Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2705/2025 04.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlliliklə bağlı ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1974-cü il tarixdə Samux rayonunun Ziyadlı kəndində anadan olmuşdur. İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 2-ci dərəcə əlillik təyinatı aparılmış, şəxsin 2-ci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixdən 1 il müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixdən şəxsin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişinin rəsmiləşdiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” Əsasnamənin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. xx.xx.2021-ci il tarixli 0315003AAGPA nömrəli göndəriş ilə İddiaçı əlillik vəziyyətinin müəyyən edilməsi məqsədi ilə təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində İddiaçı Diaqnoz əlillik əlamətinin təyin edilməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli N00019874FVJ nömrəli göndəriş ilə əlillik vəziyyətinin müəyyən edilməsi məqsədilə təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyi ilə əlaqədar ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması”nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, keçmiş Xanlar rayonu Hərbi Komissarlığlı tərəfindən xx.xx.1993-cü il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətinə Bakı şəhərində yerləşən N saylı hərbi hissədə başlamışdır. N ay xidmət etdikdən sonra özü könüllü olaraq X1 iştirak etmək üçün ərizə vermişdir. Həmin ərizəsi əsasında onu xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissəyə təlim keçməyə göndərmişlər. Təlimdən sonra onu xx.xx.1993-cü il tarixdə 160 nömrəli briqadanın tərkibinə vermişlər. Həmin briqadanın tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə onu N saylı hərbi hissəyə göndərmişlər. O, N saylı briqadanın tərkibində Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. N saylı briqadadan xx.xx.1994-cü il tarixdə xəstəliyi ilə əlaqədar ordu sıralarından təxris edilmişdir. Belə ki, o, xx.xx.1994-cü il tarixdə Ağdam rayonu ərazisində gedən döyüşlərdə yaralanmışdır. Onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına müalicə üçün təxliyə etmişlər. Həmin hospitalda deşici, kor torakoabdominal homopnovmotoraks qəlpə yarası almaqla sağ böyrəyin zədələnməsi, sağ çiyinin deşici güllə yarası, çiyin toxumasının zədələnməsi, sağ tərəfli nefrektomiya diaqnozu ilə müalicə almışa və sağ böyrəyi yaralanma ilə əlaqədar çıxarılmışdır. Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararsız olduğu (maddə 156 “b”, 34 “b” bəndi) üçün ordu sıralarından təxris olunmuşdur. Həmin tarixdən ona İİ qrup əlillik dərəcəsi verilərək pensiyaya çıxarılmışdır. xx.xx.2016-cı ildə təkrar müayinədən keçmiş, yenə İİ qrup əlil olmağı təsdiq olunmuş və pensiya almağa davam etmişdir. xx.xx.2021-ci il tarixdə təkrar müayinə zamanı əlillik qrupumun təyin edilməməsi nəticəsində pensiya ödənişim dayandırılmışdır. O, bundan sonra səhhətində olan xəstəliklərlə əlaqədar adiyyəti orqanlara şikayət ərizəsi vermişdir. Onun təkrar müayinəsi zamanı süründürməçiliyə yol verilmişdir. O, müharibə əlilidir və hərbi əməliyyatlar nəticəsində yaralanmışdır. xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətinin 40% itirilməsi ilə əlaqədar müddətsiz İİİ dərəcəli əlillik dərəcəsi müəyyən edilmişdir və həmin tarixdən pensiya alır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyi ilə əlaqədar pensiya almamışdır. Lakin, pensiya almadığı müddətdə də real olaraq həmin xəstəliklər onda mövcud olmuşdur. Əlilliyinin gec bərpa olunmasının səbəbi icra orqanının işinə laqeyd və səhlənkar yanaşması nəticəsində olmuşdur. Hesab edirə ki, qeyd olunan müddət ərzində (1 il 5 ay) pensiya ona ödənilməlidir. Bununla əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2A-31368/2023 nömrəli məktubla imtina cavabı vermişdir. Bu səbəbdən də, cavabdehin üzərinə almadığı 17 ay ərzində pensiyamın ödənilməsi öhdəliyinin məhkəmə yolu ilə qoyulmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə təqdim xx.xx.2025-ci il tarixli, 3-17-1/2-52378/2025 nömrəli etirazında bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməyən pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş vardır. İddiaçı pensiyası bərpa edildikdən əvvəlki dövr üzrə ödənişin ödənilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.2021-ci il tarixdən əlillik müddətinin birməsi səbəbindən əlilliyə görə əmək pesiyası ödənişinin dayandırıldığını, təkrar müayinə edilərkən xx.xx.2022-ci il tarixdən əlillik müəyyən edildiyini, həmin müddətin 6 aydan çox olması səbəbindən pensiyanın ötürülmüş müddət üzrə bərpasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-58378/2025 nömrəli etirazda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi ona 1994-cü ii tarixdə olaraq 2-ci dərəcəli əlillik müəyyən olunduğunuxx.xx.2016-cı tarixdə təkrar əlillik dərəcəsi müəyyən olunduğunu, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixdə təkrar müayinəyə getdiyi halda növbəti əlillik dərəcəsinin isə xx.xx.2022-ci il tarixdə verildiyini qeyd etmişdir. Odur ki, iddiaçı xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya almadığını və həmin məbləğin ona ödənilməli olduğunu iddia edir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 'Əlilliyin qiymətləndirilməsi Qaydası nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı qeyd etmək istərdik ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinə 2 iyul 202*1 ci i! tarixində 3.3-1-ci yarımbəndi əlavə edilmişdir. Qanunun 3.3-1-ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibibi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti arayışına əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş X4 Sistemindən çıxarışa əsasən təkrar əlilli xx.xx.2016-cı il tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş X3 çıxarışa əsasən İddiaçı 01,10.2022-ci il tarixdən müddətsiz olaraq İİİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2022ci il tarixdən müəyyən edilmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmadığından həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin yenidən təyin edilməsi tarixi arasındakı dövr 16 ay 17 gün təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı materiallar, cavabdehin etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya müxtəlif vaxtlarda əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində İddiaçı əlilliyinin müəyyən edilməsindən imtina olunaraq səbəb kimi əlillik əlamətinin müəyyən edilməməsi göstərilmişdir. Daha sonra iddiaçının müraciətlərindən sonra xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir. Əlilliyin təyinat tarixi xx.xx.2022-ci il olmuşdur. Həmin tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilməyə başlanmışdır. İddiaçı ondan asılı olmayan – Agentliyin süründürməçiliyə yol verməsi nəticəsində təkrar müayinəsinin 17 aydan çox uzandığını əsas gətirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsaslarına görə iddiaçının sonuncu əlilliyi xx.xx.2022-ci il tarixdən müəyyən edilmişdir. İddiaçının tələb etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edildiyindən həmin dövrlər üzrə müavinət ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Mübahisə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müavinətin ödənilməsi ilə bağlıdır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 9.1.2-ci maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış təqdim edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əlilliyə görə əmək pensiyası əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əmək pensiyası təyin edilir və ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-cu il tarixdə bitsə də (iddiaçı xx.xx.2021-ci il tarixdən ödənilmə tələb edir), 6 aydan çox – 16 ay 17 gün sonra – xx.xx.2022-ci il tarixdən əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçıya edilmiş əlilliyə görə əmək pensiyası əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi səbəbi ilə dayandırılmış, onun əlilliyinin yenidən qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Məhkəmə cavabdehin imtinasının dəlilləri ilə razılaşır. Belə ki, həmin imtina yuxarıda istinad edilən normaların tələbindən irəli gəlir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı cavabdeh – DSMF şəxsin əlilliyini müəyyən etməyə və ya əlilliyi bərpa etməyə səlahiyyətli orqan deyil. Hazırkı mübahisədə DSMF-nin səlahiyyətləri digər orqan – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilmiş əlilliyin dərəcəsinə və müddətinə bağlıdır. Başqa sözlə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi, dayandırılması və bərpası, həmçinin onun ödənişinin dayandırılması və bərpası arasındakı müddət üçün ödənilməsi şəxsin qanunla müəyyən edilmiş qaydada və müddətdə əlilliyi olan şəxs hesab edilməsi ilə şərtlənir. İşin materiallarına görə, xx.xx.2021-ci il tarixli 0315003AAGPA saylı göndəriş əsasında İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli N00019874FVJ nömrəli göndəriş isə xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının ödənilməsi bərpa edilmişdir. Göründüyü kimi, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli imtinasını mübahisələndirməmiş, sonrakı qiymətləndirmə zamanı isə əlilliyin təyininin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsinə qərar verilmişdir. Hər iki inzibati akt qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əlilliyə görə əmək pensiyasını hesablayarkən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxs barəsində əlilliyin təyin edilməsi barədə qərarında qeyd edilən müddətlərə bağlı olduğundan iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-523/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlliliklə bağlı ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2705/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2705/2025
04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver