Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-281/2024 06.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Caspian Service MMC) qeyri yaşayış sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müqavilə əsasında əldə etdiyi, ünvan binada yerləşən 2 ədəd, hər biri 30 kv.m olan qeyri yaşayış sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3153/2023 nömrəli qərardadı ilə iş üzrə "xxxx" MMC adi qaydada üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC ilə müqavilə əsasında ünvan ünvanda yerləşən binada 08 fevral 2019-cu il tarixli, iki ayrı müqavilə əsasında hər biri 30 kv.m sahədən ibarət 2 qeyri-yaşayış sahəsini pulunu ödəməklə əldə etmişdir. Belə ki, "xxxx" MMC ilə X7 arasında xx.xx.2010-cu il tarixli müqavilə əsasında "xxxx" MMC ilə ayrıayrılıqda 2 ədəd, hər biri 30 kv.m olan qeyri yaşayış sahələrinin tikintisinə razılaşmışlar. X2 həmin tikintilərin dəyərini tam ödəyə bilmədiyi üçün sonuncunn razılığı ilə həmin qeyriyaşayış sahələrinə aid müqavilə sifarişçi olaraq onun adına dəyişdirilmişdir. Bundan sonra cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək əldə edilmiş qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabla onun müraciətinin müsbət həllindən imtina edilmişdir. Belə ki, imtinada bildirilmişdir ki, onun üzərində mülkiyyət hüququnun qeydə alınması üçün xahiş etdiyi qeyri-yaşayış sahəsi əvvəlcə "xxxx" MMC tərəfindən mülkiyyətə alınmalı, bundan sonra alqı-satqı yolu ilə ona salmaqla qeydə alınmalıdır. Cavabdeh tam əsassız olaraq onun müraciətinin həllindən imtina etmişdir. Tikinti təşkilatı olan "xxxx" MMC ilə onun arasında 08 fevral 2019-cü il tarixli 2 maqavilə imzalanmışdır. Hər bir müqavilə ayrı-ayrılıqda hər bii 30 kv.m olmaqla 2 qeyri-yaşayış sahəsi tikilməklə ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Caspian Service” MMC tərəfindən bina təhlükəsizlik ekspertizasından keçirilmiş və Fövqəladə Hallar Nazirliyinin rəyi ilə istismara yararlı olması qeyd edilmişdir. Onun tərəfindən isə 2 qeyri-yaşayış sahəsinə dair ödənilməli olan pullar tam olaraq "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh tərəfindən qeyriyaşayış sahələrinə dair onun mülkiyyət hüququnun qeydə alınmasından imtina edilsə də, həmin binada olan qeyri-yaşayış və yaşayış sahələrinə dair başqa vətəndaşlara 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair müvafiq çıxarışlar verilmişdir. Ancaq nədənsə ona münasibətdə avrıseçkiliyə yol verilmiş, mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 06 iyun 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6747/2023 nömrəli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı qeyri-yaşayış sahəsinin əldə edilməsinə dair təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Belə ki, qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə məxsus olmaqla həmin qeyri-yaşayış sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı satılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ögər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd olunan normalara əsasən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********72 nömrəli cavab məktubu ünvanlanmışdır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka huquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə ədilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq ədən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqı şəxsının 3 saylı Gəncə Ərazı İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-A-0077-8/2023 nömrəli məktubdan görünür ki, aparılan araşdırma zamanı qeyri-yaşayış sahəsinin əldə edilməsinə dair təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Belə ki, qeyriyaşayış sahəsi "xxxx" MMC-yə məxsus olmaqla həmin qeyri-yaşayış sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı satılmışdır. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş 08 fevral 2019-cu il tarixli müqavilələrdən görünür ki, ünvan ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra həmin binanın 1-ci giriş 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m təşkil edən 2 qeyri yaşayış sahəsinin "Şirkət" ("Caspian Service MMC") "Müştəriyə" (İddiaçı) (qeyr-yaşayış sahəsinin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Müştəri" isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. -iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında tikilən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş, 1-ci mərtəbəsində, ümumi sahəsi 30 kv.m olan qeyriyaşayış sahəsindən İddiaçı "xxxx" MMC-yə borcu olmamışdır. -iş materiallarına əlavə edilmiş X7 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, "xxxx" MMC ilə onun onun arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi ona ayrılmışdır və həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi Təhlil qrupunun xx.xx.2017-ci il tarixli, 819 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş 2 girişli 9 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlilik və dayanıqlılıq tələblərini ödəyir. -iş materiallarına əlavə edilmiş Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında yerləşən binada olan 32 ədəd mənzillər üzərində müxtəlif şəxslərin hüquqlarının Dövlət qeydiyyatına alınmalarına dair çıxarışlar. -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********52-05301-093018 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, **********36-05301-093005 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin (maliyyə arayışı və müqavilə) təsdiq edilmiş surətlərindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbəsində, ümumi sahəsi 93.0 kv.m olan, 2 otaqlı, 32 saylı mənzildən X1 "xxxx" MMC-yə borcu olmamış və 20 aprel 2021-ci il tarixli müqavilə ilə ünvan ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra həmin binanın 2-ci giriş 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 93 kv.m təşkil edən 2 otaqlı 32 saylı mənzili "Şirkət" ("Caspian Service MMC") "Müştəriyə" (X3) (qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Müştəri" isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür, Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında yerləşən binanın 1-ci giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 153.0 kv.m olan, 3 otaqlı, 9 saylı mənzildən X4 "xxxx" MMC-yə borcu olmamış və 14 dekabr 2016-cı il tarixli müqavilə ilə ünvan ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra həmin binanın 1-ci giriş 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 153 kv.m təşkil edən 3 otaqlı 9 saylı mənzili "Şirkət" ("Caspian Service MMC") "Müştəriyə" (X6) (qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Müştəri" isə həmin qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı və "xxxx" arasında bağlanmış 08 fevral 2019-cu il tarixli müqavilə ilə ünvan ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra həmin binanın 1-ci giriş 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 30 kv.m təşkil edən 2 ədəd qeyri yaşayış sahəsinin İddiaçı verilməsi nəzərdə tutulmuş və həmin binanın tikintisi başa çatdıqdan sonra sözügedən 2 ədəd qeyriyaşayış sahəsi müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya verilmişdir. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək, həmin qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışların əldə edilməsini istəsə də, cavabdeh orqan tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığı müəyyən edildiyindən, belə ki, qeyri-yaşayış sahələri "xxxx" MMC-yə məxsus olmaqla həmin qeyri-yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı satılması əsas gətirilərək iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan 2 ədəd qeyri-yaşayış sahələri "xxxx" MMC tərəfindən iddiaçıya satılmış və sözügedən qeyri-yaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-yə tam ödənilmişdir. Yəni sözügedən qeyri-yaşayış sahələri alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Cavabdehin imtinasının əsası isə qeyri-yaşayış sahələri "xxxx" MMCyə məxsus olmaqla həmin qeyri-yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı satılması olmuşdur. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka huquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə ədilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq ədən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, mübahisələndirilən qeyri-yaşayış sahələrinin yerləşdiyi Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında inşa edilmiş binanın digər mənzillərinin sahibləri də İddiaçı ilə eyni qaydada "xxxx" MMC ilə əvvəlcədən müqavilə bağlayaraq, alqı-satqı yolu ilə mənzilə mülkiyyət hüquqları əldə etmiş, mənzillər üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bu barədə müvafiq çıxarışlar əldə etmişlər. Lakin, cavabdeh orqan İddiaçı məxsus qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışların verilməsindən imtina etmişdir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 fevral 2019-cu il tarixli müqavilələr Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında inşa edilmiş binanın 1-ci giriş 1-ci mərtəbəsində yerləşən və hər birinin ümumi sahəsi 30 kv.m təşkil edən 2 qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışların verilməsi üçün əsas hesab edilməlidir. Belə ki, məhkəmənin belə qənaətə gəlməsinin əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunununa əsasən: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını hazırki işin hallarına uyğunlaşdıraraq belə hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC tərəfindən 08 fevral 2019-cu il tarixli müqavilələr əsasında İddiaçı satılmış Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında inşa edilmiş binanın 1-ci giriş 1-ci mərtəbəsində yerləşən və hər birinin ümumi sahəsi 30 kv.m təşkil edən 2 ədəd qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir.
N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı:
İddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçıya satılmış Gəncə şəhəri, Atatürk prospekti, 269 ünvanında inşa edilmiş binanın 1-ci giriş 1-ci mərtəbəsində yerləşən və hər birinin ümumi sahəsi 30 kv.m təşkil edən 2 qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Emin Axundov