Məhkəmə qərarları › İş №2-1(114)-2760/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2760/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2760/2023 04.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində qeyriyaşayış binasının yerləşdiyi 0,0384 ha torpaq sahəsinin özəlləşdirilməsinə dair qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində qeyri-yaşayış binasının yerləşdiyi 0,0384 ha torpaq sahəsinin satılması öhdəliyinin qoyulması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində qeyriyaşayış binasının yerləşdiyi 0,0384 ha torpaq sahəsinin özəlləşdirilməsinə dair qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 03 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində ümumi sahəsi 584 kv.metr olan qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmaqla bu barədə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Qeyd olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 0,0384 ha-dır. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 30 iyun 2021-ci il tarixli 566 nömrəli müqavilə ilə onun istifadəsinə verilmişdir və hal-hazırda da istifadəsindədir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdələri lazımınca və vaxtında yerinə yetirmişdir. İddiaçı mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin satılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, Cavabdeh 28 mart 2023-cü il tarixli 3-21-3/2-H- 0353-8/2023 saylı məktubu ilə müraciətindən imtina etmişdir. İmtinanın səbəbi kimi isə qeyd etmişdir ki, adıçəkilən torpaq sahəsinin istifadəsi ilə bağlı yaranmış mübahisə halı məhkəmə predmeti olduğundan aidiyyəti məhkəmənin yekun qərarından sonra müraciətdə qeyd olunan məsələyə baxıla bilər. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, qeyd olunan məhkəmə mübahisənin iddiaçının istifadəsində olan və satılmasını tələb etdiyi torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, qeyd olunan məhkəmə mübahisəsinin mahiyyəti torpaq sahəsi deyil qanunsuz müdaxiləyə son qoyulmasıdır. Bu hal da hazırkı imtinanın Azərbaycan əsassızlığını ehtiva edir Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X2 iddiaçıya qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti vermiş və iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti bitmişdir. Cavabdeh məhkəmə mübahisəsini əsas gətirərək icarə müqaviləsinin bağlanmasından imtina edir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3/2-11665/2023 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsindədir və bununla bağlı onunla Xidmət arasında 30 iyun 2021-ci il tarixli, 566 nömrəli icarə müqaviləsi ağlanmışdır. Qeyd edilən torpaq sahəsi faktiki olaraq bazarın ərazisində (giriş hissəsində) yerləşir və həmin əraziyə əsas giriş qapısı da bu ərazidəndir. Qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin gələcəkdə bazarın ərazisindən istifadə edən digər şəxslərin hüquqlarını məhdudlaşdıracağını və bununla nübahisəli vəziyyətin yarana biləcəyini nəzərə alaraq, Xidmət tərəfindən iddiaçının həmin ərazidən yalnız icarə əsasında istifadə etməsi məqsədəuyğun hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.8. Nazirliklə razılaşdırmaqla, Azərbaycan Respublikasının adından əmlakın alınmasını və dövlət əmlakının satılmasını təşkil etmək; 3.0.17. dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda digər əmlakın hərraclarda satışını təşkil etmək; Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” 4-cü bəndinə əsasən Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. İşin hallarından məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda dövlət mülkiyyətindədir. Yəni cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq qorunur. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır və bu onun hüququdur. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur. Belə olduqda isə, cavabdehin müqavilə bağlamaq barədə qərar qəbul edilməsindən imtina etməsi iddiaçının hüquqlarını pozmur. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində qeyriyaşayış binasının yerləşdiyi 0,0384 ha torpaq sahəsinin özəlləşdirilməsinə dair qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar