Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-28/2024 28.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik dərəcəsi təyinatından imtina edilməsi barədə 15 yanvar 2022-ci il tarixli qərarın qəbul edildiyi gündən etibarsız hesab edilməklə ləğv edilməsi və cavabdehin üzərinə əyani müayinədən keçirilməklə sağlamlıq vəziyyətinin qiymətləndirilərək ona əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2002-ci ildə həqiqi xidmətə çağırılmış və xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Hərbi xidmət dövründə N nömrəli hərbi hissənin əsgəri kimi xx.xx.2003-cü il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində yerləşən hərbi postda xidmətini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə ilə boyun nahiyyəsindən ağır yaralanmışdır. Odur ki, ağır vəziyyətdə N nömrəli hərbi hissənin (səhra hospitalının) əməliyyat şöbəsinə çatdırılmış, orada ona “boyunun yumuşaq toxumalarının dəlib keçən güllə yaralanması” diaqnozu qoyularaq cərrahi əməliyyat olunmuş və xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək orada stasionar şəraitdə müalicə olunmuş, daha sonra isə 15 gün müddətinə xidməti vəzifələrin icrasından tam azad olunmaq şərti ilə öz hərbi hissəsinə yazılmışdır. xx.xx.2003-cü ildə hərbi xidmətdən təxris olunaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra da ambulator müalicələrini davam etdirmiş, lakin aldığı güllə yarasının fəsadları səbəbi ilə səhhətində ağırlaşma olduğu üçün 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının dekabr 2003-cü il tarixli qərarı ilə ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kobud kelloid çapığı. Asteno-nevrotik sindirom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi.” xx.xx.2016-cı il tarixdə keçirilmiş təkrar müayinəmin nəticəsi olaraq 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyası həmin diaqnozunu və 2-ci dərəcəli əlilliyini bir daha təsdiq etmiş, növbəti müayinəmin tarixini xx.xx.2020-ci il tarixə təyin etmişdir. Lakin, xx.xx.2020-ci il tarixə təyin edilmiş növbəti müayinəsi əsassız olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” tabeliyində Dövlət Tibbi Sosial Ekspertizası və X1 Sosial Ekspert Komissiyası tərəfindən 2021-ci il ərzində əvvəlcə əsassız səbəblərlə yubadılmış, daha sonra isə xx.xx.2022-ci il tarixli qərarla ona növbəti müddətdə və ya ömürlük əlillik təyinatından əsassız olaraq imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə iddia tələbinin təmin edilməməsinə dair etiraz ərizəsi göndərilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması. Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Deformasiyaedici spondilyoz. Boyunun sağ nahiyyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq « Diaqnoz əlillik əlaməti təyin etmir » qərarı verilmişdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 67/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş E.Ə.Mehdiyevin əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bərdə rayon mərkəzi xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0232003AAW8M nömrəli göndərişdə qeyd edilən “Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, boyun nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, deformasiyaedici spondilyoz, boyunun sağ nahiyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı. Ağırlaşma: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adı silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, boyun nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, deformasiyaedici, spondilyoz, boyunun sağ nahiyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı. G54.2-boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, boyun nahiyəsinin hərəkət məhdudluğu, hissiyyatın pozulması, Yanaşı xəstəliklər: Nevrasteniya” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş E.Ə.Mehdiyevdə aşkar edilən xəstəliklər və özünün əyanı müayinəsi zamanı müəyyən olunan patofunksional dəyişikliklər ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmadı. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bərdə rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0232003AAW8M nömrəli göndərişində qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Deformasiyaedici spondilyoz, Boyunun sağ nahiyyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etmir, Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2005-ci il tarixdə « Xroniki plelonefrit hipertonik, tez-tez kəskinləşmələrlə, XBÇ İİ dər. Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kibud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» ilə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kibud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə «Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kibud kelloid çapığı. Astenonefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə « Boyunun sağ yarısının yumşaq toxumasından keçən güllə yaralanmasından sonrakı kibud kelloid çapığı. Asteno-nefrotik sindrom. Boyunun hərəkətlərinin nisbi çətinləşməsi çapığı» diaqnozu ilə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Boyunun ön sağ-yan səthinin yumşaq toxumasının güllə yaralanmasından sonrakı dartılmaya meylli kobud kelloid çapıq toxuması. Boyun hərəkətinin nisbi çətinləşməsi” diaqnozu ilə və xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Boyun nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Deformasiyaedici spondilyoz, Boyunun sağ nahiyyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 67/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının xəstəliyi xx.xx.2003-cü ildən başlamış, xəstəliyin gedişi xronikidir. Son altı ay ərzində Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr xəstəliyinə görə ambulator müraciətləri olmuşdur. TSEK-ə göndərilən zaman diaqnoz: a)Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatla nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, boyun nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonra vəziyyət, deformasiyaedici spondilyoz, boyunun sağ nahiyəsinin geniş həcm dartılan bərkimiş ağrılı kelloid çapığı. b) Ağırlaşma: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, boyun nahiyəsinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, deformasiyaedici spondiloz, boyunun sağ nahiyəsinin geniş həcmli dartılan bərkimiş ağrılı kelloid çapığı. G54.2-boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, boyun nahiyəsinin hərəkət məhdudluğu, hissiyyatın pozulması. c)Yanaşı xəstəliklər: Nevrasteniya, nevrasteniya. TSEK-ə göndərilməsi üçün əsas-Əlillik müddətinin qurtarması - yenidən baxmaq. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bərdə rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0232003AAWS8M nömrəli göndərişində qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyi xx.xx.2023-cü il tarixli, T 67/2023 nömrəli ekspert rəyində qeyd edilənləri təsdiq etmir. Məhkəmə işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə ekspert rəyinin nəticə hissəsinin, yəni “iddiaçının xəstəliyin səmərəliliyi qənaətbəxşdir” anlayışının dəqiqləşdirilərək məhkəməyə şəxsin həmin xəstəlikdən əziyyət çəkibçəkmədiyi, sağalıb-sağalmadığının bildirilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4876 nömrəli məktubda T67/2023 saylı rəyin nəticəsinə istinad olunaraq, iddiaçının aparılmış nəticəsində vəziyyətinin stabilləşdiyi, xəstəliyin proqnozunun xoş olduğu və bu halın onun praktik sağlam olması qənaətinə gəlməyə əsas verdiyi qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli, T 67/2023 nömrəli rəydə iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi qeyd olunsa da, xx.xx.2023-cü il tarixli, T 400/2023 nömrəli ekspert rəyində əvvəlki rəy təkzib olunmuş və xx.xx.2022-ci il tarixli, 0232003AAWS8M nömrəli göndərişində qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyinin qənaətbəxş olması qeyd olunmuşdur. Belə ki, ekspert, ekspertiza rəyində iddiaçının onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən diaqnozların müəyyən edilməsini qeyd etsə də, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmə qeyd etmək istəyir ki, ekspert də öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda, məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut növü kimi qəbul etmir və ona tənqidi yanaşır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-28/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-28/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver