Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2716/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarların hissəvi ləğvi və İİ dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Eıvin Cəfər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7099/2024 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2013-cü ildən etibarən ümumi xəstəlik səbəbilə İl dərəcə əlillik təyin olunmuşdur.
2. Cavabdeh orqan əlilliyi olan şəxslərin təhlilini aparan zaman müddətsiz əlilliyi olan şəxslərin, o cümlədən iddiaçının təkrar əyani müayinəyə cəlb olunaraq əlilliyini yenidən qiymətləndirmək zərurəti duymuş və iddiaçının dəvət edilmiş əyani müayinəyə gəlməməsini əsas gətirməklə, İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən diaqnozun təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7099/2024 nömrəli qərar qəbul etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-Ə-30209/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsaəsn əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq o xx.xx.2024-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 134) əyani müayinəyə dəvət olunmuşdur. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.2013-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-5156/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X10 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət qeydə alınmışdır. X4 və yoldaşı X6 adı çəkilərək əlillik təyinatlarının əsassız olması bildirilmişdir. Bununla əlaqədar, Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmış və şəxsin X5 olduğu, həmçinin həyat yoldaşı kimi təqdim etdiyi xanımın adının İddiaçı olduğu müəyyən edilmişdir. Nəticə etibarilə, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-21753/2024 nömrəli bildiriş məktubu ilə xx.xx.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
5. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-37/2-885/2025 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, xəstə İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixi daxil olmaqla “Gəncə şəhər Birləşmiş xəstəxanası” publik hüquqi şəxsin Kardioloji xəstəxanasının ritm pozğunluğu şöbəsində stasionar müalicə almışdır. Xəstəyə aparılan tibbi müayinələrin (ExoKQ, EKQ, Laborator analizlər) nəticələrinə, xəstənin anamnez və şikayətlərinə əsasən; “Əsas:ÜİX: Qeyri-stabil stenokardiya (İ20.8). Aorta və tac damarlarının aterosklerozu (İ25.1). Yanaşı- Hipertoniya xəstəliyi İİ mərhələ, İV risk amili.Hipertonik kriz.Hipertonik ensefalopatiya (İ11).Şəkərli diabet İİ tip (E11). Ağırlaşma-Ritm pozğunluğu:mədəcik ekstrosistoliyası Laun 3 (İ49.8). Səyrici aritmiya, daimi forma (İ48). Mitral çatmamazlıq İİ dərəcə (İ34.0).QDÇ İİİ f/s /NYHA/ (İ50)” diaqnozu qoyulmuşdur. İddiaçı səhhətində “Əsas diaqnoz: ÜİX: Qeyristabil stenokardiya (İ20.8). Aorta və tac damarlarının aterosklerozu (İ25.1) diaqnozu mövcuddur. Aparılmış ExoKQ (EXOkardiqrafiya) müayinəsinin nəticəsinə əsalanaraq. İddiaçı səhhətində Ürəyin işemik xəstəliyi (İ20-İ25), Ürək çatışmamazlığı (İ50) diaqnozu mövcuddur: Sistolik funksiya–LVEF-36%. İddiaçı səhhətində “Ürəyin xroniki işemik xəstəliyi” diaqnozunun ağırlaşmaları mövcuddur (Səyrici aritmiya, daimi forma (İ48), Mitral çatmamazlıq İİ dərəcə (İ34.0). İddiaçı səhhətində (xroniki ürək çatmamazlığı) xəstəliyi var (QDÇ İİİ f/s/NYHA/(İ50). Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixi daxil olmaqla Kardioloji xəstəxananın ritm pozğunlu şöbəsində təkrar stasionar müalicə almışdır. Xəstəyə aparılan tibbi müayinələrin (ExoKQ, EKQ, Laborator analizlər) nəticələrinə, xəstənin anamnez və şikayətlərinə əsasən; “Əsas:ÜİX: Qeyri- stabil stenokardiya (İ20.8). Aorta və tac damarlarının aterosklerozu (İ25.1). Yanaşı-Hipertoniya xəstəliyi İİ mərhələ,İV risk amili.Hipertonik kriz.Hipertonik ensefalopatiya (İ11).Şəkərli diabet İİ tip (E11). Ağırlaşma-Ritm pozğunluğu: mədəcik ekstrosistoliyası Laun 3 (İ49.8). Səyrici aritmiya,daimi forma (İ48). Mitral çatmamazlıq İİ dərəcə (İ34.0).QDÇ İİİ f/s /NYHA/ (İ50)” diaqnozu təkrar təsdiqlənmişdir. Aparılan Exo (Exokardioqrafiya) müayinəsinin nəticəsinə əsasən Sistolik funksiya – LVEF-34% olmuşdur (əvvəlki müayinəyə nisbətən azalmışdır).
6. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin X3 xəstənin tibb kartasından çıxarışında diaqnoz “Qeyri-stabil stenokardiya (İ20.8). Aorta və tac damarlarının aterosklerozu (İ25.1)” kimi qeyd edilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin xx.xx.2024cü il tarixdə dayandırılmasının və etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsi, əvvəllər müəyyən olunmuş ll qrup əlilliyin mddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Gədəbəy rayonu, Anqıran kəndində anadan olmuşdur. O, uzun illərdir ki, ürəyin işemik xəstəliyindən əziyyət çəkir. 2003-cü ildən bu xəstəlikdən əziyyət çəkir. Dəfələrlə müalicələr almışdır. Nəticədə ona 2003-cu ildə İİ dərəcəli əlillik müdətinə verilmişdir. Ardıcıl olaraq mayinələrdən sonra ona müddəti artırılmaqla 2024-cü ilə kimi əmək qabiliyyətsiz, İİ dərəcəli əlillik təyin edilmişdir. Bu əlilliklə pensiya almışdır. Bundan əlavə gözünün hər ikisi görmür və şəkər xəstəliyindən əziyyət çəkir. Müalicələri davam etmiş, lakin buna baxmayaraq xx.xx.2024-ci il tarixdən əliliyinin yenidən təyinatı dayandırılmışdır. Belə ki, cavabdeh idarə tərəfindən əlilliyi etibarsız hesab edilmişdir. Bu barədə cavabdeh idarə tərəfindən məktub təqdim edilmişdir. Həmin məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq o, xx.xx.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin bildirişdə əyanı müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.2013-cü il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyiniz etibarsız edilmişdir. Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bununla bağlı zəruri tədbirlər görülmüş və müvafiq qərarlar qəbul edilmişdir. Nəticədə əlilliyə görə əmək pensiyasının məbləğində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 339,60 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Hesab edir ki, ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinə heç bir hüquqi və qanuni əsas olmamışdır. O, həmin müddətdə xəstə olmuş və xəstəxanada yatmışdır. Bu da xəstəliyinin ağırlaşması ilə əlaqədar olmuşdur. Ona əlilliyin yenidən təyin olunması müayinələrinə gəlməyi barədə məktublar ünvanına gəlsə də o, xəstəxanada olduğundan bu məktubları ala bilməmişdir. Bu məktublar barədə ona heç bir məlumat daxil olmamışdır. Belə olan halda cavabdehin bu hərəkətlər qanuni ola bilməzdi. Hazırda onun əlilliyinə əsas olmuş xəstəliyi davm edir. Hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsaslı deyildir. Əlilliyi qanunvericiliyə uyğun təyin edilmişdir. Artıq 20 ilə yaxındır ki, əlillik pensiyası alır. Hesab edir ki, bu səbəbdən onun konstitusiyada nəzərdə tutulan sosial təminat hüquqları pozulmuşdur.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7099/2024 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə iddiaçının yaşadığı yer üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində bu vətəndaşlardan 11 (on bir) nəfər və digər tarixə dəvət edilmiş lakin xx.xx.2024-cü il tarixində kimissiyada iştirak etmiş 2 (iki) vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri araşdırılmış, 17 (on yeddi) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, 5 (beş) nəfər isə başqa tarixlərdə iştirak etmiş və müayinə edilmiş, xx.xx.2024-cü ildə müayinə sənədi təqdim etmiş və ya bu tarixədək müayinə sənədi gözlənilmiş lakin heç bir müayinə sənədi təqdim edilməmiş vətəndaş da daxil olmaqla ümumilikdə 35 (otuz beş) nəfər barəsində qərar verilərək aşağıdakıları müəyyən etmişdir. Gədəbəy rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “ÜİX-gərginlik və sakitlik stenokardiyası İİİ funksional sinif. Aorta və tac damarlarının aterosklerozu. QDÇ İİ dərəcə.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-A-21753/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024- cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilsin.
19. İddiaçı və iddiaçının nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
20. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
22. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildən etibarən ümumi xəstəlik səbəbilə İl qrup əlillik təyin olunmuşdur.
23. Cavabdeh orqan əlilliyi olan şəxslərin təhlilini aparan zaman müddətsiz əlilliyi olan şəxslərin, o cümlədən iddiaçının təkrar əyani müayinəyə cəlb olunaraq əlilliyini yenidən qiymətləndirmək zərurəti duymuş və iddiaçının dəvət edilmiş əyani müayinəyə gəlməməsini əsas gətirməklə, İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən diaqnozun təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7099/2024 nömrəli qərar qəbul etmişdir.
24. Məhkəmə cavabdeh orqanın həmin qərarlarını qanunsuz sayır və aşağıdakıları qeyd edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
26. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
27. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2009-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsas kimi vətəndaş müraciətinə istinad etmişdir. Belə ki, cavabdeh orqan bildirir ki, vətəndaş X10 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət qeydə alınmışdır. X4 və yoldaşı X6 adı çəkilərək əlillik təyinatlarının əsassız olması bildirilmişdir. Bununla əlaqədar, Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmış və şəxsin X5 olduğu, həmçinin həyat yoldaşı kimi təqdim etdiyi xanımın adının İddiaçı olduğu müəyyən edilmişdir. Nəticə etibarilə, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-21753/2024 nömrəli bildiriş məktubu ilə xx.xx.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir
28. Məhkəmə qeyd edir ki, hər hansı müraciət (ərizə) yaxud sənəd TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər ki, iddiaçının əlilliyi ilə bağlı hallara aid şübhəli məsələni ortaya çıxarmış olsun. Yəni həmin hal iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır.
29. Lakin cavabdeh orqan həqiqiliyi bəlli olmayan hər hansı müraciət əsasında iddiaçını əyani müayinəyə dəvət etmiş və nəticədə hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
30. Eyni zamanda, məhkəmənin qərardadı əsasında əldə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-37/2-885/2025 nömrəli mütəxəssis rəyi ilə onun hazırda da əlillik təyinatına səbəb olmuş xəstəliklərdən - ürək və qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir.
31. Bu hal, habelə yuxarıda sadalanan hallar cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmadığının göstəricisi olmaqla, qəbul etdiyi qərarların da bu səbəbdən qanunsuzluğuna dəlalət edir.
32. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
33. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
34. Qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
35. Göründüyü kimi, iddiaçıya xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
36. Lakin qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
38. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli 3-17-4/3-3-7099/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva