yarımbəndində məmulatların seçiciləri vəzifəsi deyil, mayolik (kast) istehsal ilə məşğul olan çini, saxsi va keramika məmulatlarının seçiciləri vəzifəsi nəzərdə tutulub və həmin arayışda iddiaçının hansı məmulatların seçiciləri vəzifəsində işləməsi barədə hər hansı məlumat qeyd olunmamişdır. Göründüyü kimi, iddiaçıya dair sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq var. Beləliklə, iddiaçının ümumi iş stajı qanunla tələb edilən stajdan az olmaqla bərabər, onun güzəştli iş staji ilə bağlı da kifayət qədər qeyri-dəqiq və iddiaçının işlədiyi peşəylə əlaqəsi olmayan arayışlar təqdim edilmişdir. Bu səbəblə də onun "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. ИТ-İ ******* və ******* nömrəli əmək kitabçalarından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. X7 Açıq Səhmdar Cəmiyyətinin Arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rəngkarlıq sexində götürücü-qoyucu vəzifəsində işləmişdir. X7 Açıq Səhmdar Cəmiyyətinin Arayışından görünür ki, İddiaçı rəngkarlıq sexində yığıcı vəzifəsində işləmişdir və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə tədiq edilmiş siyahının 15.3.2 bəndinə və yığıcı-seçici vəzifə koduna uyğundur. X1 görünür ki, arayışda İddiaçı 2001-2004-cü illər arasında əmək haqqı aldığı dövlər əks olunmuşdur. X7 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 34 nömrəli Arayışından görünür ki, arayışda İddiaçı 1982-1989-cu illər arasında əmək haqqı alması əks olunmuşdur. X7 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 35 nömrəli Arayışından görünür ki, arayışda İddiaçı 1990-1997-ci illər arasında əmək haqqı aldığı dövlər əks olunmuşdur. X7 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 36 nömrəli Arayışından görünür ki, İddiaçı rəngkarlıq sexində çıxardıcı-qablaşdırıcı vəzifəsində işləmişdir. Vəzifənin xüsusiyyətləri odadavamlı peçlərdən malı çıxarmaq olmaqla və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə tədiq edilmiş siyahının 2 bəndinə XVİİİ-2 və 2190202a-19060 vəzifə koduna uyğundur. X7 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 02/2025 nömrəli məktubundan görünür ki, İddiaçı “X4”nda hal-hazırda X7 ASC-də xx.xx.1982-ci il tarixdə rəngkarlıq sexində qəbuledici-seçici vəzifəsinə qəbul olunmuş, X7 ASC-dən xx.xx.2000-ci il tarixdən etibarən azad olunmuşdur. X7 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 02 nömrəli Arayışından görünür ki, İddiaçı rəngkarlıq sexində məmulatların yığıcı-seçiciləri vəzifəsində 12 il, 01 ay, 03 gün işləmiş, vəzifənin xüsusiyyətləri rəngkarlıq sexində yığıcı-seçici olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə tədiq edilmiş siyahının 15.3.2 bəndinə və məmulatların seçiciləri koduna uyğundur. 19 iyul 1982-ci il tarixli, Г 607541 nömrəli Diplomdan görünür ki, İddiaçı xx.xx.1979cu il tarixdə Kirovabad şəhər 38 nömrəli orta texniki peşə məktəbinə, suvaqçı (inşaatçı) rəngsaz peşəsi üzrə daxil olmuş, xx.xx.1982-ci il tarixdə tam kursu bitirmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 135934 nömrəli pensiya uçot vərəqindən görünür ki, İddiaçı ikinci dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdə Kirovabad şəhər 38 nömrəli orta texniki peşə məktəbinə rəngsaz ixtisasına qəbul olmuş və xx.xx.1982-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (2022-ci il iyunun 29-dək qüvvədə olan redaksiyada). 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə, Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Belə ki, Qanunun 13-cü maddəsində nəzərdə tutulan əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olması üçün yaş 2000-ci ilin avqust ayının 1-dən 52 yaş müəyyən olunmuşdur. 69-cu maddəsinə görə, İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərinə əsasən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 52 yaşına çatmalı, 20 il ümumi iş stajına, 10 il güzəştli iş stajına malik olmalıdır. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla xx.xx.2016-cı il tarixdə 52 yaşı tamam olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilir. İş materiallarında olan iddiaçıya məxsus olan diplom və əmək kitabçalarına əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Kirovabad şəhər 38 nömrəli orta texniki peşə məktəbində rəngsaz ixtisası üzrə təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci ilədək X7 ASC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Gəncə Poliqrafiya ASC-də işləmişdir. Qeyd olunan dövlərin cəmidən aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixinədək 20 ildən artıq ümumi iş stajına malik olmuşdur. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı cavabdehin imtinasına münasibətdə qeyd edir ki, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.2000-ci il və xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənilməsinə dair hər hansı məlumat olmaması iddiaçının həmin dövrün onun əmək stajına daxil edilməsini istisna etməməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, əmək stajını təsdiq edən sənəd əmək kitabçası hesab edilir ki, iddiaçıya məxsus olan əmək kitabçası ilə qeyd olunan dövrlərdə onun işlədiyi təsdiq olunur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdehin qeyd etdiyi kimi X7 Açıq Səhmdar Cəmiyyətinin müxtəlif tarixli arayışlarında iddiaçının işlədiyi peşə ilə bağlı ziddiyyətlər olsa da, məhkəmənin sorğusuna əsasən, Cəmiyyət tərəfindən verilən cavabda İddiaçı rəngkarlıq sexində məmulatların yığıcı-seçiciləri vəzifəsində 12 il, 01 ay, 03 gün işlədiyi, vəzifənin xüsusiyyətlərinin rəngkarlıq sexində yığıcı-seçici olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahının 15.3.2 bəndinə və məmulatların seçiciləri koduna uyğun olduğu qeyd olunmuşdur. Həmçinin iddiaçıya məxsus olan ИТ-İ ******* nömrəli əmək kitabçasında onun X7 Açıq Səhmdar Cəmiyyətində yığıcı-seçici işlədiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixinədək 10 ildən artıq güzəştli iş stajına malik olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2016-cı il tarixində yaransa da, iş materiallarından görünür ki, sonuncunun xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci tarixədək əlilliyi olmuş və o, ikinci dərəcəli əlilliyə görə pensiya almışdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-270/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-270/2025
28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver