Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-278/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın göndərilməsi və ödənilməmiş kirayə haqqının hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin Cavabdehndə mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsinə və yaşayış sahəsinin kirayəsi üçün aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi, eləcə də əvvəlki dövrlər ərzində yəni 2020-ci il fevral ayından 2021-ci ilin noyabr ayına qədər 22 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Milli Ordusunda zabit kimi xidmət etmiş və 13 iyul N8-ci il tarixdə öz arzusu ilə xidmətdən ehtiyyata buraxılmışdır. N9-cu ildən 2020-ci ilin fevral ayınadək Cavabdehnə müraciət etmiş və ona müvəqqəti mənzil kirayəsi xərci hər ay müntəzəm olaraq ödənilmişdir. Lakin 2020-ci ilin fevral ayından ödəniş dayandırılmışdır. Buna səbəb isə həmin mənzil kirayəsi xərclərinin ödənilməsi barədə razılaşdırılmış sənədlərin Cavabdeh tərəfindən Maliyyə Nazirliyinə göndərilməməsi olmuşdur. Belə ki, əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən Cavabdehndən onun barəsində tələb olunan məlumatlar barədə arayışlar təqdim olunur və həmin məlumatlar Cavabdeh tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir və nəticədə iddiaçı həmin mənzil kirayəsi xərcini alırdı. İndi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tələb olunan məlumatları Cavabdehnə təqdim etməkdən imtina edir və imtinasını belə əsaslandırır ki, “Ehtiyyata və istehfaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydalarının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 06.08.N2-ci il tarixli 174 saylı qərarı ona şamil edilimir. İddiaçı hesab edir ki, Nazirlər Kabinetinin 06.08.N2-ci il tarixli 174 saylı qərarına əsasən yaşayış sahəsinin kirayəsi üçün ona hər ay kompensasiya ödənilməlidir. İddiaçı bununla bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianə müdafiə etmiş, əlavə olaraq bildirmişdir N8-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək kirayə müqaviləsi bağladığı evdə yaşamışdır, cavabdeh orqan ona kirayə haqqı ödəmədiyinə görə evi təhvil vermişdir, hazırda qardaşının evində yaşayır. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya əvvəllər kirayə haqqı ödənilirdi, 2 ildir ki, bu ödəniş dayandırılmışdır. Cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İddiaçı adına tərtib edilmiş 23.07.2000-ci il tarixli xidməti dəftərçədən görünür ki, iddiaçı 13.07.N8-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyul N8-ci tarixli, 213 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 13.07.N8-ci tarixli, 0480 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. -06.12.N8-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsi, 8 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı Qasımov Vüqar Nəriman oğluna 06.12.2021-ci il tarxinədək kirayəyə verilmişdir. -Cavabdeh 10.11.2021-ci il tarixli Q-125/5/088/4 nömrəli məktubundan görünür ki, İddiaçı öz arzusuna görə hərbi xidmətdən ehtiyata buraxıldığına görə ona kirayə haqqının ödənilməsindən imtina edilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 02.02.2022-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Bərdə bələdiyyəsinin 17.03.2022-ci tarixli 62 nömrəli məktubundan görünür ki, İddiaçı N8-ci il tarxidən 2022-ci ilin yanvar ayına kimi ünvan ünvanda X3 məxsus evdə yaşamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Milli Ordusunda zabit kimi xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin 13.07.N8-ci tarixli, 0480 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İddiaçı 2020-ci il fevral ayından 2021-ci ilin noyabr ayına qədər 22 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının öz arzusuna əsasən ehtiyyata buraxılmasını əsas gətirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust N2-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bərdə şəhəri, Qarabağ qəsəbəsi, 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair 06.12.N8-ci il tarixli kirayə müqaviləsini təqdim etmişdir. Məhkəmə tərəfindən verilmiş aidiyyəti sorğularla müəyyən edilmişdir ki, onun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir, eyni zamanda o, N8-ci il tarxidən 2022-ci ilin yanvar ayına kimi həqiqətən Bərdə şəhəri, Qarabağ qəsəbəsi, 8 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən ehtiyata yaxud istefaya buraxılmış şəxslər əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahəsi alana kimi kirayə haqqı ilə təmin edilir. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının xidmət illəri 15 ildən artıqdır və ona məxsus daşınmaz əmlak mövcud deyildir. Bu səbəbdən də o, qanunvericiliklə həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş kirayə haqqı ilə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, iddiaçının mənzilə və ya torpaq sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması və yaşayış sahəsi alana kimi kirayə haqqının ödənilməsinə dair məlumatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı mənzilə və ya torpaq sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması və yaşayış sahəsi alana kimi kirayə haqqının ödənilməsinə dair məlumatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi, habelə 2020-ci il fevral ayından 2021-ci ilin noyabr ayınadək ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-278/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-278/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver