Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-274/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4rşı 0.01 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kirovabad şəhər XDS İK-nin xx xxxxxx 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Dİİ-nin nəznində müəssisədənkənar Mühafizə şöbəsinin işçiləri üçün Göygöl rayonu (keçmiş Xanlar) ərazisində Bakı-Tbilisi şosse yolunun qərb tərəfindən "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinə ayrılmış 37 nömrəli 0.01 ha torpaq sahəsinə dair onun adına hüquq müəyyənedici sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kirovabad şəhər XDS İK-nin xx xxxxxx 1988-ci il tarixli 1 nömrəli protokol qərarının 4-cü bəndində göstərilmişdir ki, yoldaşlığın hər bir üzvünə naturada ayrılacaq 500 kv.m çərçivəsində qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi X5 İdarəsinin xx.xx.2017-ci il tarixli 75 nömrəli arayışından görünür ki, həqiqətən ona xx.xx.1988-ci il tarixdə 1 nömrəli protokol ilə X5 İdarəsinin "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinin 37 nömrəli sahədə 500 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin verilməsi üçün rəsmi qaydada ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etdiyi üçün iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-428/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-506/2019 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-186/2020 nömrəli qərarları ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin həmin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin o, Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıran zaman texniki səhv olaraq 0.05 ha əvəzinə 0.04 ha torpaq sahəsi göstərmişdir. Bütün məhkəmə instansiyalarında işə baxılaraq nəticə verilən zaman 0.01 ha torpaq sahəsi kənarda qalmışdır. O, 0.01 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin verilməsi üçün cavabdehə müraciət etsədə cavabdeh bundan imtina etmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)- 428/2019 nömrəli qərarı ilə Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokol qərarına əsasən Kirovabad şəhər Dİİ-nin nəznində müəssisədənkənar Mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu ərazisində Bakı-Tbilisi şossesi yolunun qərb tərəfində "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinə ayrılmış 0.04 ha torpaq sahəsinə dair iddiaçının adına hüquq müəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin məhkəmə qərarının icrası ilə bağlı araşdırma aparılarkən təqdim edilmiş sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 0.05 ha olduğu müəyyən edildiyindən, uyğunsuzluq nəzərə alınaraq məsələyə münasibət bildirməsi və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-428/2019 nömrəli qərarına izah verilməsi üçün məhkəməyə məktub göndərilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına izah verilməsi barədə cavabdehin ərizəsi təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-428/2019 nömrəli qərarına uyğun olaraq 0.05 ha torpaq sahəsi deyil, yalnız 0.04 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması ona təklif edilmiş, lakin iddiaçı bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Kirovabad şəhər X2 İcrayyə Komitəsinin iclasının xx.xx.1988-ci il tarixli 1 nömrəli protokolundan çıxarış, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X5 İdarəsinin xx.xx.2017-ci il tarixli 75 nömrəli arayışı, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-428/2019 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-186/2020 nömrəli qərar, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 xx.xx.2020-ci il tarixli **********87 nömrəli, xx.xx.2020-ci il tarixli **********95 nömrəli imtina məktubu və xx.xx.2021-ci il tarixli **********35 nömrəli etiraz təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi Kirovabad şəhər Dİİ-nin nəznində müəssisədənkənar Mühafizə şöbəsinin işçiləri üçün Göygöl rayonu (keçmiş Xanlar) ərazisində Bakı-Tbilisi şosse yolunun qərb tərəfindən "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinə ayrılmış 37 nömrəli 0.01 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Dİİ-nin nəzdində müəssisədənkənar Mühafizə şöbəsinin işçiləri üçün ayrılmış Göygöl rayonu (keçmiş Xanlar) ərazisində Bakı- Tbilisi şosse yolunun qərb tərəfindən "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinə ayrılmış 37 nömrəli 500 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. X6-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2-1(083)-428/2019 nömrəli qərarı ilə Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Dİİ-nin nəznində müəssisədənkənar Mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu ərazisində Bakı-Tbilisi şossesi yolunun qərb tərəfində "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinə ayrılmış 0.04 ha torpaq sahəsinə dair İddiaçı adına hüquq müəyyənedici sənədlərin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X5 İdarəsinin xx.xx.2017-ci il tarixli 75 nömrəli arayışından görünür ki, xx.xx.1988-ci il tarixli 1 nömrəli protokol ilə İddiaçı X5 İdarəsinin "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinin 37 nömrəli sahəsindən 500 kv.m torpaq sahəsi verilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********95 nömrəli məktubundan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-428/2019 nömrəli qərarının icrası ilə bağlı araşdırma aparılarkən təqdim edilmiş sənədlər araşdırılan zaman həmin torpaq sahəsinin 0.05 ha olduğu müəyyən edildiyindən məhkəmənin qərarına uyğun olaraq 0.05. ha torpaq sahəsi deyil yalnız, 0.04 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkündür. Məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 2008-ci il 1 fevral tarixli Qanununa əsasən, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (Qanunun 2.2-ci maddəsi). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (Qanunun 2.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010- cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafıq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fıziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırkı işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 0.01 ha torpaq sahəsi üzərində İddiaçı hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Dİİ-nin nəzdində müəssisədənkənar Mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu ərazisində Bakı-Tbilisi şosse yolunun qərb tərəfindən "Mehdi Quliyev" Bağçılıq Cəmiyyətinə ayrılmış 0.01 ha torpaq sahəsi üzərində İddiaçı hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-274/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-274/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver