Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2711/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ailə tərkibi X2 (arvad), X4 (xx.xx.1994) (qızı), X5 (xx.xx.1994) oğlu, X10 (xx.xx.2003) oğlundan ibarətdir. xx.xx.1994 -ci il tarixli 1791 nömrəli akt qeydinə əsasən X5 xx.xx.1994-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda eyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh tərəfindən xx.xx.1994-cü ildə tərtib edilmiş 1791 və 1792 nömrəli doğum haqqında akt qeydləri nəzərdən keçirilərkən valideynləri İddiaçı ilə X2 olan xx.xx.1994-cü il təvəllüdlü (X5 və X4) əkiz övladlarının doğulduğu, habelə onların adına xx.xx.1994-cü il tarixdə XVİİİ JQ seriyalı 409360 nömrəli və XVİİİ JQ seriyalı 409361 nömrəli doğum haqqında şəhadətnamələrin tərtib olunaraq onlara təqdim olunduğu məlum olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçıyla əlaqə saxlanılarkən İddiaçı adında övladının doğulmadığını və həmin tarixdə yalnız bir qız övladının anadan olduğunu bildirmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə, eləcə də "Əhalinin Dövlət Reyestri” informasiya sistemindəki məlumatlara baxış keçirilərkən xx.xx.1994-cü il təvəllüdlü Novruz Qəmbərovun barəsində doğumundan başqa hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin məsələ ilə əlaqədar Göygöl rayon mərkəzi xəstəxanası ilə danışıq zamanı saxlanılma müddətinin 25 il olduğundan doğum haqqında tibbi şəhadətnamələrin adıçəkilən qurumda aşkar edilmədiyi bildirilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli məktubla bildirilmişdir ki, araşdırma zamanı Cavabdeh tərəfindən xx.xx.1994-cü ildə tərtib edilmiş 1791 və 1792 nömrəli doğum haqqında akt qeydləri nəzərdən keçirilərkən valideynləri İddiaçı ilə X2 olan xx.xx.1994-cü il təvəllüdlü(X5 və X4) əkiz övladlarınızın doğulduğu, habelə onların adına xx.xx.1994-cü il tarixdə XVİİİ JQ seriyalı 409360 nömrəli və XVİİİ JQ seriyalı 409361 nömrəli doğum haqqında şəhadətnamələrin tərtib olunaraq Sizə təqdim olunduğu məlum olmuşdur. Biidirilir ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə, eləcə də «Əhalinin Dövlət Reyestri» informasiya sistemindəki məlumatlara baxış keçirilərkən xx.xx.1994-cü il təvəllüdlü Novruz Qəmbərovun barəsində doğumundan başqa hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163-cü maddəsinin tələblərinə əsasən «Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən icra edilir». X5 barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 1791 nömrəli doğum haqqında akt qeydinin ləğv olunması tələbi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. Bununla bağlı tərəfimizdənsizə müvafiq iddia ərizəsinin hazırlanaraq məhəkəməyə təqdim olunmasında köməklik göstərilə bilər və məhkəmə tərəfindən müsbət qərar çıxarıldığı halda, onun ailə üzvünüz olaraq əks olunmaması üçün informasiya sistemindəki məlumatlara zəruri dəyişiklik ediləcəkdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 1791 nömrəli doğum haqqında akt qeydinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci il tarixdə anadan olmuş və xx.xx.1974-cü il təvəllüdlü X2 ilə ailə quraraq nikahılarını xx.xx.1993- cü il tarixdə Cavabdehndə qeydiyyata aldırmışlar. Birgə nikahdan xx.xx.1994-cü il tarixdə Nərgiz və xx.xx.2003-cü il tarixdə Rüstəm adlı övladları anadan olmuşlar. Lakin, heç bir əsas olmadan xx.xx.1994-cü il tarixdə Nərgizlə əkiz xx.xx.1994-cü il təvəllüdlü X5 şəxsin anadan olduğu göstərilərək doğum haqqında akt qeydi aparılmışdır. Hal-hazırda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsin onun evladı olması barəsində məlumat göstərilmişdir.Bununla bağlı cavabdeh orqana müraciətinə sonuncu tərəfinədn imtina cavabı verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi X5 barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 1791 nömrəli doğum haqqında akt qeydinin ləğv olunmasıdır ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
1. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. İş materiallarının araşdırılması nəticəsində o cümlədən cavabdeh orqanın nümayəndəsinin izahatı əsasında müəyyən edilir ki, X6 barəsində doğum haqqında akt qeydi tərtib olunsa da, Novruz Qəmbərovun barəsində doğumundan başqa hər hansı məlumat aşkar edilməmişdir, yəni belə bir şəxsin mövcudluğu öz əksini tapmamışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə X5 barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 1791 nömrəli doğum haqqında akt qeydinin ləğv olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. X5 barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 1791 nömrəli doğum haqqında akt qeydinin ləğv olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva