Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-276/2024 04.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" elmi istehsalat ticarət firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququn xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci il tarixdə Astara şəhərində anadan olmuş, hazırda Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyada olmaqla yaşayır. OT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1977, xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1990, xx.xx.1990xx.xx.1991, xx.xx.1991-xx.xx.2001-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" Elmi-İstehsalat Ticarət firmasının arxiv sənədləri Azərbaycan Respublikasın Dövlət Arixivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. "xxxx" Elmi İstehsalat Ticarət Firmasının prezidenti A.S.Alıyev tərəfindən Nəriman rayonu Əhalinin Sosial Müdafiəsi Fondunun rəisinə ünvanladığı 16 nömrəli, xx.xx.1998-ci il tarixli məktubunda bildirmişdir ki, firma 1991-ci ildə qeydiyyatda keçməsinə baxmayaraq iş yeri olmadığından fəaliyyətə 1994-cü ilin əvvəlindən başlamışdır. 1994-cü ilə qədər fəaliyyət göstərmədiyinə görə əmək haqqı verilməmişlər. "xxxx" Elmi İstehsalat Ticarət Firmasının nizamnaməsi 1994-cü ildə tərtib edilmişdir. "xxxx" Elmi İstehsalat Ticarət Firmasının prezidenti A.S.Alıyev tərəfindən Nəriman rayonu Əhalinin Sosial Müdafiəsi Fondu İdarəsinə ünvanladığı 0011 nömrəli, xx.xx.1998-ci il tarixli məktubunda bildirmişdir ki, "xxxx" Elmi İstehsalat Ticarət Firması xx.xx.1998-ci ildən öz fəaliyyətini dayandırmışdır. Uçot-baza məlumatlarına əsasən, "xxxx" Elmi İstehsalat Ticarət Firması (VÖEN **********) xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-ə (VÖEN **********) qoşularaq ləğv edilmişdir. Firmanın qeydiyyat qovluğuna əsasən hüquqi şəxs dövlət qeydiyyatına alınarkən firmanın prezidenti X6 təyin edilmiş, daha sonra xx.xx.2004-cü il tarixdə X3 qanuni təmsilçi təyin edilmişdir. "xxxx" Elmi İstehsalat Ticarət Firmasının "xxxx" MMC-ə qoşulması zamanı iddiaçıya aid şəxsi işlər, işə qəbul, işdən azad edilmə, məzuniyyət verilməsi barədə əmrlər müəssisəyə təhvil verilməmişdir. İddiaçı pensiya təyinatı ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialına müraciət etmiş, müraciəti aidiyyəti üzrə baxılması Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında (bundan sonra mətndə cavabdeh) baxılmışdır. Həmin zaman iddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1977, xx.xx.1977xx.xx.1978, xx.xx.1978-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991-ci il üzrə 16 il staj dövrü nəzərə alınmış, 34.560 manat məbləğində pensiya kapitalı hesablanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Z-16991/2023 nömrəli qərarı ilə iddia əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar qəbul etmişdir. Cavabdeh iddiaçının xx.xx.2023-cü il qeydiyyat tarixli, ******* nömrəli ərizəsi əsasında xx.xx.2023-cü il tarixdən yaşa görə müavinətin təyin edilməsi barədə xx.xx.2023cü il tarixli qərar qəbul etmişdir. Qərar xx.xx.2023-cü il tarixdə imzalanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemində yerləşdirilmişdir. Cavabdeh 23 fevral 2023-cü il tarixli, 3-17-1/2-Z-40081/2023 nömrəli imtinasında bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 16 il təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrün doldurulma qaydası pozulduğu üçün (rus dilində yazıldığından və möhür rus dilində olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Məlumat üçün, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra iddiaçının sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə onun pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında iddiaçının şikayət vermək hüququ vardır. İddiaçı sonralar yaşa görə pensiya təyini ilə bağlı yenidən müraciət etmişdir. Həmin müraciətə aidiyyəti üzrə cavabdeh tərəfindən baxılmışdır. Həmin zaman iddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1977, xx.xx.1977xx.xx.1978, xx.xx.1978-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1994-xx.xx.1998, xx.xx.2001-xx.xx.2001-ci il üzrə 20 il 03 ay staj dövrü nəzərə alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Z-115283/2023 nömrəli qərarla əmək pensiyasının təyin edilməsindən imtina olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-111196/2023 nömrəli məktub göndərilmişdir. Əvvəlki imtinadan fərqli olaraq sonuncuda bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 20 il 03 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olduğundan xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək dövrün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası "xxxx" elmi istehsalat ticarət firmasının xx.xx.1994-cü il tarixli 16 saylı arayışına əsasən bildirilmişdir ki, sözügedən firma 1991-ci il tarixində qeydiyyatdan keçməyinə baxmayaraq iş yerinin olmaması səbəbindən 1994-cü il tarixinədək fəaliyyət göstərməmiş və fəaliyyəti xx.xx.1994-cü il tarixindən başlamışdır, eyni zamanda xx.xx.1998-ci il tarixli 0011 saylı arayışa əsasən firma fəaliyyətini xx.xx.1998-ci il tarixindən dayandırmışdır. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərinə əsasən, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" elmi istehsalat ticarət firması tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənildiyi üçün sözügedən dövr iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr sığorta stajınıza daxil edilməmişdir. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü tarixində 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra iddiaçının sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə onun pensiya təminatı hüququna yenidən baxıla bilər. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-142801/2023 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1975- ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, "xxxx" elmi istehsalat ticarət firmasının müvafiq olaraq xx.xx.1994-cü il tarixli və xx.xx.1998-ci il tarixli arayışlarına əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək və sözügedən müəssisənin 1991-2001-ci illər üzrə hesabat məlumatlarına əsasən xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il (əmək haqqı aldığı 4-cü rüb) tarixinədək 20 il 3 ay əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 3 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Məlumat üçün bildiririk ki, Aynur" elmi istehsalat ticarət firmasının müvafiq olaraq xx.xx.1994-cü il tarixli və xx.xx.1998-ci il tarixli arayışlarına əsasən müəssisənin 1994-cü il tarixinədək və 1998-ci il tarixindən sonra fəaliyyəti olmadığından həmin illəri (xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək) əhatə edən 5 il 9 ay 21 gün mübahisələndirilən dövrü onun sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" elmi istehsalat ticarət firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququn xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 1991-ci ildən Aynur elmi istehsalat ticarət firmasında işləyir, 1992-ci ildə manat dövriyyəyə buraxılan zaman firma Ukrayna Respublikasına soyuducu aparmışdı. Həmin vaxt işlədiyi firma cərimə olunmuşdur. Firma Bakı şəhərində, Ayna Sultanovanın yanındakı vergi idarəsinə hesabat verirdi. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-242141/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda ümumiləkdə imtina əsasları sadalanmışdır Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2023-cü il tarixdə 65 yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər üzrə qeyd edilən dövr ilə birlikdə 25 ildən (26 il 06 gün) çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci (01 il 04 ay 09 gün), xx.xx.1977-xx.xx.1977-ci (03 ay 23 gün), xx.xx.1977-xx.xx.1978-ci (01 il 03 ay 11 gün), xx.xx.1978-xx.xx.1990-ci (11 il 06 ay 12 gün), xx.xx.1990-xx.xx.1991-ci (01 il 06 ay 07 gün), xx.xx.1991-xx.xx.2001-ci (10 il 06 gün) il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1977, xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1994xx.xx.1998, xx.xx.2001-xx.xx.2001-ci il üzrə 20 il 03 ay müddəti qəbul edir. İnzibati orqan iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" elmi istehsalat ticarət firmasında işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. İşdəki əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixli, 04 nömrəli əmrlə "xxxx" elmi istehsalat ticarət firmasında xx.xx.1991-ci il tarixdən işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 32 nömrəli əmrlə işdən azad olunmuşdur. Əmək kitabçasındakı qeydlərdən yalnız sonuncusu firmanın prezidenti Alıyev A. tərəfindən imzalanmış, möhürlə təsdiqlənmişdir. Sözügedən qeydlər kiril əlifbası və rus dilində icra edilmişdir. Halbuki, “Latın qrafikalı Azərbaycan əlifbası haqqında”Azərbaycan Respublikası Qanununa əsasən 1992-ci il tarixdən etibarən bütün respublika ərazisində kiril qrafikalı əlifbadan latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1-ci bəndinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər-hansı düzəlişlər edilməsi yolverilməzdir. Məhkəmə tərəfindən əmək kitabçasındakı qeydlərlə bağlı müvafiq olaraq Milli Arxiv İdarəsinə, Dövlət Arxivinin Bakı filialına, Dövlət Vergi Xidmətinə, Bakı şəhəri X5 üzrə Baş İdarəsinə, "xxxx" MMC-ə sorğular göndərilsə də, iddiaçının mübahisəli dövr üzrə əmək fəaliyyəti ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. "xxxx" elmi istehsalat ticarət firmasının prezidenti Alıyev A.S. tərəfindən imzalanmış və firmanın möhürü ilə təsdiqlənmiş və Nəriman rayonu Əhalinin Sosial Müdafiəsi Fondunun rəisinə ünvanlanmış xx.xx.1994-cü il tarixli, 16 nömrəli məktuba əsasən, firma 1991-ci ildən qeydiyyatdan keçsə də, 1994-cü ilədək fəaliyyət göstərməmiş, əmək haqqı ödəməmişdir. Həmin şəxs tərəfindən imzalanmış və möhürlənmiş Nəriman rayonu Əhalinin Sosial Müdafiəsi Fondu İdarəsinə ünvanlanmış 0011 nömrəli, xx.xx.1998-ci il tarixli məktubda isə qeyd olunmuşdur ki, "xxxx" Elmi İstehsalat Ticarət Firması xx.xx.1998-ci ildən öz fəaliyyətini dayandırmışdır. Göründüyü kimi, iddia olunan dövr üzrə iddiaçının əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmədiyindən, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan şərtləri ödəmədiyindən qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" elmi istehsalat ticarət firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququn xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-276/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-276/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver