Məhkəmə qərarları › İş №2-1(114)-2712/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2712/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2712/2022 12.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ("xxxx" MMC) torpaq sahəsinin koordinatlarında düzəliş edilməklə dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona mülkiyyət hüququ üzrə məxsus olan xx.xx.2014-cü il tarixli AN-480430 və AN-468019 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin koordinatlarında düzəliş edilməklə torpaq sahəsinin üzərində dövlət qeydiyyatının reyestrə daxil edilməklə mülkiyyət hüququnun yenidən Şəmkir rayonu Könüllü bələdiyyəsinin verdiyi plan və ölçü sənədləri ilə müəyyən edilmiş koordinatlar əsasında dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayon Könüllü kəndində kənd təsərrüfatı yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu baxımdan kənd sakini olaraq 0.15 ha və 0.69 ha əkinə yararlı torpaq sahəsini Könüllü bələdiyyəsindən almışdır. Lakin sonradan müəyyən etmişdir ki, Könüllü Bələdiyyəsi və 3-cü şəxs tərəfindən torpaq sahələrinin döngə kordinat nöqtələri yerində çəkilərək qanuni şəkildə verilsədə, həmin kordinatlar cavabdehin səhvi ucbatından bazaya səhv çəkilməklə başqa şəxsin torpaq sahəsinin kordinatları ilə toqquşmuşdur. Bunu cavabdehin mütəxəssisinin etdiyi və bazaya səhv çəkməsi nəticəsində baş vermişdir. Layihə sənədlərindən də görünür ki, iddiaçının torpaq sahəsinin döngə kordinatları tam sərbəst olmaqla qonşu torpaq sahələrindən sərhədlə tamlanır. Lakin cavabdehin səhvi ucbatından isə həmin döngə nöqtələri digər torpaq sahələrinə sürüşdürülərək boş dərəyə tərəf onun torpaq sahəsi sürüşdürülmüşdür. Bununla bağlı hətta koordinat nöqtələri ilə bağlı fotoşəkilidə ərizəyə əlavə edilir. Həmin torpaq sahələri 2014-cü il tarixdə mütəxəssislər tərəfindən ölçülmüş və kadastr layihəsi işlənmişdir, əgər həmin vaxtı layihə sənədlərinin koordinat nöqtələri başqa torpaq sahəsinin döngə nöqtələri ilə toqquşmuş olsaydı onda layihənin və kadastrın işlənməsi mümkün ola bilməzdi. İddiaçı Şəmkir rayon Könüllü bələdiyyəsindən verilmiş koordinatlar əsasında torpaq sahəsi üzərində hüquqlarının yeni koordinatlar əsasında torpaq sahəsi üzərində hüquqlarının yeni koordinatlar əsasında yenidən dövlət qeydiyyatına alınıb çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etsə də də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Şəmkir rayonu Könüllü bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sənədləri ilə ona mülkiyyət hüququ üzrə məxsus olan ilkin torpaq ayırma sənədi hesab edilən xx.xx.2014-cü il tarixli AN-480430 və AN-468019 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin koordinatlarının dəyişdirərərk ilkin torpaq ayırma sənədləri əsasında qeydiyyat aparılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2021-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında nümayəndəsi olduğu inzibati orqanda aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin 20 iyun 2013cü il tarixli 06 saylı qərarı ilə ləğv edilmiş DT və XK-nin rəyləri, yerquruluşu sxemi və 10 fevral 2014-cü il tarixli AN-480430, AN-468019 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında 14,31 ha və 0,69 ha torpaq sahələrinə 30 avqust 2014-cü il tarixdə Könüllü bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində alınaraq çıxarış verilmişdir. Həmin torpaq sahələrinə DT və XK-nin torpaq hərrac və müsabiqə komissiyasının xx.xx.2014-cü il tarixli 149 və 153 saylı hərrac şəhadətnamələri və Könüllü bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış notarial icarə müqavilələri əsasında xx.xx.2014cü il tarixli İddiaçı adına yüklülük çıxarışı və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Müraciətində torpaq sahələrinə verilmiş plan və ölçüyə düzəliş olunmasını istəmişdir. Həmin plan və ölçülər bələdiyyənin və ləğv edilmiş DT və XK-nin sənədləri əsasında dövlət reyestrində qeydiyyatı aparılmışdır. Üçüncü şəxsin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahələri ilə bağlı elektron xəritə tərtib ediləcək və bütün torpaq sahələrinin koordinatları dəqiq qeyd olunacaq. Həmin xəritə tərtib olunduqdan sonra torpaq sahələri ilə bağlı bütün mübahisələr öz həllini tapacaq. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 0.69 ha torpaq sahəsi 95 (doxsan beş) il müddətində icarə hüququ ilə İddiaçı xeyrinə yüklü edilmişdir. -surəti işə əlavə edilmiş A № 480430 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir rayonu, Könüllü bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 06 saylı qərarı ilə 6900 kv.m kənd təsərrüfatı məqsədi üçün torpaq sahəsi 10 fevral 2014-cü il tarixdə X4 kitabında 1743 nömrəsi ilə uçota alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 14.31 ha torpaq sahəsi 95 (doxsan beş) il müddətində icarə hüququ ilə İddiaçı xeyrinə yüklü edilmişdir. -surəti işə əlavə edilmiş A № 468019 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir rayonu, Könüllü bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 06 saylı qərarı ilə 143100 kv.m kənd təsərrüfatı məqsədi üçün torpaq sahəsi 10 fevral 2014cü il tarixdə X4 kitabında 1742 nömrəsi ilə uçota alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir İdarəsinin xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEF-dən 14.31 ha torpaq sahəsinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzgün qeyd edilmişdir, eyni zamanda Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEF-dən örüş sahədən 0.69 ha torpaq sahəsinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzgün qeyd edilmişdir, bundan əlavə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar üzrə İddiaçı icarə hüquqları qeydə alınan (Plan ölçü sənədi) 14.31 ha və 0.69 ha, cəmi 15 ha torpaq sahəsinin koordinantları üst-üstə düşür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 06 saylı qərarı ilə 14,31 ha və 0,69 ha torpaq sahələrinə xx.xx.2014-cü il tarixdə Könüllü bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində alınaraq çıxarış verilmiş və həmin torpaq sahələrinə Könüllü bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış notarial icarə müqavilələri əsasında xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli İddiaçı adına yüklülük çıxarışları və torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. İddiaçı ona verilmiş torpaq sahələrinin koordinatlarına düzəliş edilərək dövlət qeydiyyatına alınmasını tələb edir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin plan və ölçülərinin bələdiyyənin və ləğv edilmiş DT və XK-nın sənədləri əsasında dövlət reyestrində qeydiyyatının aparılması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin 20 iyun 2013-cü il tarixli 06 saylı qərarı ilə ləğv edilmiş DT və XK-nin rəyləri, yerquruluşu sxemi və 10 fevral 2014-cü il tarixli AN-480430, AN-468019 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında 14,31 ha və 0,69 ha torpaq sahələrinə 30 avqust 2014-cü il tarixdə Könüllü bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində alınaraq çıxarış verilmişdir. Həmin torpaq sahələrinə DT və XK-nin torpaq hərrac və müsabiqə Komissiyasının xx.xx.2014-cü il tarixli 149 və 153 saylı hərrac şəhadətnamələri və Könüllü bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış Notarial icarə müqavilələri əsasında xx.xx.2014cü il tarixli İddiaçı adına yüklülük çıxarışı və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Məhkəmə torpaq sahəsinin koordinatlarının ilkin sənədlərlə uyğun olubolmamasının müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq mütəxəssis rəyi almış, mütəxəssis tərəfindən müəyyən edilçmişdir ki, Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEF-dən 14.31 ha və 0.69 ha torpaq sahələrinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədlərində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara düzgün qeyd edilmişdir, bundan əlavə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar üzrə İddiaçı icarə hüquqları qeydə alınan (Plan ölçü sənədi) 14.31 ha və 0.69 ha, cəmi 15 ha torpaq sahəsinin koordinantları üst-üstə düşür. Məhkəmə mütəxəssis rəyini mötəbər sübut hesab edərək o nəticəyə gəlir ki, iddiaçıya ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilərkən koordinatlar ilkin sənəd olan plan və ölçülərdəki koordinatlara uyğun işlənmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarında düzəliş edilməklə dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar