Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2808/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Dövlət aktlarının çıxarışla əvəz edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Ceyrançöl” KFT-na verilmiş 110 ha torpaq sahəsinə və “Ağamalı” KFTna verilmiş 57.0 ha torpaq sahəsinə dair Dövlət aktlarının çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, təqdim edilmiş:- -“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 004092 nömrəli Dövlət aktının surətindən görünür ki, xx.xx.1994-cü il tarixli, 55 nömrəli qərarla Gədəbəy rayon X1 tərəfindən Ceyrançöl təsərrüfatlararası yemçilik birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 110.0 ha torpaq sahəsi “Ceyrançöl” kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. -“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 000659 nömrəli Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon X2 tərəfindən xx.xx.1995-ci il tarixli 17 saylı qərarı ilə təsərrüfatlararası heyvandarlıq Sənaye birliyinin Ceyrançöldə olan ərazisindən cizgidə göstərilən sərhəd daxilində 57.0 ha torpaq sahəsi “Ağamalı” kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. Göründüyü kimi torpaq sahələri ayrı-ayrılıqda “Ceyrançöl” KFT-na və “Ağamalı” KFT-na verilmişdir və hazırda həmin sahələrlə bağlı iddia qaldırmaq hüququ da həmin subyektlərə məxsusdur. Başqa sözlə iddiaçının fiziki şəxs olaraq hazırki iddianı qaldırmalqa bağlı subyektiv hüququ yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi mövcud qanunvericilikdə bir neçə iddiaçının vahid iddia ilə məhkəməyə müraciət etmək imkanını nəzərdə tutan şərtlərdən biri onların müştərək hüquqi maraqlara malik olmasıdır. Hazırki iddiadan görünür ki, hər bir KFT-nın hüquqi marağı fərqli torpaq sahələri ilə bağlıdır. Odur ki, hər biri müstəqil iddia ilə məhkəməyə müraciət etməlidirlər. Bundan başqa iddiaçıya izah olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda hər-hansı hüquqverici sənədin çıxarışla əvəz edilməsi ilə bağlı hərəkətlərin aparılması nəzərdə tutulmamışdır. Qeyd olunan Qanunda müvafiq qurumun hüquq və vəzifələri, aparmalı olduğu qeydiyyat hərəkətlərinin əsaslrı və dairəsi konkret göstərilmişdir. Odur ki, yenidən iddia qaldırılarkən qeydiyyata alınmalı olan hüququn növü dəqiq göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Dövlət aktlarının çıxarışla əvəz edilməsi barədə iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2808/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2808/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver