Məhkəmə qərarları › İş №2-1(114)-2753/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2753/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2753/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinin Tovuz rayonu Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı nəqliyyat vasitəsinin uçotdan çıxarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinin Tovuz rayonu Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə onun “VAZ-21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı daşınar əmlak olan avtomobil məhv olduğundan onun üzərində mülkiyyət hüququnun itirilməsi ilə mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində “VAZ-21011” markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. O, avtomobili etibarnamə əsasında satmışdır. Avtomobili adından çıxarılmasını xahiş edən zaman müəyyən etmişdir ki, avtomobil hissələrə bölünmüşdür və yararsızdır. Avtomobilin üzərində mülkiyyət hüququnun ləğv edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan avtomobili və avtomobilin şəhadətnaməsini tələb etmiş, onlar olmadığından onun müraciətindən imtina etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmi edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-Ə-36491 nömrəli məktubunda qeyd edilmişdir ki, avtomobil və qeydiyyat şəhadətnaməsi təqdim edilmədikdə çıxdaş cavabdehin imkanı daxilində deyil. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da yanaşı mahiyyət baxımından da əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “VAZ-21011” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəli minik avtomobili iddiaçının mülkiyyətində olmuş və onun tərəfindən etibarnamə əsasında başqa şəxsə satılmışdır. Hazırda avtomobil hissələr bölünmüşdür. İddiaçı hazırda həmin mexaniki nəqliyyat vasitəsinin uçotdan çıxarılmasını tələb etsə də, cavabdeh inzibati orqan uçotdan çıxarılması tələb olunan nəqliyyat vasitəsini və qeydiyyat şəhadətnaməsi təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İX hissəsinə əsasən bu maddənin İİ və İİİ hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda; nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; nəqliyyat vasitələri çıxdaş edildikdə dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin; -5.1 Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır. 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda: 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. -5.2. Dövlət qeydiyyat nişanlarının təhvil verilməsi, uçotdan çıxmanın səbəbi və "tranzit" nişanlarının verilməsi (5.1-ci bəndin 3-cü hissəsi istisna olmaqla) barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər edilir. Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir. Mülkiyyətçilərin istəyindən asılı olaraq, onlara 4.6-cı bəndin 5-ci hissəsində nəzərdə tutulmuş formada arayış verilə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırda nəqliyyat vasitəsinin çıxdaş edilməklə əlaqədar uçotdan çıxarılmasını tələb edir. Şərh olunan normaları işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin təmin edilməsini qanunverici konkret olaraq qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının qeydiyyat məntəqəsinə təhvil verilməsi ilə şərtləndirmiş, iddiaçı isə həmin şərti yerinə yetirməmişdir. Odur ki, cavabdeh orqanın həmin nəqliyyat vasitəsini qeydiyyatdan çıxarmasından imtinası əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinin Tovuz rayonu Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı nəqliyyat vasitəsinin uçotdan çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinin Tovuz rayonu Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı nəqliyyat vasitəsinin uçotdan çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar