Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2781/2023 10.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işə işin təşkili şöbəsinin üzərinə ona şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, mərhum şəhid X10 ilə ailə quraraq Ukraynanın Luqansk vilayətinin Svatovo rayonu, Pervomaysk kənd sovetinin icraiyyə komitəsində 12 avqust 1989-cu il tarixində nikah rəsmiləşdirmişdir. Birgə nikahlarından 06 sentyabr 1989cu il tarixdə X11 və 01 oktyabr 1990-cı il tarixdə X13 adlı iki övladı anadan olmuşdur. Lakin 10 avqust 1990-cı il tarixində əri X2-Ağdam marşrutu üzrə hərəkət edən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində həlak olmuşdur. Bununla bağlı Cavabdeh Başçısının Aparatının 05/185 nömrəli, 27 fevral 2007-ci il tarixli sənədi də vardır. Həmin sənəddə qeyd olunur ki, sözügedən avtobusun erməni terrorçuları tərəfindən partladılması faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işi üzrə Məhkəmə Kollegiyasının 27 mart 1992-ci il tarixli hökmü ilə sübuta yetirilmişdir. Ona görə də X6 övladları X11 və X13 “şəhid ailəsi” statusuna malikdir.Cavabdeh Başçısının Aparatının 7-12/90 nömrəli 28 iyul 2022-ci il tarixli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il tairixli 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü maddəsinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağ erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Lakin bütün bu faktlara baxmayaraq ərinin vəfatından sonra ailəni təkbaşına idarə etmiş və uşaqları böyütsə də, indiyə kimi “şəhid ailəsi” kimi heç bir imtiyazdan yararlana bilməmişdir. X10 rəhmətə gedən vaxtı oğlu X11 11 aylıq, qızı X13 isə bətnində olmuşdur. Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin 1833 nömrəli xx.xx.2022-ci il tarixli arayışı da o və övladlarının mərhum şəhid X6 vərəsəsi olduğunu təsdiq edir. Bundan əlavə, Azərbaycan Vətən X1 təqdim etdiyi 87394 nömrəli vəsiqə də onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş X6 əri kimi Azərbaycan Vətən Müharibəsi X4 Tovuz Rayon Şöbəsində qeydiyyata alındığını göstərir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı əri İmran Hüseynov xx.xx.1990-cı il tarixdə Gürcüstan Respublikasından Ağdam rayonuna gedən avtobusun Erməni Silahlı Qüvvələri tərəfindən partladılması nəticəsində həlak olmuşdur. Sonradan məhkəmə qərarı ilə İmran Hüseynova “şəhid” statusu verilmişdir. Həmin vaxt şəhid İmran Hüseynovun övladları və arvadı İddiaçı şəhid ailəsi statusu almışdır. Sonradan İddiaçı ikinci dəfə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Müvafiq qanunvericiliyə əsasən İddiaçı rəsmi nikahından sonra onun “şəhid ailəsi” statusu ləğv olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -surəti işə əlavə edilmiş 1-EД 15227 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, X11 xx.xx.1989-cu il tarixdə doğulmuşdur, ata qrafasında X10, ana qrafasında X9 qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 1-EД 008812 nömrəli “nikah haqqında” şəhadətnamədən görünür ki, X10 ilə X14 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş AZ-İİ 197313 nömrəli, xx.xx.2022-ci il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X10 xx.xx.1990-cı il tarixdə ölmüşdür. -işə əlavə edilmiş Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1761 nömrəli arayışından görünür ki, X10 barəsində arvadı İddiaçı, oğlu X11 və qızı X7 müraciəti əsasında vərəsəlik işi açılmışdır. -işə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-1413/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 10 avqust 1990-ci il tarixdə vəfat etmiş X5 miras qalmış keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş 322 nömrəli qeydiyyat vəsiqəsi 503-148/247 inventar nömrəli texniki pasportda göstərilən Tovuz rayonu Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın X6 vərəsələri İddiaçı, X11 və X13 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-7244/2023 nömrəli məktubundan görünür ki, İddiaçı (Əliyevanın) xx.xx.1989-cu ildə Ukraynanın Luqansk vilayətinin Saratovski rayonunda X10 ilə bağlanmış nikahına İ.Hüseynovun ölümü ilə xitam verilmişdir. Bundan sonra İddiaçı (Əliyeva) xx.xx.1997-ci ildə Tovuz rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il təvəllüdlü X15 ilə nikaha daxil olmuşdur. -işə əlavə edilmiş Qaraxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 785 nömrəli arayışından qeyd edilmişdir ki, mərhum X10 şəhid olduqdan sonra ailə üzvləri kimi arvadı İddiaçı, oğlu X11 və qızı X13 qalmışdır. -işə əlavə edilmiş Cavabdeh başçısı aparatının xx.xx.2023-cü il tarixli, 5-79/2-2- 5/452/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmçinin həmin qərarın 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qeyd olunanlardan görünür ki, X6 şəhid olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin qrammatik təfsirindən görünür ki, ər (arvad) şəhid ailəsinin üzvü hesab olunur. Məsələyə bu təfsir metodundan yanaşılsa hüququn ədalətlilik prinsipi nöqteyi-nəzərdən doğru nəticəyə gəlmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə nikaha xitam verilir. Şəhid ailəsi üzvü qismində qeyd edilmiş “ər (arvad)” anlayışı qrammatik formada təfsir edilsə, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir, o öldükdən sonra isə nikaha xitam verilir, başqa sözlə ər-arvad hüquqi münasibəti bitmiş olur. Məhkəmə şəhid ailəsi üzvü kimi “ər (arvad)” ifadəsinin işlədilməsinin məqsədini aydınlaşdırmaq üçün məntiqi təfsir metodundan istifadə edərək qeyd edir ki, qanunvericinin buradakı məqsədi şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölməsindən sonra keçmiş ərinin (arvadının) xatirəsinə bağlılıq və ruhuna ehtiram göstərmiş şəxsləri şəhid ailəsi üzvü hesab etmək, bununla da güzəştlərdən yararlanmasına şərait yaratmaqdır. İş materiallarından da görünür ki, iddiaçı xx.xx.1997-ci ildə Tovuz rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il təvəllüdlü X15 ilə nikaha daxil olmuşdur. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2781/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2781/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver