Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2802/2025 01.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X9, X5, X3, X6, X8, X7, X15 və X4 ona məxsus olan Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-735/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1972-ci il təvəllüdlü X9, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X8, xx.xx.1992-ci il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X15 və xx.xx.1964-cü il təvəllüdlü X2 şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı üçüncü şəxslər X9, X5, X3, X6, X8, X7, X15 və X4 ona məxsus olan Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-110/2- 24150/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, X9,xx.xx.2006-cı ildən, X5 xx.xx.2018-ci ildən, X3 xx.xx.2022-ci ildən, X6 xx.xx.2022-ci ildən, X8 xx.xx.2011-ci ildən, X7 xx.xx.2022-ci ildən, X15 xx.xx.2014-cü ildən və X10 xx.xx.2014-cü ildən hal-hazıradək Şəmkir şəhəri, Səttarxan küç., giriş 55 ünvanında qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün olmamışdır. X3 və X6 isə azyaşlı olduqları üçün həmin şəxslər ilkin şəxsiyyət vəsiqəsi aldıqları zaman qeydiyyat üçün hər hansı bir sənəd tələb olunmadan valideynlərinin qeydiyyatda olduğu ünvana qeydiyyata alınmışdır.
5. Məhkəmənin sorğusuna Şəmkir şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-76-1/2-01D-03/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında X11, X12, X13 və İddiaçı yaşadıqları müəyyən edilmişdir.
6. Məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, köhnə qaydalarla: Şəmkir şəhəri Səttarxan küçəsi, ev 55 Milli Qeydiyyat Sistemində qeydiyyatdan keçməmişdir.
7. Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1972-ci il təvəllüdlü X9, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X8, xx.xx.1992-ci il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X15 və xx.xx.1964-cü il təvəllüdlü X2 şəhəri, Səttarxan küç., ev 55 ünvanında qeydiyyatdadırlar. II. Məhkəmədə icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X9, X5, X3, X6, X8, X7, X15 və X4 ona məxsus olan Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda üçüncü şəxslər X9, X5, X3, X6, X8, X7, X15 və X10 onun mənafeyinə toxunurlar. Üçüncü şəxslərin ona məxsus olan evdə qeydiyyatda qalmaları mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. İş üzrə üçüncü şəxslərin onun evi ilə bağlılıqları yoxdur, həmçinin istifadə hüquqları da yoxdur. Bu səbəbdən o, cavabdeh təşkilata, yəni Şəmkir Rayon Polis X1, X5, X3, X6, X8, X7, X15 və X4 evdən pasport qeydiyyatından çıxarılmaları üçün müraciət etsə də ona tamamilə əsassız olaraq imtina cavabı verilmişdir. Səbəb kimi onların qeydiyyatdan çıxarılmasının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilməli olduğu göstərilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9, X5, X3, X6, X8, X7, X15 və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, X3 və X6 məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə və X7 ilə təmsil olunması qərara alınmışdır.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin mümkünsüzlüyü barəsində məlumat verməmişlər.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-735/2025 nömrəli cavab məktubu və ona əlavə olunmuş akt; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-110/2- 24150/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Şəmkir şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-76-1/2-01D-03/2025 nömrəli cavab məktubu; - Məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ev İddiaçı adına qeydə alınmışdır. Üçüncü şəxslər X9, X5, X3, X6, X8, X7, X15 və X10 həmin ünvanda pasport qeydiyyatındadırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
28. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
30. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.
31. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
32. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
33. Lakin məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, üçüncü şəxslər Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınmış Şəmkir şəhəri, Səttarxan küç., ev 48B (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda deyillər. Belə ki, həmin fərdi yaşayış evinin ünvanı ilkin qeydiyyatdan iddiaçının mülkiyyət hüququ qeydə alınanadək Şəmkir şəhəri, Səttarxan küç., ev 48B olmuş, yalnız sonuncu dəfə evə çıxarış verilən zaman ona Yeni qaydalarla: Şəmkir şəhəri, Səttarxan küç., giriş 55 ünvanı verilmişdir.
34. Halbuki, həmin küçədə ünvan 6 ünvanı verilməzdən əvvəl də 55 saylı ev mövcud olmuşdur (lakin həmin ev dövlət qeydiyyatına alınmamışdır). Üçüncü şəxslər X9,xx.xx.2006-cı ildən, X5 xx.xx.2018-ci ildən, X3 xx.xx.2022-ci ildən, X6 xx.xx.2022-ci ildən, X8 xx.xx.2011-ci ildən, X7 xx.xx.2022-ci ildən, X15 xx.xx.2014-cü ildən və X10 xx.xx.2014-cü ildən hal-hazıradək ünvan 4 ünvanına qeydiyyata alınmışlar və həmin evdə də qeydiyyatdadırlar.
35. Göründüyü kimi, üçüncü şəxslərin qeydiyyatda olduqları daşınmaz əmlak iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə eyni ünvan göstəricilərinə malik, lakin fərqli əmlaklar olmaqla bir-biri ilə əlaqəsi olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilə bilməz.
36. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər.
37. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva