Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-274/2025 29.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə İnqilab oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl rayonu Üçtəpə bələdiyyəsi) qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. Xanlar Rayonu İcra Hakimiyyəti başçısının 04 dekabr 1998-ci il tarixli 282 saylı sərəncamından arxiv çıxarışına əsasən X2 Kombinatının Üçtəpə kəndindəki torpaq sahəsindən 2.56 ha ayrılıb 32 nəfər fəhlə və qulluqçuya (Üçtəpə kəndində yaşayan) fərdi yaşayış evi tikintisi üçün hər birinə 0.08 ha olmaqla həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır.
2. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 7414 nömrə ilə kitabda qeydə alınmış JN-1414A nömrəli (50806028 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 799,9 kv.m-dir (suvarılan sahə 741,9 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı xx.xx.2004-cı il tarixdə DTXK-nin Xanlar rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.
3. İddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 10803/2023 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1414A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında, həmçinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv və baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona aldığı torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 282 saylı sərancamı ilə X1 Üçtəpə kənd ərazisindəki torpaq sahəsindən 32 nəfərə o cümlədən ona 0,08 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Bundan sonra ona həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1414A saylı şəhadətnamə verilmişdir. Göygöl rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 164 saylı sərancamı ilə onun ərizəsi nəzərə alınaraq 0,08 ha həyatyanı torpaq sahəsində tikdirdiyi evin rəsmiləşdirilməsinə icazə verilmişdir və sənədləşdirilmə cavabdeh təşkilata tapşırılmışdır. Bu il o, həm torpaq sahəsinə, həm də 0,08 ha həyatyanı torpaq sahəsində tikdirdiyi evə çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmiş,lakin imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur.
6. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1414A nömrəli Şəhadətnaməyə əsasən İddiaçı verilmiş Göygöl rayon Üçtəpə kəndində yerləşən 0.08 ha torpaq sahəsi. Göygöl (Xanlar) rayonu Üçtəpə kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmamışdır. Bu səbəbdən də, həmin sualın cavablandın iması mümkün olmamışdır. Lakin, JN-1414A nömrəli Şəhadətnamənin (miqyas 1:1000) cizgi sxemində göstərilən 986A nömrəli torpaq sahəsinin Göygöl (Xanlar) rayonu Üçtəpə kəndi ərazisində apanlmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində və torpaqlann elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCA D) məlumatlannda öz əksini tapmışdır. Beləliklə həmin 986A nömrəli torpaq sahəsinin şərq istiqamətində JN-1414A nömrəli 0.08 ha torpaq sahəsinin ərazinin kompleks yerquruluşu layihəsində və (TEKUİS və AZCAD) məlumatlannda yerləşmə mövqeyi müəyyən edildi. Bildiririk ki, müəyyən edilən JN-1414A nömrəli 0.08 ha torpaq sahəsi, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olundu. JN-1414A nömrəli 0.08 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur.
2. JN-1414A nömrəli 0.08 ha torpaq sahəsindən, İddiaçı faktiki olaraq istifadə etdiyi müəyyən olundu.
3. İddiaçı naturada təqdim etdiyi fərdi yaşayış evi öz istifadəsində və JN-1414A nömrəli 0.08 ha torpaq sahəsinin hüdudlan daxilində yerləşdiyi müəyyən olundu.
4. JN-1414A nömrəli 0.08 ha torpaq sahəsinin şimal istiqamətindən 1 və 8.5 metr yaxınlığından hava ötürücü elektrik xəttinin keçdiyi müşahidə olundu. JN-1414A nömrəli 0.08 ha torpaq sahəsinin şərq istiqamətində yəni qonşuluqda, elektron kadastr sistemi məlumatlarında Dövlət mülkiyyətində olan Yarımstansiya sahəsinin yerləşdiyi müəyyən edildi. JN-1414A nömrəli 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin cənub-şərq istiqamətində yəni qonşuluqda faktiki olaraq transformator mövcuddur. 5. Rəy hazırlanarkən. Elektron kadastr sistemi məlumatlarına, Göygöl (Xanlar) rayonu Üçtəpə kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsaslanılmışdır. İddiaçının vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, “JN-1414 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə İnqilab oğlu məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi olan vəkili Nümayəndə İnqilab oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,onun faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1414A nömrəli 50806028 kodlu şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1414A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında, həmçinin “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv və baza məlumatlarında öz əksini tapmaması və fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin mühafizə zonasında yerləşməsini bildirilmişdir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1862/2023, xx.xx.2024- cü il tarixli 2-1(102)-3/2024 nömrəli qərarları). Hazırkı işin halları üzrə Üçtəpə kənd ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi mövcuddur, bununla bağlı Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və hal-hazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva