Məhkəmə qərarları › İş №2-1(114)-2758/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2758/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2758/2024 23.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2017-ci il tarixdən etibarən 5 il müddətinə ikinci dərəcə dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin J00067616GVD nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona göndərişin imzalandığı 23 yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən 2022-ci il tarixədək ikinci qrup əlillik pensiyası almışdır. Sonuncu dəfə müayinədən keçən zaman barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu qiymətləndirmədə isə diaqnoz « Üzvi mənşəli şəxsiyyət pozuntusu » göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan xəbəri xx.xx.2024-cü ildə olmasına baxmayaraq 4 aydan sonra məhkəməyə müraciət etdiyindən iddanın mümkünsüz hesab olunmasını xahiş edirlər.Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) 21,12.2023-cü il tarixində aşağıda adları göstərilən 20 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Tərtər rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********1). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli G00039073İAİ nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********3). Sonuncu dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli J00067616GVD nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3- 17-4/3-1-6695/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sad budun aşağı 1/3-nin odlu silah yaralanması. Kontuziya. Başın qəlpə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyekt iy vəziyyətinin müayinəsi zamanı başağrısı, başgicəllənmə, qolunda və ayaqlarında olan ağrılardan şikayətlənmiş, sol saidin yuxarı 1/3-də, sap budun aşağı 1/3-də, hər iki baldırın orta 1/3-də çapıqlar müəyyən olunmuş, Romberqdə dayanıqlı, əzələ gücü, tonusu normal, serebral testləri normal icra etmiş, reflekslər canlı çağrılmış, ətraflarda iflic, parez aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürəkgetmələrinin olmasından şikayətlənmiş, saq aşağı ətrafda budun aşağı 1/3-də, saq dizdə, sol yuxarı ətrafda saidin yuxarı 1/3-də çapıq izlənilmiş, hər iki ətraflarda əzələlər atrofiyasız, hərəkətlər tam həcmdə müəyyən edilmişdir. Nevroloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, psixi statusunun araşdırılması zamanı zahirən səliqəli, emosional labil olmuş, aktiv psixoproduktiv əlamətlər və kobud davranış pozuntusu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş xx.xx.2023cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı və aşağı ətraflarda ağrı, zəif eşitmədən şikayətlənmiş və şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini söyləmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Diabeton” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm.cc.s müəyyənləşdirilmiş, aşağı ətraflarda səthi varikoz genişlənmələr müşahidə edilmişdir. Vətəndaş komissiya üzvlərinin işdən çıxma səbəbi olduqlarını bildirmiş, mübahisə yaratmış, nalayiq sözlər istifadə etmiş, müayinənin tam aparılmasına imkan yaratmamışdır. Təqdim olunmuş, psixi müavinə və müalicə sənədləri 2021-2022-ci illərə aid olmuş, həmin sənədlərdə fərqli diaqnozlar qeyd olunmuş, müayinə zamanı kəkələməni simulyasiya etmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da keçirilmiş müayinələrin nəticələri əlillik təyinatına əsas verməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, tez-tez özündə olmaması, bayılma, başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında özünü unutduğunu, ~2-3 dəqiqə sonra ayıldığını, 1992-ci ildə aşağı ətraflarından, 1993-cü ildən başından yaralandığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatları adlandıra bilmədiyini qeyd etmiş, qutularını komissiya üzvlərinə təqdim etmişdir. Müayinə zamanı sol saidin orta 1/3-nin bayır səthində bir-birinə paralel ~5 və ~10 sm uzunluqda, sağ diz nahiyəsində biri ~5 sm, digəri isə~2 sm ölçülü, təpə nahiyəsində ~3 sm ölçülü, kənarları hamar dəri çapıqları izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmişdir. Psixi statusunda başında narahatçılıq olması, bayılma, intihara cəhdlərdən şikayətlənmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən vətəndaş simulyativ davranış nümayiş etdirmiş, çoxsaylı dərmanlar içməsini qeyd etmişdir. Anamnestik və klinik olaraq psixi sənədlərdə qeyd olunan diaqnozlar öz təsdiqini tapmamışdır. Vətəndaş baş-beynin instrumental müayinə (KT, MRT) nəticələrini təqdim etməmişdir. X7 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/3667 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması, partlayış travması. Başın, sol said və sağ diz nahiyəsinin çoxsaylı qəlpə yaralanmaları. Postravmatik kobud çapıqlar. Sol dirsək oynağının valqus deformasiyası. Mil sümüyü başı nahiyəsində ossifikatlar. Dirsək oynağının artrozu və kontrakturası (açma 160 dərəcə, bükmə 20 dərəcə). Funksiya pozulması. Sağ diz oynağı yarığının medialdan daralması, osteofiti. Diz qapağının ön səthində sümük defekti. Oynağın artrozu və bükücü kontrakturası (bükmə 90 dərəcə). Daimi axsama və verişin pozulması ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışıdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 572 nömrəli Çıxarışında diaqnoz 11 Bas-beynin diffuz travması (kontuziva), keçirilmiş bas beynin travmasınırı davamlı qalıq əlamətləri, üzvi şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. RespublikaPsixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz 11 Üzvi (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11524 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə. Anamnezində intihar cəhdi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.X4 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10886705 nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ege Hospitalın xx.xx.2023-cü il tarixli EEG müayinəsinin nəticəsi “Bu EEG əzələ artefaktı zəminində bilateral temporal bölgədə kəskin dalğa paroksizmini düşündürüb’ kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın təmin edilməməsini xahiş edirik. iddianın təmin olunmaması xahiş edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı dair X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişində qeyd edilmişdir…"Xəstəliyin başlanma tarixi: xx.xx.1992. ci il, gedişatı xronikidir. Əsas diaqnoz: F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin travması. Keçirilmiş baş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyinin travmasından sonra üzvi şəxsiyyət pozuntusu. …"Müayinə tarixi: xx.xx.2023-cü il; Akt nömrəsi: 144AOZ30015 Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin travması. Keçirilmiş baş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyinin travmasından sonra üzvi şəxsiyyət pozuntusu. Halbuki, iş üzrə təqdim olunmuş X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişində müəyyən edilir ki, iddiaçı F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozundan əziyyət çəkir, X1 xx.xx.2022, xx.xx.2023, xx.xx.2022,xx.xx.2022ci il tarixlərində “Üzvi mənşəli şəxsiyyət pozuntusu “ diaqnozu ilə ambulator müayinələrdə, xx.xx.2022-ci il tarixində X5 ambulator müayinədə, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022-ci il tarixlərində X6 stasionar müalicədə, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixində Bakı Psixi Sağlamlıq Mərkəzində ambulator müayinədə olmuşdur. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki, dərəcəsinin isə ağır olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın xx.xx.2022-ci il tarixli ,xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “üzvi mənşəli şəxsiyyət pozuntusu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkir. X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişdə qeyd edilmişdir ki, TSEK-ə göndərilən zaman xəstə İddiaçı düşüncəsi kobud pozulmayıb.Bələdlilik hər sahədə saxlanılıb. Suallara acıqlı, konkret cavablar verir.Zahirən gərgindir, narahatdır. Bir yerdə qərar tutmur. Emosional sfera qeyri stabildir.Partlayıcı xarakterlidir. Tez qıcıqlanır. Tez özündən çıxır, konfiliktə meyllidir. Yuxusu dərmanladır.Təfəkkürü konkretdir. Nəzarətə ehtiyacı var. Vəziyyəti kafidir, şikayəti daimi baş ağrısı, əsəbilik, qulaqlarında küy yuxu pozulması, yaddaşının pozulması, tez qıcıqlanma, əsəbilikdəndir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 tərəfindən təqdim edilən məktubda qeyd edilib ki, İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: üzvi mənşəli ( müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0. Koqnitiv funksiyaların enməsilə, Anamnezində intihar cəhdilə. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalması, təfəkkürdə nəzərəçarpan dəyişikliklər davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti hallara uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 tərəfindən təqdim edilən məktubda qeyd edilib ki, İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: üzvi mənşəli ( müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0. Koqnitiv funksiyaların enməsilə, Anamnezində intihar cəhdilə qeyd edildiyi kimi, koqnitiv funksiyanın ( maraqların ləngiməsi, intihar cəhdi) olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən halları yaradaraq 7.6.2.2 –ci bəndində ( həmin bənddə də maraqların ləngiməsi, təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) əsasən əlillik təyinatına əsas verir. Məhkəmə qeyd edir ki, “Koqnitivlik” (lat. cognitio - “başa düşmək, dərk etmək, öyrənmək”) — dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətni təsvir edir. İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunan zaman iddiaçıda “Anamnezində intihar cəhdi” və koqnitiv funksiyaların enməsi diaqnozu qoyulub ki, koqnitiv funksiyanın enməsi dedikdə “ “başa düşmək, dərk etmək, öyrənmək”) — dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətini, marağların ləngiməsini ehtiva edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən halları yaradaraq 7.6.2.2 –ci bəndində ( həmin bənddə də maraqların ləngiməsi, təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) əsasən əlillik təyinatına əsas verir. Eyni zamanda məhkəməyə təqdim edilən T843/2023 saylı ekspert rəyində də qeyd edilmişdir ki, X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişindən görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu”. Baş beynin travması, Keçirilmiş baş beyinin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beynin travmasından sonra üzvi şəxsiyyət pozuntusu” xəstəliyinə düçar olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı “ üzvi mənşəli şəxsiyyət pozuntusu ” diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndinə istinad edərək, ona müddətli ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının “ üzvi mənşəli şəxsiyyət pozuntusu ” diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadında da qeyd edilmişdir ki, İddiaçı qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndi ilə əhatə olunduğu qeyd edilərək həmin meyarların müvafiq normalarına uyğun olaraq iddiaçıya əlilliyin təyin edilməsinin mümkünlüyü məsələsi araşdırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunan zaman iddiaçıda “Anamnezində intihar cəhdi” və koqnitiv funksiyaların enməsi diaqnozu qoyulub ki, koqnitiv funksiyanın enməsi dedikdə “ “başa düşmək, dərk etmək, öyrənmək”) — dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətini, marağların ləngiməsini ehtiva edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən halları yaradaraq 7.6.2.2 –ci bəndində ( həmin bənddə də maraqların ləngiməsi, təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) əsasən əlillik təyinatına əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndinə istinad edərək müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 09 mart 2023-cü il tarixli qərarı ona aid hissədə ləğv edilməli, İddiaçı göndərişin imzalandığı 23 yanvar 2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarı qismən (İddiaçı aid hissədə) ləğv edilsin. İddiaçı göndərişin imzalandığı 23 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar