Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-278/2025 17.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2 (iki) yaşayış otağından və 40 kv.m-dən ibarət olan fərdi yaşayış evinin onun adına hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-2367A KOD 5-801004 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. Həmin torpaq sahəsində X9 tərəfindən fərdi yaşayış evi inşa edilmiş və həmin evə dair xx.xx.2005-ci il tarixli 02 inventar nömrəli 12/491a nömrəli texniki pasport tərtib edilmişdir.
3. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 ona məxsus Xanlar şəhəri, Hərbi şəhərcik, 10 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır.
4. Xanlar rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 02 inventar nömrəli 12/491a reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar şəhəri, 13-cü küçədə yerləşən 2 yaşayış otağından, 40,0 kv.m sahədən ibarət olan 67 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon notariatının 4Ə-3-476 saylı xx.xx.2005-ci il tarixli alı-satqı müqaviləsi əsasında vətəndaş İddiaçı adına qeydə alınmışdır.
5. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin ona 3-21-3-33/2-2234/2023 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, əmlak üzərində məhkəmə mübahisəsi olduğu aşkar edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş 12/491a nömrəli qeydiyyat vəsiqəsinin qurumun arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci il tarixli, 4Ə-3-476 reyestr nömrəli müqavilədə alqısatqı predmeti olmadığı, belə ki, 2006-cı il tarixdə X8 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2367A saylı şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
6. İddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4493/2023 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən torpaq sahəsinin başqa şəxsə satıldığı və özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Göygöl (Xanlar) şəhjəri, 13-cü küçə, 67 saylı fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti konfiqurasiyası və ən əsas torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X və Y)) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında mövcud olmadığından, araşdırma zamanı arxiv sənədlərinə istinad olunmuşdur. Həmin torpaq sahəsinə dair arxiv sənədlərində mövcud olan planda göstərilən torpaq sahəsinin sərhəd uzunluq məsafələri, planda göstərilən tikililərin torpaq sahəsi üzərində yerləşmə mövqeyi və iddiaçının naturada təqdim etdiyi faktiki istifadə sahəsinə istinadən, İddiaçı xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Göygöl (Xanlar) şəhjəri, 13-cü küçə, 67 saylı fərdi yaşayış evinin yerləşdiyi 600.0 kv.m torpaq sahəsinin döngə nöqtələri, sərhədləri və koordinatları müəyyən olundu. 2) Aqrar islahat komissiyasının qərarı əsasında X4 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş JN-2367A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən müəyyən olundu. 3) İddiaçı xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Göygöl (Xanlar) şəhjəri, 13-cü küçə, 67 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, JN- 2367A (kod-********) nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsilə üst-üstə düşür. Qeyd edilir ki, X6 adına qeydə alınmış xx.xx.2014-cü il tarixli **********08 reyestr nömrəli Çıxarışın AA 003657 nömrəli və X1 adına qeydə alınmış xx.xx.2021-cil tarixli **********08 reyestr nömrəli Çıxarışın A-660484 nömrəli plan və ölçü sənədlərinin, torpaq sahəsinin məkan göstəriciləri (konfiqurasiyası və koordinatları (X və Y)) əks olunmuş səhifəsi daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. Bununla yanaşı **********08 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. Qeyd olunan hallar səbəbindən qərardadın 4-cü, 5-ci və 6-cı suallarının cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, **********08 reyestr nömrəli xx.xx.2014-cü il tarixli Çıxarış ilə X7 adına qeydə alınmış 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron kadastr baza sisteminə əsasən müəyyən edildi. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2 (iki) yaşayış otağından və 40 kv.m-dən ibarət olan fərdi yaşayış evinin onun adına hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2 (iki) yaşayış otağından və 40 kv.m-dən ibarət olan fərdi yaşayış evi təqdim olunmuş hüquq müəyyənedici sənədlər əsasında qeydə alınmış, bununla bağlı qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət olunmuş qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxivində olmadığı və evin alğı-satqı predmeti olmadığı əsas gətirilərək imtina xarakterli bildiriş verilmişdir. Nəzərinizə çatdırır ki, qeyd olunan fərdi yaşayış evini 10 noyabr 2005-ci il tarixdə X5 alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin müqavilə Xanlar rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Təqdim olunmuş 10 noyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ona qeydiyyat vəsiqəsi verilmişdir. Bundan başqa əlavə olunmuş sənədlərdə həmin evə dair tikilinin planı əks olunmuş və evin döngə nöqtələrinin koordinatları vurulmuş, ayrılmış ərazinin sərhədləri müəyyən olunaraq ona təhvil verilmişdir. Qeyd etmək istəyir ki, qeyd olunan torpaq sahəsi və torpas sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun istifadəsindədir. Bu vaxta qədər heç kəs onlara həmin evə dair hər hansı iddia və tələbləri barədə məlumat verməmişdir. Ona qanuni yollarla əldə etdiyi evi sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin məktubu ilə qeyd olunan qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxivində olmadığı və evin alğı-satqı predmeti olmadığı əsas gətirilərək ərizənin icrasından imtina edilmişdir. Cavabdeh orqan qanuni tələblərini yerinə yetirməkdən imtina edir. Buna görə də o, müdafiə üçün məhkəməyə müraciət etməli olmuşdur. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın və daşınmaz əmlakın yerləşdiyi ərazi “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
18. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.
20. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
21. İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-2367A KOD 5-801004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində X9 tərəfindən fərdi yaşayış evi inşa edilmiş və həmin evə dair xx.xx.2005-ci il tarixli 02 inventar nömrəli 12/491a nömrəli texniki pasport tərtib edilmişdir. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 ona məxsus Xanlar şəhəri, Hərbi şəhərcik, 10 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Xanlar rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 02 inventar nömrəli 12/491a reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar şəhəri, 13-cü küçədə yerləşən 2 yaşayış otağından, 40,0 kv.m sahədən ibarət olan 67 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon notariatının 4Ə-3-476 saylı xx.xx.2005-ci il tarixli alı-satqı müqaviləsi əsasında vətəndaş İddiaçın Əziz qızının adına qeydə alınmışdır.
24. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin ona 3-21-3-33/2-2234/2023 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, əmlak üzərində məhkəmə mübahisəsi olduğu aşkar edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş 12/491a nömrəli qeydiyyat vəsiqəsinin qurumun arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci il tarixli, 4Ə-3-476 reyestr nömrəli müqavilədə alqısatqı predmeti olmadığı, belə ki, 2006-cı il tarixdə X8 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2367A saylı şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
25. İddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4493/2023 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən torpaq sahəsinin başqa şəxsə satıldığı və özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
26. Cavabdeh orqanın iddiaya qarşı ilk dəlili ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması barədə hər hansı bir qeyd göstərilməmişdir.
27. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb) (Həmin maddənin xx.xx.2003-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
31. Göründüyü kimi, mübahisəli ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 40.0 kv.m olan 2 otaqlı ev xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən İddiaçı satılmışdır. Həmin ev fərdi yaşayış evi olmaqla, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsində yerləşdiyindən ev satılarkən onun yerləşdiyi torpaq sahəsi də alqı-satqı müqaviləsində göstərilməsə belə, torpaq qanunvericiliyinin həmin alqı-satqı zamanı qüvvədə olan normalarına əsasən alıcının mülkiyyətinə keçmişdir.
32. Məhkəmə cavabdeh orqanın imtinasının digər dəlili ilə, yəni mübahisə predmeti olan torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirilməsi ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.06 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Göygöl (Xanlar) şəhjəri, 13-cü küçə, 67 saylı fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti konfiqurasiyası və ən əsas torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X və Y)) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında mövcud olmadığından, araşdırma zamanı arxiv sənədlərinə istinad olunmuşdur. Həmin torpaq sahəsinə dair arxiv sənədlərində mövcud olan planda göstərilən torpaq sahəsinin sərhəd uzunluq məsafələri, planda göstərilən tikililərin torpaq sahəsi üzərində yerləşmə mövqeyi və iddiaçının naturada təqdim etdiyi faktiki istifadə sahəsinə istinadən, İddiaçı xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Göygöl (Xanlar) şəhəri, 13-cü küçə, 67 saylı fərdi yaşayış evinin yerləşdiyi 600.0 kv.m torpaq sahəsinin döngə nöqtələri, sərhədləri və koordinatları müəyyən olundu. Aqrar islahat komissiyasının qərarı əsasında X4 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş JN-2367A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən müəyyən olundu. İddiaçı xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Göygöl (Xanlar) şəhjəri, 13cü küçə, 67 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, JN-2367A (kod-********) nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsilə üst-üstə düşür. Qeyd edilir ki, X6 adına qeydə alınmış xx.xx.2014-cü il tarixli **********08 reyestr nömrəli Çıxarışın AA 003657 nömrəli və X1 adına qeydə alınmış xx.xx.2021-cil tarixli **********08 reyestr nömrəli Çıxarışın A-660484 nömrəli plan və ölçü sənədlərinin, torpaq sahəsinin məkan göstəriciləri (konfiqurasiyası və koordinatları (X və Y)) əks olunmuş səhifəsi daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. Bununla yanaşı **********08 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. Qeyd olunan hallar səbəbindən qərardadın 4-cü, 5-ci və 6-cı suallarının cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, **********08 reyestr nömrəli xx.xx.2014-cü il tarixli Çıxarış ilə X7 adına qeydə alınmış 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron kadastr baza sisteminə əsasən müəyyən edildi.
33. Yəni, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə digər şəxslərə məxsus, həmçinin X3 xüsusi mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.
34. Torpaq sahəsinin X7 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2367A KOD 50801004 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, bunun səbəbi məhz X7 adına 2006-cı ildə tərtib edilmiş JN-1024A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatlarında iddiaçıya 2005-ci il tarixdə satılmış ayrılmış 0,06 ha torpaq sahəsinə işlənilməsi olmuşdur. Lakin həmin şəhadətnamə əsasında X3 adına aparılmış qeydiyyat üzrə torpaq sahəsi başqa sahədə yerləşməklə, iddiaçının evinin altındakı sahəyə aidiyyəti yoxdur.
35. Təqdim edilmiş ortofoto görüntülərdən də məlum olur ki, iddiaçı həmin torpaq sahəsindən maneəsiz istifadə edir və həmin torpaqla bağlı hər hansı mübahisə mövcud deyildir. İddiaçının alqı-satqı əsasında əldə etdiyi ev həmin torpaq sahəsində yerləşir.
36. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi evin altında yerləşməklə alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir və həmin alqı-satqı müqaviləsi hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sənədə etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
37. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
38. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
39. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2 (iki) yaşayış otağından və 40 kv.m-dən ibarət olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva