Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2804/2025 09.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X8, X5,X6,X1 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2007-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına ********* nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, X5,X6,X1 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 2 ünvanda mülkiyyətində və istifadəsində olan 0,05057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,6 kv.m yaşayış,40 kv.m köməkçi sahədən ibarət 50 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüquqi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınıb, mülkiyyətə dair çıxarış almışdır. Hal-hazırda cavabdehlər onun mülkiyyətində olan evdə qeydiyyatdadılar, onların özlərinin başqa yerdə yaşayış evləri var, onların onun evdə qeydiyyatda olmaqları onun hüquqlarını pozur, başqa sənədləşmə işləri apara bilmir. Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 2839 nömrəli arayışına əsasən müəyyən edilir ki, X8, X5,X6 iddiaçının nəvələri, X4 isə gəlinidir. Üçüncü şəxs X4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı onun və oğlu X3 hazırda qeydiyyatda olduğu və daimi yaşadıqları ünvan 3 ünvanından pasport qeydiyyatından və evdən çıxarılmaqları ilə bağlı iddia qaldırmışdır. O, 2010-cu ildə mərhum X2 ilə rəsmi nikaha daxil olmaqla evlənib ailə qurmuş və hazırda yaşadığı ünvan 3 ünvanına gəlin köçmüşdür. xx.xx.2011 -ci ildə Tahirlə birgə nikahılarından X5 anadan olmuşdur. X2 xx.xx.2024-cü ildə vəfat etmişdir. O, 15 ildir ki, həmin evdə yaşayır. Onun başqa yerdə yaşamağa evi və maddi imkanı yoxdur. X15 ilə nikahları pozulmamışdır. Tahir özü həmin evdə mülkiyyətçidir. Mülkü Qanunvericiliyə əsasən o və oğlu mərhum əri Tahirin vərəsəsi sayılırıq. İddiaçı iddiası tamamilə əsassızdır. Ona görə də İddiaçı iddiasını əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2- 7737/2025 saylı cavab məktubu ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 04 dekabr 2003-cü il tarixli, 2-583-2003 nömrəli qətnamə əsasında İddiaçı adına xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh məktubu ilə nümayəndəsinin iştirakı olmadan baxlılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 3-37/2-7737/2025 saylı məktubu və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əsasən müəyyən edildiyi kimi üçüncü şəxslər X8, X5,X6 iddiaçının nəvələri, X4 isə gəlini olmaqla, ünvan 1 ünvanına qeydiyyata alınmışlar. Hazırda da qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materialları ilə müəyyən edilir ki, X8, X5,X6 iddiaçının nəvələri, X4 isə gəlini olmaqla ünvan 1 ünvanında qeydiyyata alınmışdır və iddiaçının yaxın ailə üzvləridir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının ailə üzvləri olduqlarına görə onların mənzildən istifadə hüquqlarının mövcud olub-olmaması mübahisəli hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, üçüncü şəxslərdən X8, X5,X6, X4 hazırkı mülkiyyətçi İddiaçı ailə üzvləri – olduğundan onların iddiaçı ilə birlikdə onunla birlikdə istifadə etmək hüququ vardır. İddiaçı tərəfin iddia etdiyi kimi, üçüncü şəxslər başqa yerdə yaşayış evləri olduğu halda iddiaçı həmin şəxslərin istifadə hüquqlarının itirilməsi (və ya xitamı) barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmalı, həmin icraat zamanı adıçəkilən şəxslərin mübahisəli evə istifadə hüquqlarının olmadığı müəyyən ediləcəyi və iddia təmin ediləcəyi halda, həmin qətnamə onların qeydiyyatdan çıxarılması üçün əsas ola bilər. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.Məhkəmə onu da qeyd edir ki, hal hazırda inzibati məhkəmə icraatı çərçivəsində üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququ məsələsini müəyyən etmək mümkün deyildir, üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququnun mövcud olub-olmadığının müəyyən olunması məsələsi yalnız mülki məhkəmə icraatı qaydasında həll olunur. Belə ki, yuxarıda qeyd edilmiş hallar ilə də müəyyən edilir ki, iddiaçının tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2804/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2804/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver