Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-283/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Daşkəsən rayon Zəylik bələdiyyəsinin Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X18, X19, X5, X15, X16, X10, X20 və X21) qərarın qismən etibarsız hesab edilməsi tələbinə dairi inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Daşkəsən rayon Zəylik bələdiyyəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 14.06.2005-ci il tarixli qərarının iş üzrə üçüncü şəxslərə Daşkəsən rayonu Zəylik kəndində pay torpağı ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iş üzrə üçüncü şəxslər Daşkəsən rayonu Zəylik kəndində qeydiyyatda olmadıqları halda Daşkəsən rayonunda torpaq islahatı aparılan zaman onlara Daşkəsən rayonu Zəylik kəndi ərazisindən JN-0095, kod 50607018 nömrəli dövlət aktına əsasən 19.48 ha torpaq sahəsi verilmişdir. Ona görə də torpaq almaq hüququ olmayan şəxslərə torpaq ayrılması ilə bağlı Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 14.06.2005-ci il tarixli qərarının üçüncü şəxslərlə bağlı hissəsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmənin 12.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı iddia tələbi “Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 29.11.2004-cü il tarixli 04 nömrəli qərarının iş üzrə üçüncü şəxslərə Daşkəsən rayonu Zəylik kəndində pay torpağı ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X26 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Üçüncü şəxs X7 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 29.11.2004-cü il tarixli 04 nömrəli qərarı ilə 19.46 ha torpaq sahəsi X4, X1, X8, X11, X12, X2, X9, X6, X13 və X14 verilmiş və həmin qərar əsasında qeyd olunan şəxslərin adına 14.06.2005-ci il tarixdə JN-0095, kod 50607018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 29.11.2004-cü il tarixli 04 nömrəli qərarının qismən etibarsız hesab edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxdığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Daşkəsən rayon Zəylik bələdiyyəsinin Cavabdehnə qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-283/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-283/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver