Məhkəmə qərarları › İş №2-1(114)-2700/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2700/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2700/2025 03.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Həsənova Validə Əli qızı) qarşı xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnaməyə əsasən onun adına Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində verilmiş 400 kv.m olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X4 xx.xx.2014-cü il tarixli 138a/3 nömrəli arxiv arayışına əsasən Kirovabad şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı qərarına əsasən Farforist bağçılıq yoldaşlıq birliyinin torpaq sahələrindən ona Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisindən bağ yeri üçün sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmışdır.

2. Həmin torpaq sahəsinə dair iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 nömrəli şəhadətnamə tərtib edilmişdir.

3. X3 arayışında göstərilmişdir ki, həqiqətən Kirovabad şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarına əsasən Sevinc qəsəbəsi ərazisindən ona bağ yeri sahəsi 400 kv.m olan 107 nömrəli yer İddiaçı ayrılmışdır.

4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)- 2147/2014 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Həsənova Validə Əli qızına qarşı Həsənova Validə Əli qızının ona məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən torpaq sahəsindən çıxarılmаsı və orada olan özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə iddia tələbinin təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(043)-2147/2014 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Həsənova Validə Əli qızının İddiaçı məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi 29 saylı küçədə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 568/2024 nömrəli qərarı ilə cavabdeh Həsənova Validə Əli qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Gəncə şəhəri üzrə İcra İdarəsinin “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

6. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nzirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Həsənova Validə Əli qızı və X6) qarşı cavabdeh tərəfindən verilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair Həsənova Validə Əli qızının adına olan xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-267/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəli qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli, **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2283/2022 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi və üçüncü şəxslər Həsənova Validə Əli qızı və X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-267/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciətinə həmin orqanın təmin edilməsindən imtina edilmiş və xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-B-0064-8/2024 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, tərəflərindən aparılmış araşdırma zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-449A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza (DWG) və adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, iddia olunan torpaq sahəsində digər şəxsə məxsus fərdi yaşayış evinin mövcud olduğu, torpaq sahəsi üzərində mübahisənin olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrasını təmin etmək mümkün olmamışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12760/2024 nömrəli məktubunda bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən Gəncə şəhərində yerləşən 0.04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair Gəncə şəhər XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı protokolu əsasında JN-449A KOD 20000002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadənamə İddiaçı adına tərtib edilmişdir. JN-449A KOD 20000002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin nüsxəsi arxivdə aşkar edilməmişdir. Həmçinin bildirilir ki, JN-449A saylı şəhadətnamə və şəhadətnamə ilə bağlı hər hansı sənəd Ərazi İdarəsinin elektron baza məlumatlarında mövcud deyildir. Məlumat üçün bildirilir ki, qeyd edilən şəhadətnamənin ləğv edilməsi barədə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnaməyə əsasən onun adına Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində verilmiş 400 kv.m olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Kirovabad şəhəri X8 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən "Farforçu" bağçılıq yoldaşlığı birliyinin torpaq sahəsindən, Gəncə şəhərinin Sevinc qəsəbəsi ərazisindən ona bağ yeri üçün sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmış və xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-449A kod 20000002 saylı şəhadətnamə verilmişdir. Hazırda o, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və həmin torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla bağlı, o, 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin 3 saylı Gəncə Ərazi İdarəsi onun ərizəsinin icrasından imtina edərək xx.xx.2024-cü il tarixli məktubunda (poçt vasitəsi ilə həmin məktubu xx.xx.2025-ci il tarixdə almışdır) cavab olaraq bildirmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-449A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza (DWG) və adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin kordinatları arasında uyğunsuzluğun olduğu, iddia olunan torpaq sahəsində digər şəxsə məxsus fərdi yaşayış evinin mövcud olduğu, torpaq sahəsi üzərində mübahisənin olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır." Bildirir ki, o, 3 saylı Gəncə Ərazi İdarəsinin imtina məktubunda göstərilənlərlə razı deyil. Belə ki, ona verilmiş torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında öz əksini tapmamaması onun günahından olmamışdır, Ərazi İdarəsi həmin torpaq sahəsini özü elektron bazaya və adlı siyahı məlumatlarına daxil etməli idi. Bundan başqa, onun torpaq sahəm öz yerindədir və onun torpaq sahəsinin kordinatları arasında uyğunsuzluq yoxdur. Onların qonşuları ilə bununla bağlı heç bir mübahisələri yoxdur. Onun torpaq sahəsində digər şəxsə məxsus fərdi yaşayış evi mövcuddur, lakin bu məsələ məhkəmələrin qərarları ilə həll olunmuşdur. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 2-1(104)-267/2022 saylı qərarına əsasən (sədrlik edən Aygül İsgəndərova, hakimlər Teyyub Muxtarov və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş və Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-21/2017 saylı qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-c1 il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxslər Validə Həsənova və Rüfət Həsənov tərəfindən kassasiya şikayətləri verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2283/2022 nömrəli qərarına əsasən (məruzəçi Xəqani Məmmədov, hakimlər Elşanə Vəliyeva və Abiddin Hüseynov) cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi və üçüncü şəxslər Validə Həsənova və Rüfət Həsənov tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-267/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-267/2022 nömrəli qərarının icra olunması barədə məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən **********00-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport ləğv edilmişdir. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-02/2023 saylı qətnaməsi ilə (məruzəçi və sədrlik edən Ədil Məmmədov, hakimlər Şamil Rzaquliyev və Afiq Hüseynzadə) apelyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2147/2014 saylı mülki iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək cavabdeh Həsənova Validə Əli qızının İddiaçı məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi 29 saylı küçədə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 568/2024 nömrəli qərarına əsasən (məruzəçi Aqil Abbasov, hakimlər Zaur Əliyev və Vidadi Məmmədov) cavabdeh Validə Həsənova tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda onlar Həsənova Validə Əli qızı ilə barışmışlar, torpaq sahəsi ilə bağlı razılıq əldə etmişlər, sadəcə olaraq həmin torpaq sahəsi dövlət reyestrində onun adına qeydiyyata alındıqdan və həmin torpaq sahəsinə çıxarış verildikdən sonra onllar barışıq sazişi bağlayacaqlar. Lakin 3 saylı Gəncə Ərazi İdarəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Odur ki, o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Həsənova Validə Əli qızı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakları olamdan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

21. Üçüncü şəxs Həsənova Validə Əli qızının iddiaya qarşı yazılı etiirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, ona məxsus Gəncə şəhəri Kəpəz rayonu, Gəc zavodu ərazisindəki bağ evi (cıxarış RX № 0920301, daşınmaz əmlakın reyestr nömrəsi **********00-11301) qanunsuz olaraq vətəndaş İddiaçı verilmişdir. Bu haqda yekun qərarı Ali Məhkəmə təsdiqləmişdir (xx.xx.2024-cü il tarixli İş № 2(102)-568/2024). Məhkəmənin qərarına əsasən həmin torpaq sahəsində tikdirdiyi ev onun hesabına sökülüb iddiaçıya verilməli idi. Son məqamda İddiaçı ilə 10000 manat müqabilində həmin torpaq sahəsini ona satması barədə razılığa gəlmişlər. Notariusda məlum olmuşdur ki, vətəndaş İddiaçı adına tərtib olunmuş JN-449A KOD 20000002 saylı şəhadətnamə dövlət qeydiyyatında yoxdur, demək ki, saxtadır. Yəni alqı-satqı predmeti deyil. Ona görə də işin yeni halları ilə bağlı məhkəmədə icraatı davam etdirilən iddia ərizəsi var. Ali Məhkəmənin köməkliyi ilə işin yeni halları llə bağlı iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi iddiasının təmin olunmaması barədə qərardad qəbul etmişlər. Həmin qərardaddan kassasiya şikayəti yazdırmış, 2-1(102)-2135/2025 nömrəli məhkəmə xx.xx.2025 tarixdə Ali Məhkəmədə qeydiyyata alınmışdır, icraata götürülmüşdür. İşi inzibati Prossesual Məcəllənin: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Bunları yazmaqla bir daha qeyd edir ki, sonda iddaçı hesab edilən İddiaçı ilə 10000 manat müqabilində həmin torpaq sahəsini ona satması barədə razılığa gəlmişlər. Notariusda məlum olmuşdur ki, vətəndaş İddiaçı adına tərtib olunmuş JN- 449A KOD 20000002 saylı şəhadətnamə dövlət qeydiyyatında yoxdur, demək ki, saxtadır. Yəni alqı-satqı predmeti deyil. Onu da qeyd edir ki, "Farforçu" bağçılıq yoldaşlığı birliyinin verdiyi arayışa əsasən Kirovabad şəhəri X7 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Sevinc qəsəbəsi, 107 nömrəli məhəllədən İddiaçı bağ yeri üçün 0.04 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolu ilə Gəncə şəhəri, Sevinc qəsəbəsində 0.04 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və bu barədə JN-449A kod 20000002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. "Farforçu" bağçılıq yoldaşlığı birliyinin verdiyi xx.xx.1994-cü il tarixli arayışın surətinə əsasən Kirovabad şəhəri X7 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Gəc zavodu ərazisindən 54 nömrəli məhəllədən Həsənova Validə Əli qızına bağ yeri üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi torpaq sahələri fərqli yerlərdən, yəni biri Sevinc qəsəbəsi, 107 nömrəli məhəllədən İddiaçı, digəri isə Gəc zavodu ərazisindən 54 nömrəli məhəllədən Həsənova Validə Əli qızının adına verilmişdir. Ona görə də iddia ərizəsini icraata götürməməklə, rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin oluinması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin nümayyəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X4 xx.xx.2014-cü il tarixli 138a/3 nömrəli arxiv arayışı; - X3 arayışı; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-568/2024 nömrəli qərarı; - Gəncə şəhəri üzrə İcra İdarəsinin “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarı; - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-267/2022 nömrəli qərarı; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2283/2022 nömrəli qərarı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-B-0064-8/2024 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12760/2024 nömrəli məktubu. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Kirovabad şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı qərarına əsasən Farforist bağçılıq yoldaşlıq birliyinin torpaq sahələrindən İddiaçı Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisindən bağ yeri üçün sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onun adına Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN-449A KOD 20000002 nömrəli şəhadətnamə tərtib edilmişdir.

27. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciətinə həmin orqanın təmin edilməsindən imtina edilmiş və xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-B-0064-8/2024 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, tərəflərindən aparılmış araşdırma zamanı Torpağın mülkiyyətə verilməsinə dair JN-449A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza (DWG) və adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, iddia olunan torpaq sahəsində digər şəxsə məxsus fərdi yaşayış evinin mövcud olduğu, torpaq sahəsi üzərində mübahisənin olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrasını təmin etmək mümkün olmamışdır.

28. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

29. Belə ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-449A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza (DWG) və adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmamış, həmçinin, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, iddia olunan torpaq sahəsində digər şəxsə məxsus fərdi yaşayış evinin mövcud olduğu, torpaq sahəsi üzərində mübahisənin olduğu aşkar edilmişdir.

30. Məhkəmə ilk öncə qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-449A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza (DWG) və adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin və Dövlət Yerquruluşu Layihə-İnstitutunun vəzifəli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir.

31. Həmin şəhadətnamənin Ərazi İdarəsinin elektron baza (DWG) və adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmaması iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas sayıla bilməz.

32. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsində üçüncü şəxs Həsənova Validə Əli qızına məxsus fərdi yaşayış evinin mövcud olması ilə bağlı qeyd edir ki, bu fakt həqiqətən də mövcud olmaqla, məhkəmə qərarları ilə öz həllini tapmışdır.

33. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)- 2147/2014 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Həsənova Validə Əli qızına qarşı Həsənova Validə Əli qızının ona məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən torpaq sahəsindən çıxarılmаsı və orada olan özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə iddia tələbinin təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(043)-2147/2014 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Həsənova Validə Əli qızının İddiaçı məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsi 29 saylı küçədə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 568/2024 nömrəli qərarı ilə cavabdeh Həsənova Validə Əli qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

34. Bundan başqa, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(83)-21/2017 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nzirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Həsənova Validə Əli qızı və X6) qarşı cavabdeh tərəfindən verilmiş Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair Həsənova Validə Əli qızının adına olan xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-267/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəli qərarı ləğv edilmiş, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 29 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli, **********00- 11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-2283/2022 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi və üçüncü şəxslər Həsənova Validə Əli qızı və X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-267/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

35. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus torpaq sahəsində üçüncü şəxs tərəfindən inşa edilmiş evin sökülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin qətnamənin icra olunması ilə ev söküləcəyi təqdirdə, həmin dəlil aradan qalxsa da, iddiaçının qətnamənin icrasını tələb etməyərək hazırkı iddianı qaldırmaqda məqsədi torpaq sahəsinə dair çıxarış alaraq, onun alğı-satqı qaydasında üçüncü şəxsə satmaqdır. Ona görə də iddiaçı qətnamənin icrasını (üçüncü şəxsin evinin sökülməsini) gözləmədən hazırkı iddianı qaldırmışdır.

36. Eyni zamanda, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində verilmiş 400 kv.m olan torpaq sahəsinin İddiaçı məxsus olması öz təsdiqini tapmışdır.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

38. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi Farforist bağçılıq yoldaşlıq birliyinin torpaq sahələrindən bağ yeri üçün ayrılmışdır. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır.

39. Məhkəmə cavabdeh orqanın faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olmasına dair dəlilini də əsaslı saymır, ona görə ki, əvvəla, cavabdeh orqan həmin halı təsdiq edən heç bir sənəd təqdim etməmişdir.

40. Həmçinin, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair davam edən məhkəmə işləri zamanı bir neçə dəfə birinci və apellyasiya instansiyaları tərəfindən mütəxəssis və ekspert rəyləri alınmış və Torpağın mülkiyyətə verilməsinə dair JN-449A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza (DWG) məlumatlarında öz əksini tapmadığından yekunda 0.04 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamış və məhkəmələr naturada təqdim olunan faktiki sahəyə istinadla qərarlar qəbul etmişlər.

41. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

42. Hazırkı halda isə cavabdeh inzibati orqanın qanunla üzərinə qoyulmuş həmin vəzifələri düzgün icra etməsi müəyyən edilmir.

43. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

44. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar