Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2833/2025 15.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X4, üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 66 nömrəli sərəncamına əsasən Bərdə şəhəri, Natəvan küç., 20 saylı evdə yaşayan İddiaçı S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etirmək məqsədi ilə icarəyə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilərəkə, ona icarəyə verilmişdir.
2. İddiaçı Cavabdehnə ünvanlandığı xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, səhhəti ilə əlaqədar olaraq icarəsində olan torpaq sahəsindən istifadə edə bilmədiyinə torpaq sahəsinin oğlu X2 istifadə etdiyi "xxxx" kəndli-fermer təsərrüfatının icarəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
3. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamına əsasən İddiaçı Cavabdehnə ünvanlandığı ərizəsi nəzərə alınaraq, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan İddiaçı icarəsinə verilmiş 15 ha torpaq sahəsi, həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X7 olan “S.A.N.İ X14” MMC-nin icarəsinə 15 il müddətinə verilməsi qərara alınmış, Cavabdeh ilə X7 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilə təsdiq edilmiş, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 66 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.
4. Cavabdeh ilə X7 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 423 nömrəli müqaviləyə əsasən Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamı əsasında 15 ha torpaq sahəsi heyvandarlığı inkişaf etdirmək məqsədilə X2 icarəsinə verilmişdir.
5. X2 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, ərizədə X15 ilə birlikdə "xxxx" MMC yaratdığını, bütün iş fəaliyyəti dövrü ərzində onun maddi imkanı olmadığına görə həmin işin qurulması üçün lazım olan bütün vəsaitləri X8 verdiyini, onun da həmin vəsaitləri obyektin qurulmasına sərf etdiyini, onun həmin dövrədək adında 64 baş inəyin olduğunu, Əvəzlə birləşdikdən sonra inəklərin sayının 45 olduğunu və 64 baş inəyə görə Aqrolizinqə olan 40506 manat borcu onun əvəzindən Əvəzin ödədiyini, Əvəzlə birləşdikdən sonra Aqrolizinqdən 52 baş inəyi onun adına aldıqlarını, həmin 52 baş inəyin alınması üçün Əvəzin ona 39.600 manat pul verdiyini, onun da həmin vəsaiti Aqrolizinqə ödədiyini, inəklər gəldikdən sonra xx.xx.2018-ci il tarixədək X22 Ədalətin vasitəsilə onun əvəzindən 35.768 manat 91 qəpik ödədiyini, iş prosesi vaxtı MMC-də olan 40%-dən 20%-i 11 aprel 2017-ci il tarixdə X1, satdığı vəsaiti də özünə götürdüyünü, həmin MMC-nin yaradılması və tikilən obyektlərə alınan avadanlıqlara, alınana heyvanlara xərclənən bütün vəsaitləri Səfərli Əvəzin ödədiyini, indiyə qədər onun maddi imkanı olmadığına görə heç bir xərci çəkmədiyini, onun 20%-ə sahib olmaq üçün obyektə onun vəsaiti ilə qoyulan Səfərli Əvəz tərəfindən ona verilən ümumi məbləğdən 1.022.472 manatı Səfərli Əvəzə qaytarmalı olduğunu, bugünə qədər aralarında heç bir mübahisənin olmadığını, onun maddi imkanı olmadığını nəzərə alıb sülh şəraitində işlədiklərini, onun X15 və X16 heç bir iddiasının olmadığını, yuxarıda göstərdiyi borcunu yaxın vaxtlarda ödəməyi öhdəsinə götürdüyünü, bundan sonra çəkiləcək xərcləri ödəməyə söz verdiyini bildirmişdir.
6. X2 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, ərizədə Bərdədə olan heyvandarlıq ferması ilə əlaqədar X5 196.000 manat pul aldığını, onun həmin heyvandarlıq və SANİ MMC-yə heç bir iddiasının olmadığını, halallaşdıqlarını, gələcəkdə də bununla bağlı iddiasının olmayacağını, üçüncü bir şəxs tərəfindən iddia qaldırılmasına da cavabdehlik daşıdığını bildirmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-219/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərə Rayon Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3115/2023 saylı qərarı ləğv edilməsi, yeni qərar çıxarılaraq, iddia tələbinin təmin edilməsi, Bərdə rayonu, Çələbilər kəndi, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı icarə hüququ 25 il müddətinə (xx.xx.2003-xx.xx.2028) qeydiyyata alınmışdır.
9. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 5-38/2-580/2025 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə əsasən vergi ödəyicisi "xxxx" KFT MMC-dir və mübahisəli torpaq sahəsi üzərində mövcud tikililər "xxxx" KFT MMC tərəfindən inşa edilmişdir.
10. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 5-38/2-659/2025 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh başçısının 26 nömrəli 09 mart 2016-cı il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən 15 ha torpaq sahəsi “S.A.N.İ X14” MMC-nin icarəsinə 15 il müddətinə verilmişdir. Həmin sərəncam əsasında Cavabdeh ilə “S.A.N.İ X14” MMC arasında 09 mart 2016-cı il tarixli 423 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra torpaq sahəsi 09 mart 2016-cı il tarixdən “S.A.N.İ X14” MMC-nin istifadəsinə verilmiş və torpaq sahəsinin icarə haqqı 09 mart 2016-cı il tarixdən başlayaraq 09 mart 2026-cı il tarixədək “S.A.N.İ X14” MMC tərəfindən ödənilmişdir. Torpaq sahəsi 09 mart 2016-cı il tarixdən hal-hazıradək “S.A.N.İ X14” MMC-nin faktiki istifadəsindədir.
11. X7 xx.xx.2017-ci il tarixdə “S.A.N.İ X14” MMC-nin nizamnamə kapitalındakı 4 payın %)%-ni -2 payı X16, xx.xx.2018-ci il tarixdə qalan 2 payını X15na satmış, həmin müəssisənin dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliklə X8 payı 8 pay, X11 payı 2 pay olmuş və X7 həm payçılıqdan, həm də qanuni təmsilçilikdən çıxmış, onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarxidə xitam verilmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 26 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu İcra Hakirniyyəti Başçısının 21 aprel 2003-cü il tarixli 66 saylı sərəncamı ilə ona S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi 15 ha torpaq sahəsi icarəsinə verilmişdir. Uzun illərdir həmin torpaq sahəsindən istifadə edir və ötən illər ərzində icarə haqqını vaxtıvaxtında ödəmişdir. İcarə hüquqlarının qeydə alıması üçün məhkəmədə iddia qaldırmış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-19/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazisində icarə hüquqlarını qeydə aldırmışdır və bu barədə ona xx.xx.2024-cü tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nomrəli çıxarış verilmişdir. Yuxarıda qeyd etdiyi kimi 15 ha torpaq sahəsi 2003-cü ildən onun sahibliyində, istifadəsində və mülkiyyətindədir. Bu barədə hər-hansı şəxslə problemi olmamışdır. Bu günlərdə ona Gəncə Apellyasiya Məhkəməsindən məktub gəldikdən sonra məlumatı olmuşdur ki, üçüncü şəxs "xxxx" X14 MMC apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermişdir. Həmin işə baxılarkən təqdim edilmiş sənəddən görünür ki, guya o, Bərdə rayonu İcra Hakimiyyətinin Başçısının 21 aprel 2003-cü il tarixli, 66 saylı sərəncamı ilə onun icarəsinə verilmiş 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsindən ərizə yazaraq imtina etmişdir. Həmin imtina əsasında isə icarəsində olan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 26 saylı sərəncamı ilə "xxxx" X14 MMC-nin icarəsinə verilmişdir. Qeyd etmişdir ki, o heç vaxt belə bir ərizə verməmişdir. Ümumiyyətlə o, latın qrafikası ilə yazıb oxuya bilmir. Onun adından yazılmış həmin ərizəni o yazmamış və imzalamamışdır. Oradakı imza onun imzasına qətiyyən oxşamır, xəttşünaslıq ekspertizasından keçməyə hazırdır. Beləliklə, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 26 saylı sərəncamına əsas olmuş ərizəni yazmadığından və imzalamadığından sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
15. Məhkəmənin qərardadı ilə "xxxx" X14 MMC zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.
16. Məhkəmənin şifahi baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı və onun nümayəndəsi, həmçinin üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
18. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, etiraza qoşmada məhkəməyə təqdim etdikləri sənədlərdən görünür ki, Cavabdeh başçısının «ünvan 3 ünvanında yaşayan İddiaçı ərizəsi barədə» 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə - 1. ünvan 3 ünvanında yaşayan İddiaçı ərizələrinin nəzərə alınması; 2. Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan İddiaçı icarəsinə verilmiş 15 hektar torpaq sahəsi həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X7 olan «S.A.N.İ. X14» MMC-nin icarəsinə 15 il müddətinə verilməsi; 3. Cavabdeh ilə Bərdə rayonunun ünvan 3 ünvanında yaşayan X7 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi; 4. Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi; 5. Sərəncamdan çıxarışın aidiyyəti üzrə göndərilməsi - qərara alınmışdır. Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında Cavabdeh ilə «S.A.N.İ. X14» MMC arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında 423 nömrəli 09 mart 2016-cı il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında 19 sentyabr 2005-ci il tarixdə İddiaçı adına verilmiş JN-8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə koordinatları (sxemi) göstərilmiş, S.S.Axundov adına Aqro-istehsal müəssisəsinin ərazisində (Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində) yerləşən 15 hektar torpaq sahəsi «S.A.N.İ. X14» MMC-nin istifadəsinə verilmişdir. Beləliklə, 09 mart 2016-cı il tarixdən başlayaraq qeyd edilən torpaq sahəsi «S.A.N.İ. X14» MMC-nin qanuni və faktiki istifadəsindədir. Lakin 2024-cü ilin sentyabr ayında İddiaçı müəssisələrinə gələrək 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X14» MMC-nin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində özünün icarə hüququnun qeydiyyata alınmasını təsdiq edən çıxarışı və həmin çıxarışın verilməsi üçün əsas olmuş məhkəmə qərarını onlara təqdim etmişdir. Həmin sənədlərlə tanış olduqdan sonra onlara məlum olmuşdur ki, İddiaçı «S.A.N.İ. X14» MMCnin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2003-xx.xx.2028; 25 (iyirmi beş) il müddətinə Cavabdeh başçısının «ünvan 3 ünvanında yaşayan İddiaçı ərizəsi barədə» 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının qəbul edilməsi ilə qüvvədən düşmüş Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində yüklü edilən əmlakın nömrəsi **********14, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olmaqla qeydiyyata alınmış və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas isə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı olmuşdur. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında onun adına 19 sentyabr 2005-ci il tarixdə verilmiş JN-8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsasında istifadəsində olmuş Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilməsinə dair Cavabdehnə 2016-cı ildə ərizə ilə müraciət etməsi, onun ərizəsinin nəzərə alınaraq həmin torpaq sahəsinin Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə «S.A.N.İ. X14» MMC-nin istifadəsinə verilməsi, bu səbəbdən Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab olunması, torpaq sahəsinin 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X14» MMC-nin istifadəsində olması, oğlu X2 xx.xx.2019-cu il tarixdən etibarən «S.A.N.İ. X14» MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad olunması və təsisçilərinin tərkibindən çıxması halları ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinə, daha sonra isə məhkəməyə məlumat verməmiş, bu hallar barədə qərəzli olaraq susaraq 7 saylı Bərdə Ərazi İdarəsini və məhkəməni aldatmış, nəticədə torpaq sahəsi üzərində mövcud olmayan icarə hüququnun qeydiyyata alınmasına dair əsassız iddiası təmin olunaraq torpaq sahəsinə onun icarə hüququnun 09 mart 2016-cı il tarixdən qüvvədən düşmüş Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında qanunsuz və əsassız olaraq qeydiyyata alınmasına dair qərar qəbul olunmuş və son nəticədə əslində mövcud olmayan həmin hüquq qeydiyyata alınmışdır. Bunun nəticəsində isə torpaq sahəsinin həqiqi icarəçisi olan «S.A.N.İ. X14» MMC-nin hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bundan sonra «S.A.N.İ. X14» MMC ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilib, «S.A.N.İ. X14» MMC-nin üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-219/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında «S.A.N.İ. X14» MMC-nin istifadəsinə verilmiş 15 ha torpaq sahəsi ilə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN-8112 KOD 61000001 saylı Şəhadətnamə ilə 2 saylı qış otlaq sahəsindən İddiaçı verilmiş 15 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasına təqdim edilmiş Rəylə müəyyən edilmişdir ki, Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilmiş 15 ha torpaq sahəsi ilə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN-8112 KOD 61000001 saylı Şəhadətnamə ilə 2 saylı qış otlaq sahəsindən İddiaçı verilmiş 15 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Bundan sonra X9 iş üzrə icraatın dayandırılmasına dair vəsatətlə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasına müraciət edərək Gəncə İnzibati Məhkəməsində «Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının ləğv edilməsinə dair» iddia qaldırdığını və həmin (hazırkı) işə baxılanadək Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının icraaıtnda olan 2- 1(104)-219/2024 saylı inzibati işin icraatının dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasın xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırkı iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisəli torpaq sahəsi 09 mart 2016-cı il tarixindən halhazıradək «S.A.N.İ. X14» MMC-nin qanuni istifadəsindədir və həmin tarixdən halhazıradək həmin torpaq sahəsindən yalnız «S.A.N.İ. X14» MMC istifadə etmişdir. 09 mart 2016-cı il tarixindən sonra X9 mübahisəli torpaq sahəsindən istifadə etməmişdir. Əgər istifadə etmiş olsaydı, yaxud buna cəhd etmiş olsaydı, o zaman tərəflər arasında yaranmış hazırkı mübahisə də daha əvvəl yaranmış olardı. X3 iddia ərizəsində «Uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edirəm və ötən illər ərzində icarə haqqını vaxtlı-vaxtında ödəyirəm» iafdəsi həqiqətə uyğun deyil. Çünki həmin torpaq sahəsindən iddiaçı X9 09 mart 2016-cı il tarixindən sonra istifadə etmir, etməmişdir. X20 Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyd edilən başqa iş üzrə icraat dayandırıldıqdan sonra X3 adamları mübahisəli torpaq sahəsinə zorla girərək orada malqara otarmağa cəhd etmiş, yalnız «S.A.N.İ. X14» MMC-nin hüquq mühafizə orqanlarına müraciətindən sonra onların bu qanunsuz hərəkətlərinin qarşısı alınmışdır. Qoşmada təqdim etdikləri «S.A.N.İ. X14» MMC-nin təsisçilərindən biri olmaqla xx.xx.2019-cu il tarixədək MMC-nin qanuni təmsilçisi olmuş X2 iddiaçı X6 oğlu) öz dəsti-xətti ilə xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə yazıb imzaladığı sənədlərdən görünür ki, onun, MMC-nin qanuni təmsilçisi olduğu dövrdə digər təsisçi X15 tərəfindən onun vasitəsilə mübahisəli torpaq sahəsində fəaliyyət göstərən «S.A.N.İ. X14» MMC-nin fəaliyyətinə, o cümlədən mal-qara alınmasına, mal-qaranın saxlanmasına, bəslənməsinə, bu məqsədlə torpaq sahəsində zəruri tikinti-quraşdırma işlərinin aparılmasına və digər zəruri xərclərin ödənilməsinə ümumi məbləği 1.022.472 (bir milyon iyirmi iki min dörd yüz yetmiş iki) manat pul xərclənmişdir. Qoşmada təqdim etdikləri fotoşəkillərdən görünür ki, 2016-cı ildən sonra mübahisəli torpaq sahəsində «S.A.N.İ. X14» MMC tərəfindən inzibati bina və heyvandarlıqla məşğul olmaq məqsədilə müxtəlif ölçüdə və təyinatda çoxlu binalar inşa edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı X6 iddia ərizəsində «Uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edirəm və ötən illər ərzində icarə haqqını vaxtlı-vaxtında ödəyirəm» ifadəsinin heç bir əsası yoxdur. Torpaq sahəsi 2016-cı ildən «S.A.N.İ. X14» MMC-nin faktiki sahibliyində və qanuni istifadəsindədir. Ərizəçinin iddia ərizəsində mübahisəli torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilməsinə dair onun adından yazılmış və imzalanmış ərizəni özünün yazmadığını və imzalamadığını, latın qrafikası ilə oxuya bilmədiyini göstərməsinin də bir əsası yoxdur. Həmin ərizənin yazıldığı, imzalandığı, ərizəçi (iddiaçı) tərəfindən mübahisələndirilən 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamın verildiyi tarixdə «S.A.N.İ. X14» MMC-nin qanuni təmsilçisi iddiaçı X6 öz oğlu - X7 – olmuşdur. Ərizənin yazılmasından, imzalanmasından, torpaq sahəsinin X10 ayrılması barədə Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının verilməsi, həmin sərəncam əsasında torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilməsi, 2016-cı ilin mart ayından etibarən torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsində olması, həmin ildən sonra torpaq sahəsində «S.A.N.İ. X14» MMC tərəfindən inzibati bina və heyvandarlıqla məşğul olmaq məqsədilə müxtəlif ölçüdə və təyinatda çoxlu binalar inşa edilməsindən iddiaçı X6 bütün bu illər ərzində xəbəri, məlumatı olmaması mümkün deyildir. Digər tərəfdən iddiaçı X12 mübahisəli torpaq sahəsindən «uzun illərdir ki» necə istifadə edir ki, torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsində olmasını, torpaq sahəsində «S.A.N.İ. X14» MMC tərəfindən inzibati bina və heyvandarlıqla məşğul olmaq məqsədilə müxtəlif ölçüdə və təyinatda çoxlu binalar inşa edilməsini görməmişdir? Göstərilənlər iddiaçı X6 iddia ərizəsinin əsassız olduğunu mübahisəsiz olaraq təsdiq edir. Digər tərəfdən Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 saylı Qərarında aşağıdakılar göstərilmişdir: «1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar». İddiaçı X12 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini 9 (doqquz) il ötürmüşdür. Odur ki, qeyd edilənlərin nəzərə alınıb İddiaçı Cavabdehnə qarşı «Azərbaycan Respublikası Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının ləğv edilməsi» tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edirlər.
19. İddiaçının nümayəndəsi müddətin bərpasına dair ərizə təqdim edərək, iddia verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.
20. Ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci ildə mübahisəli ərazidən çıxarıldıqdan sonra sənəd işləri ilə məşğul olmuşdur. Bu səbəbdən iddia müddətini ötürmüşlər.
21. İddiaçının nümayəndəsi X13 müddətin bərpası barədə ərizəni müdafiə edərək, onun təmin edilməsini və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.
22. Üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında hazırkı iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyü üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
19. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və müddətin bərpasına dair ərizəni nəzərdən keçirib hesab edir ki, iddia müddəti bərpa edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.
20. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
23. İş materiallarından görünür ki, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 66 nömrəli sərəncamına əsasən Bərdə şəhəri, Natəvan küç., 20 saylı evdə yaşayan İddiaçı S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etirmək məqsədi ilə icarəyə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilərəkə, ona icarəyə verilmişdir. Daha sonra İddiaçı Cavabdehnə ünvanlandığı xx.xx.2016-cı il tarixli ərizəsində səhhəti ilə əlaqədar olaraq icarəsində olan torpaq sahəsindən istifadə edə bilmədiyinə torpaq sahəsinin oğlu X2 istifadə etdiyi "xxxx" kəndli-fermer təsərrüfatının icarəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmiş və Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamına əsasən İddiaçı Cavabdehnə ünvanlandığı ərizəsi nəzərə alınaraq, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan İddiaçı icarəsinə verilmiş 15 ha torpaq sahəsi, həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X7 olan “S.A.N.İ X14” MMC-nin icarəsinə 15 il müddətinə verilməsi qərara alınmış, Cavabdeh ilə X7 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilə təsdiq edilmiş, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 66 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.
21. Hazırda iddiaçı Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamının qanunsuz olduğunu bildirməklə, ləğv edilməsini xahiş edir.
22. İddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.
23. İddiaçının sözügedən qərardan qəbul edildiyi və ona təqdim edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
24. Belə ki, məhkəmə sorğusu ilə əladə edilmiş sənədlərlə, o cümlədən iddiaçının nümayədəsinin sədrlik edənin suallarına verdiyi cavablarla müəyyən edilir ki, iddiaçı tərəf mübahisələndirilən sərəncamın qəbulundan sonra mübahisəli torpaq sahəsindən istifadə etməmiş, icarə haqqı və torpaq vergisi ödəməmişdir. Həmin torpaq sahəsinə görə icarə haqqı, torpaq vergisi üçüncü şəxs "xxxx" X14 MMC tərəfindən ödənilmiş, həmin müəssisə tərəfindən yenidənqurma və tikinti işləri aparılmış, xeyli sayda heyvan idxal edilmiş və lizinqə alınmışdır.
25. İddiaçının nümayəndəsi də təxminən 2016-2017-ci illərdə torpaq sahəsinin həmin MMC-yə verildiyini bildiklərini bildirməklə, müddəti ötürdüyünü qəbul edərək, iddia müddətinin bərpasına dair ərizə vermiş, ərizəsində mübahisəli ərazidən 2022-ci ildən çıxarıldıqdan sonra bu torpaqla bağlı sənəd işləri ilə məşğul olduqlarından müddəti ötürdüklərini bildirmiş, lakin müddətin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.
26. Məhkəmə iddiaçı tərəfin həmin dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
27. Lakin hazırkı işdə iddiaçının nümayəndəsinin gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
31. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
32. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
33. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
35. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
36. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
37. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti bərpa edilməməli və bu əsasla iddia mümkün sayılmamalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçının nümayəndəsi X4 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva