Məhkəmə qərarları › İş №2-1(114)-2732/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2732/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2732/2024 21.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı qərarın ləğv edilməsi və həmin qərar üzrə əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməklə dayandırılması, həmin qərar üzrə əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması və ona ödənilməli olan 4483.03 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 46872.75 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinə dair cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin 4483.03 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş X3 pensiya işindən müəyyən edilir ki: - DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən İddiaçı sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı əlilliyinin "Əlillik" altsistemində etibarsız hesab olunması ilə əlaqədar pensiya ödənişi 1 fevral 2020-ci il tarixindən dayandırılmış, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 46872.75 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmişdir. - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına 10 mart 2022-ci il tarixində çatmağı ilə əlaqədar həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən İddiaçı Mərkəzi Filial tərəfindən 2022-ci ilin aprel ayında 2016.18 manat məbləğində sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, həmçinin 2022-ci ilin mart ayı üzrə 22 gün üçün ona ödənilməli olan 1430.83 manat pul vəsaiti hesablanmışdır. - Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən hesablanmaqla əmək pensiyasının məbləği 2016.18 manatdan 2891.88 manata artırılmış, həmçinin ona xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 2627.10 manat pul vəsaiti hesablanmışdır. - Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı pensiyası 3316.98 manat məbləğində hesablanmış, həmçinin 2023-cü ilin yanvar ayı üzrə ona ödənilməli olan 425.10 manat fərq məbləği müəyyən edilmişdir. - İddiaçı ödənilməli olan ümumilikdə 4483.03 (1430.83+2627.10+425.10 manat) ona artıq ödənilmiş 46872.75 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. - Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri İdarəsinin 28 dekabr 2022-ci il tarixli İ.Z-59548/2022 nömrəli məktubu ilə Mərkəzə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının 19 noyabr 2021-ci il tarixli **********9 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarına əsasən İddiaçı əmək pensiyasından xx.xx.2023-xx.xx.2024-cü il arasındakı dövr ərzində hər ay 120.00 manat tutularaq büdcəyə bərpa edilmişdir (cəmi 1440,00 manat). Gəncə şəhəri üzrə İcra İdarəsinin əmək pensiyasından tutulmanın faiz dərəcəsinin artırılması ilə əlaqədar 31 yanvar 2024-cü il tarixli İ.Z-59548/2022 nömrəli məktubuna əsasən cari ilin əvvəlindən etibarən əmək pensiyasından hər ay 50 faizi, yəni 1844.24 manat tutularaq büdcə bərpa edilməyə başlanılmış, qalıq borc məbləği 1 may 2024-cü il tarixinə 37261.24 (468xx.xx-4483.03-18xx.xx-1844.24) manat, icra ödənişi isə 3281.00 manat təşkil etmişdir. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən İddiaçı pensiyası 3688.49 manat məbləğində müəyyən edilmişdir.

2. İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-88667/2024 nömrəli məktubda bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 7 dekabr 2017-ci il tarixindən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlilliyinin "Əlillik" altsistemində etibarsız hesab olunması ilə əlaqədar pensiya ödənişi 1 fevral 2020-ci il tarixindən dayandırılıb. Buna görə də xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 46872.75 manat vəsait artıqödəmə olaraq müəyyən edilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına 10 mart 2022-ci il tarixində çatmağı ilə əlaqədar həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 2022-ci ilin aprel ayında 2016.18 manat məbləğində sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin 2022-ci ilin mart ayı üzrə 22 gün üçün ona ödənilməli olan 1430.83 manat pul vəsaiti hesablanıb. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən hesablanmaqla əmək pensiyasının məbləği 2016.18 manatdan 2891.88 manata artırılıb, həmçinin ona xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 2627.10 manat pul vəsaiti hesablanıb. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən pensiyası 3316.98 manat məbləğində hesablanıb, həmçinin 2023-cü ilin yanvar ayı üzrə ona ödənilməli olan 425.10 manat fərq məbləği müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən ödənilməli olan ümumilikdə 4483.03 (1430.83+2627.10+425.10 manat) ona artıq ödənilmiş 46872.75 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 28 dekabr 2022-ci il tarixli İ.Z-59548/2022 nömrəli məktubu ilə Mərkəzə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının 19 noyabr 2021-ci il tarixli **********9 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyasından xx.xx.2023-xx.xx.2024-cü il arasındakı dövr ərzində hər ay 120.00 manat tutularaq büdcəyə bərpa edilmişdir (cəmi 1440.00). Gəncə şəhəri üzrə İcra İdarəsinin əmək pensiyasından tutulmanın faiz dərəcəsinin artırılması ilə əlaqədar 31 yanvar 2024-cü il tarixli İ.Z-59548/2022 nömrəli məktubuna əsasən cari ilin əvvəlindən etibarən əmək pensiyasından hər ay 50 faizi, yəni 1844.24 manat tutularaq büdcə bərpa edilir. Qalıq borc məbləği 1 may 2024-cü il tarixinə 37261.24 (468xx.xx- 4483.03-18xx.xx-1844.24) manat, icra ödənişi isə 3281.00 manat təşkil edir. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən pensiyası 3688.49 manat məbləğində müəyyən edilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli **********9 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. Rəhmətlik həyat yoldaşı X5 hakim vəzifəsində işləmişdi. Ona xx.xx.2017-ci il tarixdən başlayaraq 2-ci dərəcə əlilliyə görə əmək pensiyası ödənilirdi. Bundan sonra onun əllilik dərəcəsi ləğv edilmiş, 2 ildir onun yaşı çatdığına görə pensiya verilməsi bərpa edilmişdir. Təxminən 2 ay bundan əvvəl o, pensiya alanda görmüşdür ki, pensiya məbləğinin yarısı tutulur. O, bunun səbəbini öyrənmək üçün cavabdeh təşkilata müraciət etmiş və ordan ona məktubla cavab verilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində ona artıq ödənilmiş 46872.75 manat vəsait müəyyən edildiyindən barəsində xx.xx.2021-ci il tarixli **********9 saylı qərar qəbul edilmiş və həmin qərar icraya yönəlmişdir. O, icra orqanına müraciət edərək qərarın surətini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Hesab edir həmin qərar ləğv edilməlidir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, hazırki iddia tələbi “Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı qərarın ləğv edilməsi və həmin qərar üzrə əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməklə dayandırılması, həmin qərar üzrə əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması və ona ödənilməli olan 4483.03 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 46872.75 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinə dair cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin 4483.03 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

8. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm də 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. Belə ki, cavabdeh orqanın “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi tələbi mübahisələndirmə, həmin qərar üzrə əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması və ona ödənilməli olan 4483.03 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 46872.75 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinə dair cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin 4483.03 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi isə öhdəliyin icrası iddia növlərinə aiddir.

9. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

10. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir.

12. Belə ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarının iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. İddiaçı həmin qərarı icra orqanına müraciət edərək xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İddiaçı həmin qərarı aldıqdan sonra xx.xx.2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın mübahiisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə sabiq hakimin aila üzvü kimi ailə başçısina itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əlilliyinin "Əlillik" altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişləri dayandırlmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarxədək 46872.75 manat artıqödəmə yaranmışdır. Bununla bağlı qeyd etmək istəyirlər ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafə X7 xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq Mərkəzi filial "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu və 20ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsinə, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur. Qeyd edilənlərdən göründüyü kimi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial təyin olunmuş pensiya və müavinətlərin ödənişlərini həyata keçirən inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 175 nömrəli Qərarı əsasında qəbul edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və odənilməsi" Qaydalarının 6.6-cı bəndinə əsasən əmək pensiyasını yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, Qaydaların 6.1.4-cü və 6.1.6 - 6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasən keçmiş dövr üzrə əskik və atıqödəmələr müəyyən edildikdə "Əmək pensiyaları haqqında" Qanunun 32.-1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bununla əlaqədar Filial tərəfindən iddiaçıya ödənilməli olan 4483.03 manat (2022-ci il mart ayı üzrə 1430.83 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə 2627.10 manat, 2023-cü ilin yanvar ayı üzrə 425.10 manat) artıq ödənilmiş 46872.75 manat məbləğ ilə əvəzləşdirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli l.Z-59548/2022 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********99 nomrəli qərarına əsasən hər ay iddiaçının əmək pensiyasından 120.00 manat tutulmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1440.00 manat bərpa edilmiş, xx.xx.2024-cü il tarixli İ.Z- 59548/2022 nömrəli məktuba əsasən isə cari ilin əvvəlindən etibarən hər ay iddiaçının əmək pensiyasının 50 faizi, yəni 1844.24 manat tutularaq büdcəyə bərpa edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hal-hazırda iddiaçıya münasibətdə mövcud olan borc məbləği 37261.24 manat təşkil edir. İddiaçının əlilliyinin etibarsız hesab olunması Agentliyin səlahiyyətlərinə aid olduğundan artıqödəmənin yaranması da bilavasitə Agentliyin əlilliyin etibarsız sayılması haqqında qərarından irəli gələn məsələdir. Mərkəzi Filialın vəzifəsi ödənişi həyata keçirmək və ya ödənişin dayandırılması üçün hər hansı bir hal mövcud olduqda ödənişin dayandırlmasını həyata keçirməkdən ibarətdir. Əlilliyin etibarsız sayılması və artıqödəmənin yaranmasının səbəbli əlaqəsi olduğunu nəzərə alaraq, hazırkı mübahisə üzrə artıqödəmənin olması məhz Agentlik tərəfindən əlilliyin etibarsız sayılmasından irəli gələn haldır. Odur ki, indiki halda Mərkəzi Filial tərəfindən hər hansı hüquqpozmaya yol verilməmiş, Mərkəzi Filial öz vəzifə səlahiyyətlərindən irəli gələn tələbləri yerinə yetirmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialı İddiaçı barədə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 46872.75 manat manat vəsaitin ondan tutulması barədə xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərar qəbul etmişdir.

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindəki sənədlər; - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı qərar; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2024cü il tarixli 3-17-1/2-H-88667/2024 nömrəli məktub; - Məhkəmənin sorğusuna əsasən əldə edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən İddiaçı sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əlilliyinin "Əlillik" altsistemində etibarsız hesab olunması ilə əlaqədar pensiya ödənişi 1 fevral 2020-ci il tarixindən dayandırılmış, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 46872.75 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına 10 mart 2022-ci il tarixində çatmağı ilə əlaqədar həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən İddiaçı Mərkəzi Filial tərəfindən 2022-ci ilin aprel ayında 2016.18 manat məbləğində sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, həmçinin 2022-ci ilin mart ayı üzrə 22 gün üçün ona ödənilməli olan 1430.83 manat pul vəsaiti hesablanmışdır. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən hesablanmaqla əmək pensiyasının məbləği 2016.18 manatdan 2891.88 manata artırılmış, həmçinin ona xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 2627.10 manat pul vəsaiti hesablanmışdır. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı pensiyası 3316.98 manat məbləğində hesablanmış, həmçinin 2023-cü ilin yanvar ayı üzrə ona ödənilməli olan 425.10 manat fərq məbləği müəyyən edilmişdir. İddiaçı ödənilməli olan ümumilikdə 4483.03 (1430.83+2627.10+425.10 manat) ona artıq ödənilmiş 46872.75 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri İdarəsinin 28 dekabr 2022-ci il tarixli İ.Z-59548/2022 nömrəli məktubu ilə Mərkəzə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının 19 noyabr 2021-ci il tarixli **********9 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarına əsasən İddiaçı əmək pensiyasından xx.xx.2023xx.xx.2024-cü il arasındakı dövr ərzində hər ay 120.00 manat tutularaq büdcəyə bərpa edilmişdir (cəmi: 1440.00 manat). Gəncə şəhəri üzrə İcra İdarəsinin əmək pensiyasından tutulmanın faiz dərəcəsinin artırılması ilə əlaqədar 31 yanvar 2024-cü il tarixli İ.Z- 59548/2022 nömrəli məktubuna əsasən cari ilin əvvəlindən etibarən əmək pensiyasından hər ay 50 faizi, yəni 1844.24 manat tutularaq büdcə bərpa edilməyə başlanılmışdır. Qalıq borc məbləği 1 may 2024-cü il tarixinə 37261.24 (468xx.xx-4483.03-18xx.xx-1844.24) manat, icra ödənişi isə 3281.00 manat təşkil edir. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən İddiaçı pensiyası 3688.49 manat məbləğində müəyyən edilmişdir.

24. Bundan sonra, İddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 88667/2024 nömrəli məktubda ona yuxarıda qeyd edilən hallar bildirilmişdir (bənd 23).

25. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi ilə bağlı artıq ödəmə məbləğinin yaranması və iddiaçının pensiyasından tutulması ilə bağlıdır.

26. Əmək pensiyasından tutulma üzrə mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

27. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

28. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

29. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

30. Hazırkı iş üzrə isə cavabdeh orqan tərəfindən əvvəlcə iddiaçıya xx.xx.2017xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 46872.75 manat vəsait artıq ödəmə olaraq müəyyən edilmişdir. Daha sonra "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına 10 mart 2022-ci il tarixində çatmağı ilə əlaqədar həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən İddiaçı Mərkəzi Filial tərəfindən 2022-ci ilin aprel ayında 2016.18 manat məbləğində sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, həmçinin 2022-ci ilin mart ayı üzrə 22 gün üçün ona ödənilməli olan 1430.83 manat pul vəsaiti hesablanmışdır. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən hesablanmaqla əmək pensiyasının məbləği 2016.18 manatdan 2891.88 manata artırılmış, həmçinin ona xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 2627.10 manat pul vəsaiti hesablanmışdır. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı pensiyası 3316.98 manat məbləğində hesablanmış, həmçinin 2023-cü ilin yanvar ayı üzrə ona ödənilməli olan 425.10 manat fərq məbləği müəyyən edilmişdir.

31. Yekunda İddiaçı ödənilməli olan ümumilikdə 4483.03 (1430.83+2627.10+425.10 manat) ona artıq ödənilmiş 46872.75 manatdan çıxılmaqla (əvəzləşdirilməklə) büdcəyə bərpa edilmişdir.

32. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri İdarəsinin 28 dekabr 2022-ci il tarixli İ.Z-59548/2022 nömrəli məktubu ilə Mərkəzə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının 19 noyabr 2021-ci il tarixli **********9 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarına əsasən İddiaçı əmək pensiyasından xx.xx.2023-xx.xx.2024-cü il arasındakı dövr ərzində hər ay 120.00 manat tutularaq büdcəyə bərpa edilmişdir (cəmi: 1440.00 manat). Gəncə şəhəri üzrə İcra İdarəsinin əmək pensiyasından tutulmanın faiz dərəcəsinin artırılması ilə əlaqədar 31 yanvar 2024-cü il tarixli İ.Z-59548/2022 nömrəli məktubuna əsasən cari ilin əvvəlindən etibarən əmək pensiyasından hər ay 50 faizi, yəni 1844.24 manat tutularaq büdcəyə bərpa edilməyə başlanılmışdır.

33. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur.

34. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

35. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

36. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

38. Sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasından tutulmalar apardığı zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

39. Göründüyü kimi, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı qərar ləğv edilsin. Həmin qərar üzrə İddiaçı əmək pensiyasından tutulmaların dayandırılması və həmin qərar üzrə əmək pensiyasından tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçıya ödənilməli olan 4483.03 manat məbləğin artıq ödəmə kimi müəyyən edilmiş 46872.75 manat məbləğdən çıxılmaqla əvəzləşdirilməsinə dair cavabdeh orqanın hərəkətləri qanunsuz hesab edilməklə, əmək pensiyasından tutulmuş 4483.03 manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar