Məhkəmə qərarları › İş №2-1(114)-2791/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2791/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2791/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarların hissəvi ləğvi və İİ dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Eıvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024-cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarının onun barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi” hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı 2001-ci ildən etibarən ümumi xəstəlik səbəbilə İl qrup əlil kimi pensiya təyin olunmuşdur.

2. İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə təkrar qiymətləndirilərək Xəstəliklərin beynəlxalq təsnifatı: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => B15- B19 – Virus hepatiti => B17 – Digər kəskin virus hepatitləri => B17.8 – Digər dəqiqləşdirilməmiş kəskin virus hepatitləri. Diaqnozun mətni “Tez-tez kəskinləşən xr.hepatit ağrı sindormu. Xr.eroziv qastroduodenit. Həzm funksiyasının pozulması (DSMF məlumatların əsasən) diaqnozu üzrə “Ümumi xəstəlik” səbəbindən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

3. Cavabdeh orqan əlilliyi olan şəxslərin təhlilini aparan zaman müddətsiz əlilliyi olan şəxslərin, o cümlədən iddiaçının təkrar əyani müayinəyə cəlb olunaraq əlilliyini yenidən qiymətləndirmək zərurəti duymuş və iddiaçının dəvət edilmiş əyani müayinəyə gəlməməsini əsas gətirməklə, İddiaçı barəsində diaqnozun təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar qəbul etmişdir.

4. Daha sonra İddiaçı müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-3929/2024 qərar qəbul edilmişdir.

5. Gəncə şəhər Z.Məmmədov adına Xəstəxananın radiologiya şöbəsinin xx.xx.2024-cü il tarixli P.O.C.U.S venaların 2 seqmentli tripleks müayinəsinin nəticəsi “Hər iki ətraf səthi və dərin venalarda tromboz əlamətləri izlənmir. Hər iki ətrafda səthi venada varikoz əlamətləri CE (CEAP) Xr. Venoz çatmamazlıq izlənir” kimi qeyd edilmişdir.

6. X5 xx.xx.2021-ci il tarixli X4 Doppleroqrafiyasının nəticəsi “Sağ ümumi bud, səthi bud, sol VSM venalarında ağır dərəcəli, hər iki dizaltı, sol bud, səthi bud venalarında orta ağır dərəcəli qapaq çatışmamazlığı qeyd olunur. Sol ayaqlar arxası səthi dərialtı əlavə venada 6,7 mm ölçüdə tromb var. Hər iki baldırın səthi dərialtı əlavə venaları 5,7-6 mm olmaqla genişlənmişdir. Venoz axın zəifdir. Müayinə olunan arterial damarlarda axın sürəti normaldır. Böyümüş limfa düyünü izlənmir” kimi qeyd olunmuşdur.

7. X6 Mərkəzinin 07/xx.xx.2021-ci il tarixli Rentgen müayinəsinin nəticəsi “Xr. Kolit əlamətləri. Tiflit. Köhnədən çənbər bağırsağın dalaq altı əyriliklərinin transpozisiyası. Koloptez 2-dərəcə. Divertikulit əlamətləri. Dolixokolon 2-dərəcə. Diskineziya. Meterorizm” kimi qeyd edilmişdir.

8. Kəlbəcər rayon X2 bölməsinin Ambulator kitabçadan xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “K26 - 12 barmaq bağırsağın xroniki xora xəstəliyi. K44 - Qida borusunun diafraqmal dəliyinin yırtığı. Xoralı. K51 - Kolit. Bitişmə xəstəliyi, kolonoptez Dolixokolon və E11 - Şəkərli diabet tip İİ” kimi qeyd edilmişdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-26533/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində giymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-S-8773/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixində 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən yaşadığı ünvanda Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin müayinə olunmuşdur. Nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ll dərəcəli əlilliyin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ll dərəcəli əlilliyin ləğv olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il tarixdən etibarən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşmışdır. 2001-ci ildən etibarən ümumi xəstəlik səbəbilə ona İl qrup əlil kimi pensiya təyin olunmuşdur. xx.xx.2009-cu il tarixdən isə ümumi xəstəlik səbəbilə ona müddətsiz İİ dərəcə əlillik təyinatı aparılmış və nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" Alt sistemində yerləşdirilmişdir. Lakin 2023-cü ilin oktyabr ayında əsassız olaraq ona heç bir məlumat verilmədən gözlənilmədən pensiya ödənişim dayandırılmışdır. O, bunun səbəbini öyrənmək üçün aidiyyəti üzrə DSMF-nin X3 və Yerli TSEK- nə müraciət etmişdir. Hər iki qurumdan ona bildirilmişdir ki, pensiya ödənişinin dayandırılması onlar tərəfindən olmamışdır. Daha sonra o, aidiyyatı orqanlara, yuxarı instansiyalara müraciət etmişdir. Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona göndərilən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda bildirilmişdir ki, ona 2009-cu ildə təyin edilmiş müddətsiz İİ dərəcə əlillik sistemdə mövcuddur, müraciəti ilə bağlı yerli TSEK-na müraciət etməyi məsləhət görülür. TSEK-ə isə dəfələrlə müraciətində mənə bildirilmişdir ki, onun İl dərəcə müddəsiz əlilliyi sistemdə mövcuddur, pensiya ödənişinin nə üçün dayandırılması onlara məlum deyil. Nəticədə ona məlum olmuşdur ki, onun pensiyası əsassız və qanunsuz olaraq dayandırılmışdır. Bundan sonra 2024-cü ilin fevral ayınadak onun pensiyası ödənilməmişdir. Lakin 2024-cü ilin fevral ayının 28-də həmin ay üçün və ödənilməmiş əvvəlki pensiya ödənişləri bərpa olunaraq ona ödənilmişdir. Çünki pensiyasının dayandırılması qanunsuz idi.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin hüquqi yardımına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024cü il tarixli, 3-17-4/3-3-3029/2024 nömrəli qərarının onun barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi” hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

17. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

19. Məhkəmə mübahisələndirilən qərarların xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qəbul edilməsini, iddiaçının isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini, habelə inzibati aktları qəbul etmiş cavabdeh orqandan sorğu vasitəsilə tələb edilməsinə baxmayaraq, həmin qərarların iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sənəd təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, birinci qərara münasibətdə rəsmi təqdimetmə baş tutmadığından və ikinci qərara münasibətdə isə vaxtında iddia qaldırıldığından qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır və iddia mümkün iddiadır.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə iddiaçının yaşadığı yer üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

25. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olçadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Kəlbəcər rayon mərkəzi xəstəxanasının xx.xx.2009-cı il tarixli göndərişi əsasında baxılmış "diaqnoz əlillik təyinatına əsas vermir" barədə imtina qərarı verilmişdir. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müayinəsi əsasında Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur. Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərindədə öz əksini tapmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və lcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edillir, Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “Diaqnozun təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3929/2024 qərarı; - Gəncə şəhər Z.Məmmədov adına Xəstəxananın radiologiya şöbəsinin xx.xx.2024-cü il tarixli P.O.C.U.S venaların 2 seqmentli tripleks müayinəsinin nəticəsi; - X5 xx.xx.2021-ci il tarixli X4 Doppleroqrafiyasının nəticəsi; - X6 Mərkəzinin 07/xx.xx.2021-ci il tarixli Rentgen müayinəsinin nəticəsi; - Kəlbəcər rayon X2 bölməsinin Ambulator kitabçadan xx.xx.2024-cü il tarixli çıxarışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-26533/2024 nömrəli cavab məktubu; - İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 2001-ci ildən etibarən ümumi xəstəlik səbəbilə İl qrup əlil kimi pensiya təyin olunmuşdur. İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə təkrar qiymətləndirilərək Xəstəliklərin beynəlxalq təsnifatı: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 – Virus hepatiti => B17 – Digər kəskin virus hepatitləri => B17.8 – Digər dəqiqləşdirilməmiş kəskin virus hepatitləri. Diaqnozun mətni “Tez-tez kəskinləşən xr hepatit ağrı sindormu. Xr eroziv qastroduodenit. Həzm funksiyasının pozulması (DSMF məlumatların əsasən) diaqnozu üzrə “Ümumi xəstəlik” səbəbindən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

31. 2024-cü ildə cavabdeh orqan əlilliyi olan şəxslərin təhlilini aparan zaman müddətsiz əlilliyi olan şəxslərin, o cümlədən iddiaçının təkrar əyani müayinəyə cəlb olunaraq əlilliyini yenidən qiymətləndirmək qərarına gəlmiş və iddiaçının dəvət edilmiş əyani müayinəyə gəlməməsini əsas gətirməklə, İddiaçı barəsində diaqnozun təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar qəbul etmişdir.

32. Daha sonra İddiaçı narazılığı üzrə müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-3929/2024 qərar qəbul edilmişdir.

33. Məhkəmə cavabdeh orqanın həmin qərarlarını qanunsuz sayır və aşağıdakıları qeyd edir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

35. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

36. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2009-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

37. Cavabdeh orqanın qərarlarının məzmunundan müəyyən edilir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün İddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmasına baxmayaraq müayinədə iştirak etmədiyi əsas götürülməklə, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar (xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar) qəbul etmişdir.

38. Lakin sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı müəyyən edilmir.

39. Cavabdeh inzibati orqan isə iddiaya qarşı yazılı etirazında qəbul etdiyi qərarların əsaslılığına dair hər hansı əsaslandırma etməmiş, etirazda qeyd edilənlərin heç birinin isə iddiaçının əlillik vəziyyətinə aidiyyəti olmamışdır.

40. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-26533/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində giymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-S-8773/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixində 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən yaşadığı ünvanda Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin müayinə olunmuşdur. Nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

41. Əvvəla, iddiaçının əyani müayinəyə dəvət edilməsini təsdiq edən hər hansı sübutlar (məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq) cavabdeh tərəfindən təqdim edilməmişdir.

42. İkincisi isə, cavabdeh orqan ümumi əsaslara (cümlələrə) istinad edərək, əlilliyi müəyyən edilmiş şəxsləri əlillikləri qüvvədə olduğu müddətcə yenidən əyani müayinə dəvət edərək, onların əlilliklərinin yenidən qiymətləndirməsini həyata keçirmişdir.

43. Məhkəmə onu da qeyd edir ki, cavabehin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 26533/2024 nömrəli cavab məktubunda mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edildiyini göstərsə də, qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərarın məzmununda iddiaçının əlillik təyinatı barədə qərarı ləğvi barədə hər hansı qeyd aparılmamışdır ki, bu da əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmədən iddiaçının barəsində diaqnozun əlillik əlaməti tapmaması barədə ikinci bir qərarın qəbul edilməsini göstərir.

44. Bu hal, habelə yuxarıda sadalanan hallar cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmadığının göstəricisi olmaqla, qəbul etdiyi qərarların da bu səbəbdən qanunsuzluğuna dəlalət edir.

45. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

46. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

47. Qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

48. Göründüyü kimi, iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

49. Lakin qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi- Sosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

50. Daha sonra isə İddiaçı narazılığı üzrə müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3929/2024 qərar qəbul edilmişdir.

51. Halbuki, iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1796/2024 nömrəli qərar mövcud deyildir. İddiaçının barəsində qəbul edilmiş qərar xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli olmuş, o da yuxarıda sadalanan hallara və əsaslara görə qanunsuz inzibati akt olmuşdur.

52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

53. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarı İddiaçı Əlsəgər qızı barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024-cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarı onun barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi” hissəsində ləğv edilsin. İddiaçı Əlsəgər qızına xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar