Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2820/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi ona birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13 və cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaq kimi birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş Məmmədov X2 Sara Şəmistan qızı və X14 tərəfindən övladlığa götürülmüş hesab edilmiş, övladlığa götürülən İddiaçı Yamin oğlunun doğum haqqına akt qeydində atasının X14, anasının X1 qeyd edilməsi qət olunmuşdur.
2. Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 698514 nömrəli şəhadətnaməyə əsasən X14 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
3. Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İ 386555 nömrəli şəhadətnaməyə əsasən X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
4. İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli 3-17-1/2-M-317555/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların soslal müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edan, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ii 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 10 iyun tarixli 227 nömrəli Qərarına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Sosial müdafiə və sosial təminat" bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Müraciətin araşdırılması zamanı müəyyən olmuşdur ki, o, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X5 və X11 övladlığa verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ələmdar Məmmədov xx.xx.2015-ci il tarixində, Sara Məmmədova isə xx.xx.2024-cü il tarixində vəfat etməsinə baxmayaraq bioloji anasının (X6) və atasının (X13) sağ olduğu müəyyən edilmişdir. Məlum olduğu kimi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində olan məlumatlara əsasən onun ilk əmək müqaviləsi xx.xx.2024-cü il tarixində (17 yaşında) bağlanmışdır. Qeyd olunanlara əsasən onun sözügedən birdəfəlik müavinət və kompensasiyanı almaq hüququnun olubolmamasına münasibət bildirilməsi üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2011ci il 5 avqust tarixli 2(015)-451/2011 nömrəli qətnaməsində onun valideyn himayəsindən məhrum olmuş uşaq kimi qiymətləndirilməsinə dair hallar əsaslandırılmamış, qətnamədə onun valideynlərinin sağ olduğu göstərilməmişdir. Məhkəmə qətnaməsində həmçinin, övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyi əsaslandırılmamışdır. Halbuki, "Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2009-cu il 29 oktyabr tarixli 01/2009 nömrəli qərarına əsasən təqaüd yaşına çatmış və ya sağlamlıq vəzivyəti azyaşlı uşağın qayğısına qalmağı qeyrimümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsini qanunvericiliklə mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 xx.xx.2025-ci il tarixli 3-17-1/2-M- 5025/2025 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialından ailə başçısının itirilməsinə görə əmək pensiyası xx.xx.2025-ci il tarixədək təyin edilmişdir, hazırda məbləği 384,50 manatdır.
6. Məhkəmənin sorğusuna Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-416/2011 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsindən apellyasiya şikayəti məhkəməyə daxil olmamış və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə birdəfəlik müavinət və kompensasiyanın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum valideynlərini itirdikdən sonra birdəfəlik müavinət və konpensasiyanın verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət edilmiş və ona cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 25 dekabr 2024-cü il tarixli 3-17-1/2-M-317555/2024 tarixli məktubu ilə müavinət və konpensasiyanın verilməsindən imtina olunmuş və müvafik məhkəməyə müraciət etməyi bildirilmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən gülünc şəkildə həmin imtina məktubunda bildirilir ki, o, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X5 və X7 övladlığa verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ələmdar Məmmədov xx.xx.2015-ci il tarixində, Sara Məmmədova isə xx.xx.2024-cü il tarixdə vəfat etməsinə baxmayaraq bialoji anasının (X8) və atasının (X13) sağ olduğu müəyyən edilməsi kimi geyd edilmişdir. Çox maraqlısı isə odur ki, o, mərhum babası və nənəsinin övladlığına rəsmi qaydada verilmişdir və həmin qətnamə Azərbaycan Respublikası adından çıxarılmış və preyudisiyal əhəmiyyətə malik olduğu halda cavabdeh təşkilat tətəfindən belə bir absurd cavabın verilməsi və hətta məhkəmənin qətnaməsinin əsaslandırılmaması kimi halların sadalnaması onun öz bioloji valideynlərinin sağ olması kimi halların araşdırması qeyri-qanuni və düzgün olmadığından o, məcbur qalıb hazırda məhkəməyə müraciət edir. Hansısa məhkəmə qətnaməsindən iş üzrə tərəflər üçüncü şəxslər hüquqlarına və maraqlarına toxunan şəxslər apellyasiya şikayəti verə bilər. Belə olan halda isə onun Ağstafa Rayon Məhkəməsinin qətnaməsi əsasında övladlığa götürüləndən sonra onun doğum haqqında şəhadətnaməsində ata qrafasında və ana qrafasındakı valideynləri hazırda olan mərhum valideynləri X12 və X14 valideynləri göründükləri halda cavabdeh təşkilatın belə bir məsuliyyətsiz və absurd çıxışı onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə qərarını çıxaran məhkəmənin və onun əsasında doğum şəhadətnaməsi verən qeydiyyat şöbəsinin hər ikisinin Azərbaycan Respublikasının dövlət qrumları olduqları halda cavabdeh təşkilatın belə bir yanlış yanaşması və araşdırma aparması həm qanunlara həm də ki, dəyərlərə ziddir. Umumilikdə isə ona hər iki valideynini itirdiyinə görə müavinət və konpensasiyanın verilməsi mütləq olduğu halda cavabdehin bu kimi yanaşması özü özlüyündə düzgün deyildir və qanunlarla birbaşa ziddiyət yaradır. Ona görə də hesab edir ki, valideynlərinin hər iksini itirdiyi üçün sözü gedən müavinət və konpensasiyanın verilməsi zərurəti yaranmışdır. Ona görədə hazırda o, məcbur qalıb məhkəməyə müraciət edir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtina məktubunun dəlilləri ilə əsaslandırılmışdır.
19. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X15 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, yazılı etirazda göstərilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsi; - Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 698514 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İ 386555 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-ci il tarixli 3-17-1/2-M-317555/2024 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 xx.xx.2025-ci il tarixli 3-17-1/2-M- 5025/2025 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-416/2011 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixdə anadan olmuş Məmmədov X2 Sara Şəmistan qızı və X14 tərəfindən övladlığa götürülmüş hesab edilmiş, övladlığa götürülən İddiaçı Yamin oğlunun doğum haqqına akt qeydində atasının X14, anasının X1 qeyd edilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qüvvəsini almışdır. X14 xx.xx.2015-ci il tarixdə, X12 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
24. İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli 3-17-1/2-M-317555/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların soslal müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edan, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ii 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 10 iyun tarixli 227 nömrəli Qərarına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Sosial müdafiə və sosial təminat" bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Müraciətin araşdırılması zamanı müəyyən olmuşdur ki, o, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X5 və X11 övladlığa verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ələmdar Məmmədov xx.xx.2015-ci il tarixində, Sara Məmmədova isə xx.xx.2024-cü il tarixində vəfat etməsinə baxmayaraq bioloji anasının (X6) və atasının (X13) sağ olduğu müəyyən edilmişdir. Məlum olduğu kimi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində olan məlumatlara əsasən onun ilk əmək müqaviləsi xx.xx.2024-cü il tarixində (17 yaşında) bağlanmışdır. Qeyd olunanlara əsasən onun sözügedən birdəfəlik müavinət və kompensasiyanı almaq hüququnun olubolmamasına münasibət bildirilməsi üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2011ci il 5 avqust tarixli 2(015)-451/2011 nömrəli qətnaməsində onun valideyn himayəsindən məhrum olmuş uşaq kimi qiymətləndirilməsinə dair hallar əsaslandırılmamış, qətnamədə onun valideynlərinin sağ olduğu göstərilməmişdir. Məhkəmə qətnaməsində həmçinin, övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyi əsaslandırılmamışdır. Halbuki, "Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2009-cu il 29 oktyabr tarixli 01/2009 nömrəli qərarına əsasən təqaüd yaşına çatmış və ya sağlamlıq vəzivyəti azyaşlı uşağın qayğısına qalmağı qeyrimümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürəniə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsini qanunvericiliklə mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
25. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın hazırkı iddia tələbi ilə bağlı imtinasını əsassız sayır.
26. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 693-İQ nömrəli Qanunu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
27. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən: valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. 3-cü maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. 9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
28. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 188 nömrəli Fərmanının 2.3cü bəndinə əsasən həmin qanunun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.
29. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarili 179 nömrəli Qərarının: 2-ci hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə aşağıdakılar qərara alınmışdır: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
30. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ilə 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında "Təhsil xərcləri” sözləri "Sosial müdafiə və sosial təminat” sözləri ilə və "Təhsil Nazirliyinə” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.
31. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən bidəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq, 1 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir.
32. Cavabdeh iddiaçının bioloji anasının (X6) və atasının (X13) sağ olduğuna istinad edərək iddiaçıya həmin müavinətin ödənilməli olmadığını bildirir.
33. Lakin məhkəmə cavabdeh orqanın mövqeyini ona görə əsaslı saymır ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş İddiaçı Yamin oğlunun X12 və X14 tərəfindən övladlığa götürülmüş hesab edilməsi və doğum haqqına akt qeydində atasının X14, anasının X1 qeyd edilməsi barədə qanuni qüvvədə olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsin mövcuddur, hansı ki, həmin qətnamənin icrası nəticəsində iddiaçının valideynləri X14 və X12 hesab olunmuşdur. Həmin şəxslər isə iddiaçı 18 yaşına olan dövrdə - X14 xx.xx.2015-ci il tarixdə, X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər.
34. Cavabdeh orqanın Ağstafa Rayon Məhkəməsinin 2011-ci il 5 avqust tarixli 2(015)-451/2011 nömrəli qətnaməsində iddiaçının valideyn himayəsindən məhrum olmuş uşaq kimi qiymətləndirilməsinə dair halların əsaslandırılmaması, həmçinin, övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyinin əsaslandırılmaması və bu kimi dəlillərinə münasibətdə isə, məhkəmə qeyd edir ki, hər hansı məsələ üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişsə (mindikdə), onun məcburilik, preyudisiayallıq və təkzibedilməzlik xüsusiyyətləri əmələ gəlir.
35. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs hesab olunur.
36. Məhkəmə onu da nəzərə alır ki, cavabdeh orqan X4 ölümü ilə onun 18 yaşına çatmamış övladı olan iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilərək, ödənilmişdir. Yəni, həmin pensiya təyinatı zamanı cavabdeh orqan hazırkı imtina dəlillərini, iddiaçının bioloji valideynlərinin sağ olma halını irəli sürmədən, X9 iddiaçının valideyni olaraq qəbul etmişdir.
37. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyi qoyulmalıdır.
38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaq kimi birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva