Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2818/2022 22.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) avtomobillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sağlamlığının itirlmə dərəcəsinin faizlə müəyyənləşdirilməklə 2-ci dərəcəli müharibə əlili kimi reabilitasiya vasitəsi olan minik avtomobilinə tibbi göstərişinin olmasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsinin iştirakçısı və 2-ci dərəcəli əlili olmaqla müharibə veteranıdır. Döyüş xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 44 günlük Vətən Müharibəsində N nömrəli hərbi hissənin MAHHXHQ olan əsgəri kimi iştirak edərkən Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlər zamanı içərisində olduğu tankın vurulması nəticəsində sol çiyin nahiyəsindən və qolundan ağır qəlpə yaraları almışdır. Həmin travmadan və onunla əlaqəli olan bir sıra digər xəstəliklərdən uzun müddət müxtəlif mülki və hərbi tibbi müəssisələrində statsionar şəraitdə müalicələr almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı həmin hərbi travma səbəbilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş və bu barədə komissiya tərəfindən xx.xx.2021-ci il tarixli 23 №-li “Xəstəlik haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2022-ci il tarixdə ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı əlilliyi olan şəxslərə verilən reabiliyasiya vasitəsi olan avtomobillə təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddianı müdafiə etmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazunun yuxarı 1/3nin kor qəlpə yaralanması, bazu sümüyünün proksimal metafizinin deşilmiş sınığına görə aparılmış yaraların birincili işlənməsi. Və immobilizasiyadan sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların və intraosseoz yad cismi funksiyanın pozulması ilə. Sol körpücükaltı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol körpücükaltı venanın birinvili təmiri əməliyyatından sonrakı bərkimiş çapıqları. Qan dövranı və funksiyanın cüzi dərəcədə pozulması.Sol yuxarı ətrafın mülayim funksiya pozğunluğu. Partlayış travması. (xx.xx.2020). Sol tərəfli koxlear nevrit. Sol tərəfli davamlı neyrosensor ağır eşitmə. Pıçıltı nitqini sağ qulaqda 5 (beş) sol qulaqda 4 (dörd) metrə qədər məsafədən eşitməsi ilə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması. Sağ bud sümüyünün avaskulyar nekroz ocağı. (6mm). Funksiyanın pozulması ilə.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9):” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və "Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bazunun yuxarı 1/3-nin kor qəlpə yaralanması, bazu Sümüyünün proksimal metafizinin deşilmiş sınığına görə aparılmış yaraların birincili işlənməsi. Və immobilizasiyadan sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların və intraosseoz, yad cismi funksiyanın pozulması ilə. Sol körpücükaltı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol körpücükaltı venanın birinvili təmiri əməliyyatından sonrakı bərkimiş çapıqları., Tsekin əlavə diaqnozu: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,Sol bazunun yuxarı 1/3-nin kor qəlpə yaralanması, bazu sümüyünün proksimal metafizinin deşilmiş sınığına göra aparılmış yaraların birincili işlənməsi. Və immobilizasiyadan sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların və intraosseoz yad cismi funksiyanın pozulması ilə. Sol körpücükaltı nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sol körpücükaltı venanın birinvili təmiri əməliyyatından sonrakı bərkimiş çapıqları.(**********7)”, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olar xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 23 №-li “Xəstəlik haqqında şəhadətnamə”-dən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -surətləri işə əlavə edilmiş Azərbaycan Respublikasının medalının vəsiqələrindən görünür ki, iddiaçı “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsini xahiş etsə də, diqanozunun “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən siyahıda olmadığı üçün müraciətinin təmin edilməsindən imtina verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanunun tənzimləmə predmetinə adi olan münasibətlərdən biri də əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində yaranan münasibətlər təşkil edir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. -30.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -30.3-cü maddəsinə əsasən bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 231 nömrəli fərmanının 2.2-ci bəndində qeyd olunmuşdur ki, sözügedən qanunun 30.1-ci, 30.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 30.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»nın 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbisosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, əlilliyi olan şəxslərə reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsi üçün qanunla iki şərt tələb olunur. Birinci şərt əlilliyin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda qeyd olunmuş xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müəyyən olunması səbəbilə təyin edilməsi, ikinci şərt isə şəxsdə «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 57-ci bəndində minik avtomobilinin verilməsi üçün nəzərdə tutulmuş tibbi göstərişlərdən birinin olmasıdır. Məhkəmə işin faktiki halı ilə bağlı qeyd edir ki, iddiaçı barəsində ilkin şərt ödənilsə də, ikinci şərt ödənilməmişdir, yəni iddiaçının qeyd edilən diaqnozu «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavədə göstərilmiş siyahıda yoxdur. Beləliklə qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı avtomobillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2818/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2818/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver