Məhkəmə qərarları › İş №2-1(114)-2816/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2816/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2816/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmağı nəzərə alınmaqla ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Qərarın təsviri hissəsi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmağı nəzərə alınmaqla ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1976-ci il tarixdən X2-Qərb mədəninə köməkçi fəhlə kimi işə qəbul olunmuşdur.1979-cu il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra həmin mədəndə köməkçi fəhlə kimi işə qəbul olunmuşdur. Daha sonra 4-cü dərəcəli ekskvator maşınisti köməkçisi,1980-ci il tarixdə maşinist təyin olunmuşdur. 1981-ci il tarixdə Məşədi Əzizbəyov adına Neft-Kimya instituna qəbul olduğu üçün işdən azad olunmuşdur.1987-ci il tarixdə institutu bitirdikdən sonra Filizsaflaşdırma fabrikasında növbə ustası kimi işə qəbul olunmuşdur. 1988-ci il tarixdə 3-cü qrup istehsalat ustası təyin olunmuşdur. 1989-cu il tarixdə növbə rəisi, 1993-cü il tarixdə Baş mühəndis təyin olunmuşdur. xx.xx.1996-ci il tarixdə ağır xəsarət almış, bununla bağlı müxtəlif xəstəxanalarda müalicə almışdır. 2003-cü ilin sentyabr ayından 2004-cü ilin noyabr ayınadək 5 dəfə ağır əməliyyat olunmuşdur. xx.xx.2006-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində TSEK-in qərarına əsasən 1-ci qrup əlillik dərəcəsi verilmişdir. 2020-ci il ilin sonunadək cavabdeh qurum tərəfindən zərər ödənişi alınmış, lakin 2021-ci ilin əvvəllərindən həmin zərər ödənşləri naməlum səbəblərdən dayandırılmışdır. Bununla bağlı dəfələrlə şifahi və yazılı müraciətlərinə baxmayaraq cavabdeh orqan buna məhəl qoymur. X1 ASC özələşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında yoxdur. Bu səbəbdən də ona aylıq ödəniş əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasi Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmani ilə təsdiq edilmiş "Özəlləşdirilən və idaraetmayə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydalari"nın 5.1-ci, 5.2-ci va 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası ve yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirliməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün təyin edilir və ödənilir. Müraciətə cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmadığı üçün sizə aylıq ödənc əvəzinə aylıq müavinətın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz verilmiş və etiraz ərizəsində göstərilmişdir ki, iddiaçı ona istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-R- 263813/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. Sözügedən imtina məktubunda "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmadığı üçün aylıq ödənc əvəzinə müvafiq aylıq müavinətin təyin edilərək ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı qeyd olunmuşdur. Bundan narazı qalan iddiaçı istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları"nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, xx.xx.2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Qeyd olunan normalardan aydın olduğu kimi, Qaydaların 1.2-ci bəndi yalnız özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrin özəlləşdirilməsi başa çatanadək və ya idarəetməyə verilmə müqaviləsi qüvvəyə minənədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin ödənilməsini nəzərə tutur. Özəlləşdirilməyən və idarəetməyə verilməyən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. "xxxx" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələri sırasında olmadığından iddiaçıya istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə sorğusuna Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 214 nömrəli sərəncamına əsasən ləğv edilmiş "Metallurgiya” Dövlət Şirkətinin tabeliyində olmuş ünvan 2 ünvanında yerləşən Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatının bazasında yaradılmışdır və hüquqi şəxs kimi xx.xx.2001-ci il tarixdə D-3236 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbayacan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2245 nömrəli sərəncamına əsasən Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti hüquqi varislik digər şəxsə keçmədən ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınmışdır. Lakin sonradan, cəmiyyətin dövlətə məxsus səhmləri özəlləşdirilmədən, Azərbaycan Respublikası Prezidentinin "Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə "xxxx" ASC ləğv edilərək, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması sahəsində fəaliyyət "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Sözügedən Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 522s nömrəli Sərəncamının 2-ci hissəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi başa çatdırılaraq, müvafiq sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Daşkəsən rayon filialına təhvil verilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********52 nömrəli bildirişinə əsasən Cəmiyyət kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Qərarın əsaslandırıcı hissəsi: Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı iddiasında, "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmağının nəzərə alınması və ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmağını göstərsə də, "xxxx" ASC-nin özəlləşdirilmədə olan müəssələr siyahısında olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə vəzifə borcuna görə "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olub-olmamasını müəyyən edilməsi barədə müvafiq dövlət orqanlarına sorğu vermiş və sorğuların cavabında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin özəlləşdirilmədə olan müəssələr siyahısında deyildir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları"nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, xx.xx.2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Qeyd olunan normalardan aydın olduğu kimi, Qaydaların 1.2-ci bəndi yalnız özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrin özəlləşdirilməsi başa çatanadək və ya idarəetməyə verilmə müqaviləsi qüvvəyə minənədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin ödənilməsini nəzərə tutur. Özəlləşdirilməyən və idarəetməyə verilməyən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. "xxxx" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələri sırasında olmadığından iddiaçıya istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Qərarın nəticə hissəsi: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qəraraaldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmağı nəzərə alınmaqla ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar