Məhkəmə qərarları › İş №2-1(114)-2723/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2723/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2723/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (üçünücü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı Gəncə şəhəri,Muxtar Hacıyev (Aidə İmamuliyeva) küçəsi, bina 15-də yerləşən "xxxx" ASC-nin himayəsində olan yataqxanaya qeydiyyata alınmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 03 iyun 2024-cü il tarixli 11 nömrəli Xüsusi təyinatlı Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Gəncə şəhəri, Muxtar Hacıyevküçəsi (A.İmanquliyeva) 15 nömrəli binada,ümumi sahəsi 12.0 kv.m -dən ibarət 1 otaaqlı 517 yaşayış sahəsinin haqqı ödənilməklə yaşamaq üçün İddiaçı (ailə üvü X1) verilməsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kirayəyə verən) öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 iyun 2024-cü il tarixli 11 saylı orderi ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 12,0 kv.m olan №517 otaq İddiaçı verilmişdir. “Billur” Elm-İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 29 nömrəli arayışına əsasən İddiaçı həqiqətən A.İmanquliyeva küçəsi bina 15 mənzil 517-də yaşayır. İddiaçı yaşayış sahəsi üzrə qeydiyyata aınması ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək ücün əsas verən sənəd, (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmalıdır. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün Məhkəmə orqanlarına və ya istənilən «ASAN xidmət» mərkəzinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupuna müraciət etməsinin məqsədəmüvafiq olduğu və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri,Muxtar Hacıyev (Aidə İmamuliyeva) küçəsi, bina 15-də yerləşən "xxxx" ASC-nin himayəsində olan yataqxanaya qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini 03 iyun 2024-cü il tarixli 11 nömrəli Xüsusi təyinatlı Yaşayış sahəsinin kirayə müqaviləsi"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 iyun 2024-cü il tarixli 11 saylı orderixx.xx.2024-cü il tarixli 29 nömrəli arayış, cavabdehin imtinası və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iddiaçının hazırki tələbi Gəncə şəhəri,Muxtar Hacıyev (Aidə İmamuliyeva) küçəsi, bina 15-də yerləşən yataqxanaya qeydiyyata alınmasından ibarətdir ki, cavabdeh orqan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək ücün əsas verən sənəd, (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmasını əsas gətirərək məhkəmə orqanlarına və ya istənilən «ASAN xidmət» mərkəzinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupuna müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Məhkəmə yuxarıda qeyd olunmuş maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki,iddiaçı və üçüncü şəxs arasında 03 iyun 2024-cü il tarixli 11 nömrəli Xüsusi təyinatlı Yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış,onun əsasında Gəncə şəhəri, Muxtar Hacıyevküçəsi (A.İmanquliyeva) 15 nömrəli binada,ümumi sahəsi 12.0 kv.m -dən ibarət 1 otaaqlı 517 yaşayış sahəsi yaşamaq üçün İddiaçı verilmiş,buna dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 iyun 2024-cü il tarixli 11 saylı orderi tərtib olunmuşdur. Ona görə də, iddiaçı iddia tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri,Muxtar Hacıyev (Aidə İmamuliyeva) küçəsi, bina 15-də yerləşən "xxxx" ASC-nin himayəsində olan yataqxanaya İddiaçı qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar