Məhkəmə qərarları › İş №2-1(114)-2767/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2767/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2767/2021 20.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) Aqrar İslahat Komissiyasının qərarının və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Gədəbəy rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 16.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli, 20 nömrəli qərarının X2 aid hissədə qismən ləğv edilməsi, həmin qərar əsasında verilmiş AN-087735 və AN-087736 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, mövcud məhkəmə təcrübəsində X1 hüquqi varisi kimi komissiyanın fəaliyyət göstərdiyi rayon üzrə İcra Hakimiyyəti çıxış edir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin həmin komissiyaların qərarlarını ləğv etmək səlahiyyəti yoxdur. Bundan başqa, hazırki tələb iki hissədən ibarətdir, fərqli cavabdehlərə qarşı yönəlməlidir və mərhələli qaydada həll edilməlidir. Yəni, ilkin olaraq Aqrar İslahat Komissiyasının qərarı ləğv edildiyi təqdirdə həmin qərar əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri barədə mübahisəyə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Aqrar İslahat Komissiyasının qərarının və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar