Məhkəmə qərarları › İş №2-1(114)-2753/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2753/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2753/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Teyqubad oğlunun Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Teyqubad oğlunun Cavabdehnə (üçüncü şəxslər X16 və X13) qarşı Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarının qismən - üçüncü şəxslər X12 və X6 Əliyev Teyqubad oğluna məxsus 0.23 ha həyətyanı torpaq sahəsinə pay hüququ olan ailə üzvü kimi yazılmaları hissəsində ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 22 nömrəli qərarı ilə kəndində yerləşən 0.23 ha torpaq sahəsi həyətyanı məqsədilə X2, X3, X4, X5, X14 və X7 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2007-ci il tarixli JN-081F, KOD 60913018 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət X15 xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubunda bildirilmişdir ki, X23 Filialı filialda saxlanılan Ağdam rayon Quzanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2006-2010-cu illərə dair 7 nömrəli təsərrüfat başına uçot kitabının 56-cı şəxsi hesab nömrəsinin əsasən X8 ayrı təsərrüfat kimi qeydiyyatda olub və adına xüsusi mülkiyyətində 0.35 /otuz beş / sot torpaq sahəsi qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası Dövlət X15 xx.xx.2024-cü il tarixli 42 nömrəli məktubunda bildirilmişdir ki, X23 Filialı filialda saxlanılan Ağdam rayon Quzanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1966-cı ilin 7 nömrəli təsərrüfatbaşına uçot kitabının 17-ci səhifəsinə əsasən və 2010-cu illərə dair 7 nömrəli təsərrüfatbaşına uçot kitabının 34-cü səhifəsinə əsasən X9 əvvəldən vəfat etdiyi tarixə kimi tək mülkiyyət sahibi olmuşdur, adına 96 kvadrat metr olan ev və 0.25 / iyirmi beş / sot həyətyanı torpaq sahəsi qeyd olunmuşdur.

4. İddiaçı Teyqubad oğlunun Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarının qismən ləğv edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə, həmin orqanın xx.xx.2025-ci il tarixli 5-31/2-Ə-204-148/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizədə göstərilən məsələlərə baxılması yerli icra hakimiyyəti orqanının səlahiyyətləri xaricindədir, bununla bağlı aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə və məhkəməyə müraciət edə bilər. II. Məhkəmədə icraat

5. İddiaçı Teyqubad oğlu Cavabdehnə qarşı 18 dekabr 1999-cu il tarixli qərarının qismən, yəni iş üzrə üçüncü şəxslər X16 və X6 X2 məxsus 0.23 ha həyətyanı torpaq sahəsinə pay hüququ olan üçüncü şəxslərin Cavabdehndən ailə üzvü kimi yazılmaları hissəsində ləğv edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-cu il tarixli 22 nömrəli qərarı ilə Ağdam rayonu Quzanlı kəndində atası X2 məxsus və əlli ildən artıq müddətdə faktiki istifadəsində olan 0.23 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilərkən qərar qəbul edilən vaxtda həmin kənddə qeydiyyatda olan ailə üzvləri, X10 (həyat yoldaşı), X11 (qızı), X8 (oğlu), X16 (gəlini), X13 (nəvəsi) qeyd edilən qərar əsasında verilmiş JN- 081F, KOD 60913018 olan "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə yazılmışdır. Hazırda mübahisələndirdiyi qərarın və şəhadətnamənin mövcud olmasından məlumatı olmayıb. Belə ki, o da həyətyanı torpaq sahəsinin və evin sahibi olan Əliyev Teyqubadın oğludur və həmin evdə doğulub, həmin kənddə oxuyub, işləmişdir. Qısa müddətdə Bakıda yaşamışdır və bu səbəbdən kənddən qeydiyyatdan çıxmışdır, 2002-ci ildə yenidən kəndə qayıdıb qeydiyyata düşmüş və həmin həyətdə, evdə yaşamışdır. X1 13 sentyabr 2005-ci il vəfat etdikdən sonra qardaşı X8 hazırda iş üzrə üçüncü şəxslər olan X16 və X13 ilə birlikdə Bakıya köçüb getmişlər və o, atasına baxmışdır. Bu onun övladlıq borcudur və buna görə heç kəsə minnət qoymur. Anasının vəfatından sonra arvadını və uşağını götürüb kənddən gedən qardaşı Əliyev Süleyman 28 dekabr 2009-cu ilədək, yəni atası Əliyev Teyqubad vəfat edən günədək bir dəfə də olsun kəndə gəlməyib, həmin müddət ərzində iki dəfə ağır cərrahi əməliyyat keçirmiş atası ilə maraqlanmayıb. Atası vəfat edəndən sonra qonaq kimi bir gün səhər gəlib günortadan sonra çıxıb gedib. Bundan sonra 2024-cü ilin yayına kimi bir daha kəndə gəlməyib. Kənd icra nümayəndəliyindən və arxivdən verilən arayışa əsasən Süleyman Əliyev vaxtı ilə ayrı təsərrüfata ayrılıb və bu barədə müvafiq kitabda qeydiyyat aparılıb. İndi isə gəlib ki, qeyd edilən torpağa dair şəhadətnamə əsasında o özü, arvadı və oğlu səhadətnamə verilən vaxt orada qeydiyyatda olan şəxslərlə birlikdə həyətyanı torpaq sahəsinin mülkiyyətçisidirlər və buna görə həyətyanı torpaq sahəsinin yarısı onlara verilməlidir. Bu əsasla məhkəmədə iddia qaldırıb həyətyanı torpaq sahəsinin bölünməsini və onlara üç pay verilməsini tələb edir. Valideynlərinin vəfatından sonra onlardan qalmış mirasa, o cümlədən həyətyanı torpaq sahəsinə qardaşının vərəsə olmasına etirazı yoxdur. Ancaq 50-60 il bundan qabaq təsərrüfat başçısı olan atasına verilmiş həyətyanı torpaq sahəsinə islahat komissiyasının qərarından bir il əvvəl 1998-ci ildə gəlin gəlmiş X16 və 1999-cu ildə anadan olmuş X6 qeydiyyatda olduqlarına görə digər ailə üzvləri ilə bərabər mülkiyyət hüquqları tanına bilməz.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarının qismən - üçüncü şəxslər X12 və X6 Əliyev Teyqubad oğluna məxsus 0.23 ha həyətyanı torpaq sahəsinə pay hüququ olan ailə üzvü kimi yazılmaları hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X16 və X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

10. İşin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

11. İddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər gəlməmiş, cavabdeh isə nümayənndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Cavabdehin və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

16. İş materiallarından görünür ki, iddiaçı tələbində Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarının qismən - üçüncü şəxslər X12 və X6 Əliyev Teyqubad oğluna məxsus 0.23 ha həyətyanı torpaq sahəsinə pay hüququ olan ailə üzvü kimi yazılmaları hissəsində ləğv edilməsini xahiş edir.

17. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

19. “İnzibati icraat haqqında” Qanuna görə : Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat komissiyasının) bundan təxminən 26 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir.

21. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

22. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.

23. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

24. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.

25. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.

26. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).

27. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.

28. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

29. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).

30. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.

31. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

32. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

33. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.

34. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddətin buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.

35. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

36. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar