Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2786/2024 08.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı reyestr qeydlərinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun arvadı olan nümayəndəsi X26 və cavabdehin nümayəndəsi X27 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı X21 adına dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının və X33 adına dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə X35 və X8 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.55 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-2127 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
2. Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Engels adına Üzümçülük İstehsalı və Emal Müəssisənin (X62 komissiyasının) sədri D.Mədədov, üzvləri H.Mirzəyev və Q.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli aktda qeyd edilmişdir ki, Aşağı Ayıblı kənd sakini 2 qrup Böyük Vətən müharibəsi əlili X17 JN-2127/0.65 ha torpaq sahəsi “saqqal tutan” deyilən sahədə təpənin döşündə su çıxmayan əkin üçün yararsız yerdə yerləşmişdir. Bunları nəzərə alaraq, “Gömərli qobusu” deyilən yerdə boş qalmış - sağ tərəfi Akt JN-1323 X47, sol tərəfi Akt JN-675 nömrəli aktlarla əhatə olunmuş 0.65 ha torpaq sahəsinin ona düşən pay torpağı ilə əvəzləşdirilərək ona verilməsini təmin etmişlər və onun tələbini ödəmişlər.
3. Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ 140594 nömrəli və xx.xx.2002-ci il tarixli AZ 140177 nömrəli şəhadətnamələrdən görünür ki, X28 xx.xx.2002-ci il tarixdə, X35 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2011-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş X11 və xx.xx.2002-ci il tarixdə vəfat etmiş X22 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Şəhadətnamə verilmiş miras əmlak - Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-2127 KOD 50300068 nömrəli dövlət aktına əsasən 0.55 ha torpaq sahəsindən ibarətdir.
5. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə X23, X51, X24, X25 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.16 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-1513 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
6. xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23, X51, X24, X25 və X6 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 1.16 ha torpaq sahəsini X3.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0,7726 ha torpaq sahəsi üzərində X21 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli BN 184336 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
8. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X36 ona məxsus Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsini X7.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsi üzərində X33 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli BN 184336 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4351/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı əsasında X10 digər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayonu, Əyyublu kəndində 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN-1513 nömrəli şəhadətnamə tərtib edilmişdir. Tovuz rayon dövlət notariat kontorunun 03 iyun 2022-ci il tarixli 4Ə/2-391 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında yuxarıda qeyd edilmiş 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və 1.16 ha torpaq sahəsinin 0.7726 ha hissəsinə dair X21 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 02 sentyabr 2023-cü il tarixli 4Ə-1234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında yuxarıda qeyd edilmiş 0.7726 ha torpaq sahəsinə dair X33 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4799/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında İddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə 0.92 ha (JN- 2125 nömrəli Dövlət Aktı əsasında), həmçinin atası X22 mülkiyyətinə 0.55 ha (JN-2127 nömrəli Dövlət Aktı əsasında) pay torpaq sahələn ayrılmışdır və sözügedən torpaq sahələri Əyyublu kəndinin başqa ərazisində 0.92 ha və 0.55 ha olmaqla Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) torpaqların məkan və sahə göstəriciləri saxlanılmaqla öz əksini tapmışdır. İddiaçı müraciətində qeyd və iddia etdiyi torpaq sahəsinə dair isə, digər şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirilərək qeydiyyata alınmışdır. İddiaçı iddia etdiyi torpaq sahəsi yerli bələdiyyə və kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş akta əsasən Əyyublu kənd sakini X21 istifadəsindədir, sonradan X4 və **********16 (0.7726 ha) reyestr nömrəli çıxarışla X33 adına hüquqların dövlət qeydiyyatına alınmışdır. İddiaçı və atası X22 adına verilmiş Dövlət Aktlarında göstərilən torpaq sahələri isə AZCAD məlumat bazasına əsasən vətəndaşın iddia etdiyi ərazidən 830 metr fərqli ərazidə yerləşir. Göstərilənlərə əsasən X30 müraciəti əsasında Əyyublu bələdiyyəsinin, Tovuz rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəsinin, X30 və 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmişdir. 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinə, baxış keçirilən torpaq sahəsinin X21 faktiki istifadəsində olması bildirilmişdir. Naturada (yerində) göstərilən torpaq sahəsinə Tovuz rayon İHB-nın Əyyublu kənd İƏD üzrə nümayəndəsinin, Əyyublu bələdiyyəsinin, X30 və 15 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Həmin akt əsasında elektron məlumat bazasında müvafiq düzəlişlər aparılmışdır. Sonradan İddiaçı ərizə ilə 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin uzun müddət özünün və ailə üzvlərinin istifadəsində olduğunu bildirərək şikayət ərizələri ilə müraciət etmişdir. Əyyublu bələdiyyəsi 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək tərtib edilmiş aktda imza və möhürün etibarsız sayılmasını bildirmişdir. Qeyd edilən torpaq sahəsi üzərində mübahisə, Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətində olması və Əyyublu bələdiyyəsinin 18 yanvar 2024-cü il, 06 nömrəli məktubu əsas götürülərək elektron baza məlumatlarında və "Torpaq sahəsinin planı ölçüsü" sənədində müvafiq düzəlişlərin aparılması zərurəti yaranmışdır. Məlumat üçün bildiririk ki, buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı hallarda aradan qaldırılır. Odur ki, X37 məxsus **********16 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində müvafiq düzəlişlər aparılması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun şəkildə sənədlərin əsli ilə Tovuz ASAN Xidmət Mərkəzinə müraciət etməsi barədə X33 yaşadığı ünvana məktub ünvanlanmışdır. Göstərilənlərə əsasən Hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4863/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-5183/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, X22 və X11 mülkiyyətinə Tovuz rayonu, Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 0.55 ha (JN-2127 nömrəli Dövlət Aktı) pay torpaq sahəsi ayrılmışdır və X20 X32 Əsasən (TEKUİS) məkan və sahə göstəriciləri saxlanılmaqla öz əksini tapmışdır. Qeyd edilən torpaq sahəsinin yerinin dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı 15 saylı Tovuz Ərazi İdarəsində hər hansı məlumat yoxdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rəyestrindən xx.xx.2023-cü il tarixli **********116 reyestr nömrəli çıxarışa əsasən X21 mülkiyyətində olmuş 0.7726 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yerli bələdiyyə və icra nümayəndəsinin təsdiq etdikləri akt əsasında elektron məlumat bazasında müvafiq düzəlişlər aparılmışdır.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4867/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.7726 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X21 adına B 184336 və X33 adına B 190219 nömrəli plan-ölçü sənədləri tərtib olunmuşdur.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 6666/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, JN-2127 nömrəli dövlət aktına əsasən X35 və X18 ayrılmış Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.55 ha torpaq sahəsinə **********51 reyestr nömrəsi ilə xx.xx.2011-ci ildə məhdudlaşdırmaya dair arayış (Forma-1) verilmişdir, lakin hüquqları dövlət qeydiyyatına alınmamışdır. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdehlər X48, X49, X36 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X35 1923-cü ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuşdur. Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə X55a və anası Fatma Qasımovaya 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. X64 Müharibəsinin iştirakçısı, 2-ci qrup müharibə əlili olduğundan həmin torpaq sahəsinin həcmi artırılaraq 0.65 ha olmuşdur. Ata və anasına verilən torpaq sahəsi tamamilə yararsız olduğundan 15 iyul 2001-ci il tarixdə Tovuz rayonu Aşağı Ayıblı (indiki Əyyublu) kənd X62 Komissiyası tərəfindən kənddə "Gömərli qobusu" adlanan yerdə (dədə-baba yurdlarında) boş qalmış sağ tərəfi JN-1323 nömrəli aktla X38, sol tərəfi JN-675 nömrəli aktla X13 məxsus torpaq sahələri ilə əhatə olunmuş hissədən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əvəzləşdirilərək X55a təhvil verilmişdir. X55 və anası Fatma Qasımova 2002-ci ildə rəhmətə getdikdən sonra vərəsəlik üzrə həmin torpaq sahəsindən o, istifadə etmişdir. 22 il ərzində həmin torpaq sahəsində kartof və taxıl əkib becərmiş, həmin təsərrüfatı idarə etmişdir. 2023-cü il oktyabr ayında həyat yoldaşı X40 ilə torpaq sahəsini təmizləməyə getdikdə həmin torpaq sahəsinin əkilib-şumlandığını görmüşdür. Həmin vaxt oranın kim tərəfindən əkildiyini bilməmişdir. Sonradan maraqlandıqda Əyyublu kənd sakini X48 tərəfindən əkildiyini öyrənmişdir. Bu barədə dərhal Əyyublu bələdiyyəsinin sədri X39 müraciət etdikdə ona bildirmişdir ki, o, həmin torpaq sahəsini heç kimə satmamışdır. Sonradan Famil adlı şəxslə görüşdükdə ona bildirmişdir ki, o, həmin torpaq sahəsini 2000 manat pul verib bələdiyyə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən almışdır. Bundan sonra o, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə müraciət etdikdə ilkin olaraq ona heç bir sənədlərə imza etmədiklərini və hüquqi sənəd vermədiklərini bildirmişlər. Dəfələrlə bələdiyyə sədrinə, torpağı zəbt etmiş Famil və Yeganəyə müraciət edərək onun torpaq sahəsinin özümə qaytarılmasını tələb etsə də əhəmiyyət verməmiş və hazırda həmin torpaq sahəsinin zəbti davam edir. Həmin torpaq sahəsinin onun və ailə üzvləri tərəfindən istifadə olunmasını təsdiq edəcək nüanslardan biri də onun torpaqdan istifadə etdiyi 22 il müddətində dövlət rüsumunu ödəməsidir. Halhazırda ailəsi 7 nəfərdən ibarətdir. Ailəsindən heç bir yerdə işləyən yoxdur. O, ailəsini yalnız ata və anasına (əvəzləşdirilərək) verilən 0.65 ha torpaq sahəsini əkib-becərməklə dolandırır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. Məhkəmənin hüquqi yardımından sonra xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Tovuz rayonu Əyyublu bələdiyyəsi, X36 və X48) qarşı X21 adına dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının və X33 adına dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X36 və X48 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
21. İddiaçı, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişlər.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının üçüncü şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir.
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Tovuz rayonu Əyyublu bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının və cavabdehin nümayəndəsinin vəsatətləri təmin edilməmişdir.
24. İddiaçı və onun nümayəndəsi X40 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
25. İddiaçı sədrlik edən hakimin suallarına cavab olaraq bildirmişdir ki, JN-2127 Kod nömrəli Dövlət aktı ilə ata-anasına ayrılmış 0.55 ha torpaq sahəsi mübahisəli 0.65 ha torpaq sahəsinin daxilində yerləşmir. Nə ata-anası, nə də o, dövlət aktı ilə mülkiyyətə verilən 0.55 ha torpaq sahəsindən istifadə etməmişlər. Çünki həmin torpaq sahəsi əkinə yararsız olmuşdur. Onların istifadəsində mübahisə olunan 0.65 ha torpaq sahəsi olmuş, daim onu əkib-becərmişlər. Həmin 0.65 ha torpaq sahəsinə dair dövlət aktı verilməyib, həmin sahəyə dair əllərində olan yeganə sənəd Engels adına Üzümçülük İstehsalı və Emalı Müəssisəsinin xx.xx.2001-ci il tarixli aktıdır. Həmin akta əsasən Böyük Vətən müharibəsinin əlili kimi atasına ayrılmış 0.55 ha torpaq sahəsi su çıxmayan əkin üçün yararsız yerdə yerləşdiyi üçün, “Gömərli qobusu” deyilən yerdə boş qalmış 0.65 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir.
26. Sədrlik edən tərəfindən iclas zamanı iddiaçıya X33 adına xx.xx.2023-cü il tarixdə aparılmış ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının alğı-satqı müqaviləsinin əsasında aparılması bildirilərək, hüquqi marağına uyğun olaraq mübahisəli torpaq sahəsinə dair X21 adına aparılmış dövlət qeydiyyatının yaxud X33 adına aparılmış dövlət qeydiyyatının ləğvi üzrə tələbini dəqiqləşdirmək təklif edilmiş, lakin iddiaçı hər iki qeydiyyatın ləğvini tələb etdiyini və torpaq sahəsinin ona qaytarılmasını istədiyini bildirmişdir.
27. Cavabdehin nümayəndəsi X41 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
28. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
29. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
30. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə X31 və X8 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.55 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-2127 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
31. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə X14, X42, X15, X16 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.16 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-2127 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23, X51, X24, X25 və X6 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 1.16 ha torpaq sahəsini X3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsi üzərində X21 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X36 ona məxsus Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsini X7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsi üzərində X33 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. İddiaçı Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Engels adına Üzümçülük İstehsalı və Emal Müəssisənin (X62 komissiyasının) sədri D.Mədədov, üzvləri H.Mirzəyev və Q.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli akta istinad edərək, mərhum valideynlərinə ayrılmış 0.55 ha torpaq sahəsinin sonradan 0.65 ha torpaq sahəsi ilə əvəzləşdirildiyini, bu əsasla həmin torpaq sahəsinin mərhum valideynlərinə məxsus olduğunu, valideynlərinin vəfatından sonra onun sahibliyində və istifadəsində olduğunu əsas gətirərək, torpaq sahəsinə dair üçüncü şəxslərin adına olan reyestr qeydiyyatlarının ləğv olunmasını tələb edir.
33. Adıçəkilən aktda qeyd edilir ki, Aşağı Ayıblı kənd sakini 2 qrup Böyük Vətən müharibəsi əlili X17 JN-2127/0.65 ha torpaq sahəsi “saqqal tutan” deyilən sahədə təpənin döşündə su çıxmayan əkin üçün yararsız yerdə yerləşmişdir. Bunları nəzərə alaraq, “Gömərli qobusu” deyilən yerdə boş qalmış - sağ tərəfi Akt JN-1323 X47, sol tərəfi Akt JN- 675 nömrəli aktlarla əhatə olunmuş 0.65 ha torpaq sahəsinin ona düşən pay torpağı ilə əvəzləşdirilərək ona verilməsini təmin etmişlər və onun tələbini ödəmişlər.
34. Lakin həmin aktın mötəbərliyi əvvəla iş materialları ilə müəyyən edilmir, ikinci isə, torpaq sahəsinin ayrılması, yerinin dəyişdirilməsi və s. bu kimi məsələlər üzrə akt tərtib etməklə deyil, qərar qəbul edilməklə həyata keçirilməli, eyni zamanda, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən islahatla əlaqədar subyektlərə torpaq sahəsi ayrılması (yaxud yerinin dəyişdirilməsi) barədə X62 komissiyalarının qərarları rayon aqrar islahat komissiyaları tərərfindən təsdiq edilməli idi.
35. Lakin hazırkı iş üzrə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2097-ci il tarixli 13 nömrəli qərarının ləğvi və yaxud dəyişdirilməsi, həmçinin həmin qərarla X35 və X8 təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 0.55 ha torpaq sahəsinin yerinin və həcminin dəyişdirilməsi barədə aqrar islahat komissiyasının qərarının olması, onlara 0.65 ha torpaq sahəsinin ayrılması və yeni dövlət aktının tərtib edilməsi halları öz təsdiqini tapmamışdır.
36. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
37. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
38. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli 065 ha torpaq sahəsinə dair başqa şəxs(lər)in adına aparılmış qeydiyyat(lar)ı mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
39. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
40. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmış və hazırkı qərarın 35-ci bəndində qeyd edilənlər nəzərə alınmaqla, onun subyektiv hüququnun mövcud olması müəyyən edilməmişdir.
41. Məhkəmə onu da qeyd edir ki, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Engels adına Üzümçülük İstehsalı və Emal Müəssisənin (X62 komissiyasının) sədri D.Mədədov, üzvləri H.Mirzəyev və Q.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli akt iddiaçının sözügedən 0.65 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənəd də deyildir.
42. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
43. Göründüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının və onun mərhum valideynlərinin adına hüquqmüəyyənedici sənəd mövcud deyil.
44. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
45. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum valideynləri X31 və X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırkı iddiaçı da həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva