Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2786/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Quşqara bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayon Quşqara bələdiyyəsinin 18 dekabr 2006-cı il tarixli, 53 saylı qərarına əsasən yararsız torpaq sahəsindən 1,30 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2006-cı il tarixində Xanlar rayon torpaq şöbəsində 877 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı hesabına 2709,20 manat məbləğində ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bildirir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1,30 hektar olmaqla Qusqara bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız torpaq sahəsi olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş arayışına əsasən Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 53 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı 1,30 hektar torpaq sahəsinin ayrılıb alqı-satqı yolu ilə satılması nəzərdə tutulmuşdur. Torpaq sahəsi Gəncə-Qazax zonasına aiddir.Həmin torpaq sahəsi yararsız torpaq sahəsinə aid olmaqla cəmi 1,30 hektardır və normativ qiyməti 2709,20 manatdır.Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Göygöl rayon Dövlər Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Göygöl (keçmiş Xanlar) rayon Quşqara kənd bələdiyyəsinin 11.12. 2006-cı il tarixli 53 saylı qərarına əsasən bələdiyyənin ərazisindəki yararsız torpaq sahəsindən 1.30 ha ayrılıb İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin alql-satqı yolu ilə satıldığı göstərilmişdir.(Əsas: Fond № 203, siy.№ L iş № 12 vər.125,126,127,128,129,130,131.) İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-0152/2025 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyini, torpaq sahəsinin yerini və ölçülərini göstərən sənədin əlavə edilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, iddia olunan torpaq sahəsi Ərazi İdarəsinin xəritə materiallarına (Kompleks yerquruluşu, AzCAD və TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid örüş (otlaq) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,30 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata aparılmasından imtina edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən, 2002-ci il tarixli Xanlar rayonu X2 Ərazisində Aparılan Torpaq İslahatına X7 Lahiyəsində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, örüş ərazidir. Yeni elektron baza məlumatlarında da bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, örüş ərazidir.
2. İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin,şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmayıb.
3. İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsi üzərindən .hava məkanından elektirik xətti keçməsi halı müşahidə olundu. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin üzərindən keçən hava elektirik xəttindən başqa.mühafızə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı. 4.İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsi baza məlumatlarına əsasən hər hansı digər şəxslərin adma qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. 5.İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materiallan, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsi naturada ölçülərək sahəsi və döngə nöqtələri dəqiqləşdirildi.
6. İddiaçı qızma Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qənin ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatlan və daxil olmuş iş materiallan, arxiv sənədlərində yerqurluşu planından çıxanşda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsi üzərində hər hansı bir tikili yoxdur.
7. İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materiallan, arxiv sənədlərində yerqurluşu planından çıxanşda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsi üzərində hər hansı bir tikili olmadığı üçün kənara çıxıb-çıxmaması müəyyənləşmədi. 8.İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qəran ilə sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsi ayrılan zaman. 2002-ci il tarixli Xanlar rayonu Damazlıq Camışçılıq TəsərüfTatmm Ərazisində Apanlan Torpaq islahatına X7 Lahiyəsində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlan, örüş ərazi olmuşdur. 9.İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarıilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsinin qismən hüdudları daxilindədir. Rəyə izzah üçün cizgi sxem əlavə edilir. 10.İddiaçı qızma Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə ayrılmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsinin qismən cizgiləri daxilindədir. Rəyə izzah üçün cizgi sxem əlavə edilir. 11.İddiaçı Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə aynlmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları Xanlar rayonu Quşqara bələdiyyəsinin tərtib etdiyi cizgi planı 1:10000 miqyasa uyğundur. 12.İddiaçı qızma Quşqara Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli №53 nömrəli qərarı ilə aynlmış sahibkarlıq məqsədli 1.30 ha torpaq sahəsinin faktiki koordinatları və daxil olmuş iş materialları, arxiv sənədlərində yerqurluşu planından çıxarışda təsdiqlənmiş kordinatlara əsasən təyin edilmiş torpaq sahəsinin məlumatları, rəyi 2002-ci il tarixli Xanlar rayonu X3 Ərazisində Aparılan Torpaq İslahatına X7 Lahiyəsinə və Yeni elektron baza məlumatlanna əsasən hazırlanmışdır. İddiaçı məhkəməyə iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilməsini və Xanlar rayon Quşqara bələdiyyəsinin 18 dekabr 2006-cı il tarixli, 53 saylı qərarı ilə İddiaçı satılmış və faktiki istifadəsində olan 1,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin plan və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında etirazı müdafiə edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar rayon Quşqara bələdiyyəsinin 18 dekabr 2006-cı il tarixli, 53 saylı qərar ilə həyətyanı məqsədilə 1.30 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan iddia olunan torpaq sahəsi Ərazi İdarəsinin xəritə materiallarına (Kompleks yerquruluşu, AzCAD və TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid örüş (otlaq) əraziyə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyi və cavabdehin nümayəndəsinin izahatı ilə də müəyyən edilir ki, iddiaçıçı faktiki istifadəsində olan 1,30 ha torpaq sahəsi ilə hər hansı üst-üstə düşmə halı mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(102)-677/2024 saylı qərarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, cavabdeh orqan imtinasında həmçinin etirazında torpaq sahəsinin örüş torpaq sahəsi olmasını qeyd etsədə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyində iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1,30 hektar olmaqla Qusqara bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız torpaq sahəsi olmaqla həmin məqsəd üçün (sahibkarlıq məqsədi ilə) satılması qanunamüvafiq olması qeyd edilmişdir və bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-cimaddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına qismən yararsız olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, naturada təqdim olunan sahənin faktiki ölçüsü 1.30 ha-dır. Faktiki təqdim olunan sahənin naturada yerləşmə vəziyyəti ilə, iş materiallarında mövcud olan, yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst-üstə düşür. Odur ki, 18 dekabr 2006-cı ildə torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən imtina əsaslı hesab edilə bilməz. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-677/2024 saylı qərarında ifadə edilmiş mövqeyinə uyğun olaraq işdəki mütəxəssis rəyinə əsasən torpaq sahəsinin koordinatlar baxımından iddiaçının faktiki istifadəsində olan 1.30 ha torpaq sahəsi ilə texniki sənədlərdə olan 1.30 ha torpaq sahəsinin koordinatları üst-üstə düşməsi, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı, torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1046/2024 saylı qərarında ifadə edilmiş mövqeyə əsasən hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, örüş ərazi olmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-716/2024 saylı qərarında ifadə edilmiş mövqeyə əsasən: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyində X1 nəzərdə tutulan torpaq sahəsi cəmi 1,30 hektar olmaqla Qusqara bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız torpaq sahəsi olmaqla həmin məqsəd üçün (sahibkarlıq məqsədi ilə) satılması qanunamüvafiq olması qeyd edilmişdir. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. 2006-cı ildə torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyində əsas götürməklə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasında imtina belə olan halda iddiaçının etimad hüququnun pozulmasına səbəb olur. Eyni zamanda məhkəmə qeyd edir ki, Göygöl rayon Dövlər Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasəndə müəyyən edilir ki, Göygöl (keçmiş Xanlar) rayon Quşqara kənd bələdiyyəsinin 11.12. 2006-cı il tarixli 53 saylı qərarına əsasən bələdiyyənin ərazisindəki yararsız torpaq sahəsindən 1.30 ha ayrılıb İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin alql-satqı yolu ilə satıldığı göstərilmişdir.(Əsas: Fond № 203, siy.№ L iş № 12 vər.125,126,127,128,129,130,131.), Xanlar rayon Quşqara bələdiyyəsinin 18 dekabr 2006-cı il tarixli, 53 saylı qərarı ilə iddiaçıya yararsız torpaq sahəsindən 1,30 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmışdır, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəy ilə də müəyyən edilir ki, satılması nəzərdə tutulan torpaq sahəsi 1,30 hektar olmaqla yararsız torpaq sahəsidir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Xanlar rayon Quşqara bələdiyyəsinin 18 dekabr 2006-cı il tarixli, 53 saylı qərarı ilə İddiaçı satılmış və faktiki istifadəsində olan 1,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin plan və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyi cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva