Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-277/2025 08.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 299 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Daşkəsən rayonu, Mədənçilər küçəsi, bina 5 ünvanda yerləşən ümumi sahəsi 50.7 kv.m, köməkçi sahəsi 151 kv.m, 35,6 kv.m-dən ibarət olan 5 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 2-299 nömrə qeydiyyata alınmışdır. xx.xx.1993-cü il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, 299 inventar nömrəli, qeyd nömrəsi 2-299 olan ünvan 1 ünvanı İddiaçı məxsusdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək Daşkəsən rayonu, Mədənçilər küçəsi, bina 5, mənzil 5 üzərində hüquqların qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixli, 3-21-3-33/2-9840/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, aparılan araşdırma zamanı, əlavə edilmiş 299 nömrəli qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapdığı, həmçinin, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilin başqa şəxsə məxsus olduğu müəyyən edildiyindən, ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda yerləşən mənzilin onun yəni İddiaçı adına hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 50.7 kv.m-dən ibarət olan mənzil təqdim olunmuş hüquq müəyyənedici sənədlər əsasında qeydə alınmış, bununla bağlı qeydiyyat vəsiqəsi verilmişdir. Mənzilə dair hüquqların Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət olunmuş qeydiyyat vəsiqəsinin Ərazi idarəsinin elektron baza məlumatlarında öz əksini tapdığı, lakin digər şəxsə məxsus olduğu qeyd edilmişdir. Buna da əsas gətirilərək imtina xarakterli bildiriş verilmişdir. Qeyd olunan mənzil texniki pasporta və digər sənədlərə əsasən bütövlüklə onun adına rəsmiləşdirilmişdir. Bununla da bağlı qeydiyyat vəsiqəsi verilmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən onun və ailə üzvlərinin həmin mənzildə qeydiyyatda olduğu göstərilmişdir. Qeyd olunan mənzil onların, yəni ailə üzvlərilə birlikdə istifadəsindədir. Bu vaxta qədər heç kəs onlara həmin evə dair hər-hansı iddia və tələbləri barədə bizə məlumat verməmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, arxiv qovluğunda aşkar edilmiş ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair xx.xx.1993-cü ildə tərtib edilmiş texniki pasport İddiaçı adına işlənilsə də, arxiv işində bu əmlakın vətəndaşa məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Həmçinin Ərazi İdarəsinin elektron baza məlumatlarında sözügedən mənzilin X1 adına qeyd edilmişdir. Məhkəmənin sorğusuna Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli məktubuna əsasən Daşkəsən şəhəri Mədənçilər küçəsi 5 mənzil 5 İddiaçı məxsus olmaqla aşağıdakı tərkibdən ibarət ailə üzvləri yaşayır: X2 (həyat yoldaşı), X3 (oğlu), X4 (qızı ). Qeyd edilmiş şəxslər xx.xx.2000-ci ildən həmin ünvanda yaşayırlar. İddiaçı və onun nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşkəsən rayonu, Mədənçilər küçəsi, bina 5 ünvanda yerləşən ümumi sahəsi 50.7 kv.m, köməkçi sahəsi 151 kv.m, 35,6 kv.m-dən ibarət olan 5 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1 və 8.0.5-ci maddələri 06 iyul 2006-cı il tarixədək verilmiş hüquqları təsdiq edən qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olduğunu təsbit edir. Belə olan halda, sözügedən qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin elektron məlumat bazasında olmaması, ümumiyyətlə arxiv qovluğunda hüquqmüəyyənedici sənədlərin aşkar edilməməsi və qeydiyyat kitablarında isə yalnız keçmiş mülkiyyət barədə qeydiyyat aparılması iddiaçının təqsiri hesab edilə bilməz, həmin hallar onun təqsirindən baş verməmiş və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyat vəsiqəsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 299 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə müəyyən edilir ki, Daşkəsən rayonu, Mədənçilər küçəsi, bina 5 ünvanda yerləşən ümumi sahəsi 50.7 kv.m, köməkçi sahəsi 151 kv.m, 35,6 kv.m-dən ibarət olan 5 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 2-299 nömrə qeydiyyata alınmışdır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Daşkəsən rayonu, Mədənçilər küçəsi, bina 5 ünvanda yerləşən ümumi sahəsi 50.7 kv.m, köməkçi sahəsi 151 kv.m, 35,6 kv.m-dən ibarət olan 5 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-277/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-277/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver