Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-275/2024 11.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.468 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslnadırılmışdır ki, Samux rayon Ziyadlı kənd Bələdiyyəsinin 04 oktyabr 2010-cu il tarixli qərarı ilə həyətinə bitişik, cəpərin içərisində olub istifadəsində olan 0.468 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bu barədə DT və XK-nin Samux rayon Şöbəsi həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması və qiyməti barədə rəy və arayış vermiş, habelə həmin torpaq sahəsinin cizgi planını hazırlamışdır. xx.xx.2010-cu il tarixdə həmin torpaq sahəsinin müəyyən edilmiş qiyməti olan 178 manat pulu ********** saylı qəbzlə bələdiyyənin bank hesabına köçürmüşdür. Bundan sonra həmin torpaq sahəsi barəsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü barədə A№340347 saylı Kadastr Plan və öıçüsü hazırlanmaqla bu plan və ölcü X7 kitabında xx.xx.2011-ci il tarixdə 740 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə bütün hüquqi sənədləri təqdim etməklə cavabdehə müraciət etmiş, cavabdeh hüquqlarımın qeydiyyata alınmasından imtina etmiş, imtinanı belə əsaslandırmışdır ki, həmin torpaq sahəsinin bir hissəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı sahə olduğu, həmçinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və təqdm edilmiş digər sənədlərlə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Samux rayon Ziyadlı kənd Bələdiyyəsinin 04 oktyabr 2010-cu il tarixli qərarına əsasən ona verilmiş 468 torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmiş, cavabdeh isə həmin sahənin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək qeydə almaqdan imtina etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki: -Samux rayonu Ziyadlı Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 saylı qərarına əsasən, fərdi yaşayış evi tikmək üçün İddiaçı adına tərtib olunmuş A-340347 nömrəli plan və ölçü sənədində göstərilən 468.0 kv.m torpaq sahəsinin 58.0 kv.m hissəsi xx.xx.2023-cü il qeydiyyat tarixli, **********04-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 58.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. xx.xx.2017-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarışlarda göstərilən 0.03 ha (300.0 kv.m) torpaq sahəsləri eyni torpaq sahəsidir. Həmin 0.03 ha (300.0 kv.m) torpaq sahəsinin 1.0 kv.m hissəsi, Samux rayonu Ziyadlı Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün, İddiaçı adına tərtib olunmuş A-340347 nömrəli plan və ölçü sənədində göstərilən 468.0 kv.m torpaq sahəsinin 1.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. -İddiaçı adına verilmiş xx.xx.2023-cu il qeydiyyat tarixli **********44 reyestr nömrəli X1 adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarış əsasında verilmişdir. X3 adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli **********44 reyestr nömrəli Çıxarışın A-231618 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlarla həmin Çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdə göstərilən koordinatları və konfiqurasiyaya uyğundur. -İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 2638.0 kv.m təşkil edir. -İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 2010 cu il tarixdə satılan zaman hüquqi rejimi və təyinatı barədə məlumatlar əks olunmuş hər hansı plan və layihə mövcud olmadığından, araşdırma zamanı Samux rayonu Ziyadlı kənd ərazisində aparılmış torpaq islahatı əsasənda tərtib olunmuş kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə istinad olunmuşdur. Araşdırma nəticəsində müəyyən olundu ki, yuxarıda qeyd olunan yerquruluşu layihələrinə və adlı siyahıya istinadən İddiaçı faktiki istifadəsində olan 2638.0 kv.m torpaq sahəsinin 949.0 kv.m hissəsi 449F (KOD-********) nömrəli "Torpağa Mülkiyyət Hüququna Dair" Şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı sahə ilə, 839.0 kv.m hissəsi 446F (KOD-********) nömrəli "Torpağa Mülkiyyət Hüququna Dair" Şəhadətnaməyə əsasən X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı sahə ilə, 850.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. -Rəy hazırlanarkən Samux rayonu Ziyadlı kənd ərazisində aparılmış torpaq islahatı əsasənda tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2004-cü il tarixli (KOD ********) yerquruluşu sxeminə istinad olunmuşdur. Göründüyü kimi hazırki vəziyyətdə iddiaçının qeydə alınmasını tələb etdiyi sahə üzrə yüklülük (üst-üstə düşmə halı) aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Həmçinin iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan üçüncü şəxslərin mülkiyyət hüququna dair sənədlər ləğv edildiyi təqdirdə qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin yüklülükdən azad edilməsi baxımından hazırki iddiaya baxılmasına zərurət aradan qalxa bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-275/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-275/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver