Məhkəmə qərarları › İş №2-1(114)-2835/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2835/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2835/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı hərracın yükun nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı cavabdeh tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın yekun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, mübahisəli iş üzrə hərrac protokolunun və qərarının sübut olaraq toplanmasında köməklik edilməsini, iş üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında özüməməxsus olan yəni 12 iyul 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisi olduğu Qazax şirə və şərab sexinin Azərittifaqın razılığı ilə almış olduğu 2 ha torpaq sahəsində yerləşən inzibati binalar mövcuddur ki, həmin əmlaklarda anadan olandan bəri işləməklə orada da yaşamışlar. Həmin mübahisəli ərazi ilə bağlı olaraq çox saylı məhkəmə qətnamələri mövcuddur. Həmin məhkəmə qərarlarından tam olaraq görmək olar ki, mübahisə olunan torpaq sahəsi və üzərində yerləşən inzibati binalar məhz Azərittifaqa aid olmasına baxmayaraq, hansısa bir yolla həmin əraziləri guya ki, "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin tabeliyində olmuş "Azəryun" İstehsalat Birliyinin bazasında "xxxx" ASC-ti yarandığını, həmin sərəncama 3 N-li əlavədə Qazax Ərazi Yun Tədarükü və Qəbulu İdarəsi "Azəryun" İstehsalat Birliyinin tərkibinə daxil olan hüquqi şəxs statuslu ərazi yun tədarükü və qəbulu idarələrinin siyahısına verilmişdir. Hətta bir məhkəmə qətnaməsinə qeyd edilmişdir ki, aparılmış olan araşdırma nəticəsində məlum olmuşdur ki, mübahisəli əmlak X1 Birliyinin balansında olmaqla dövlət mülkiyyəti olmuş və 1999-cu il tarixdə özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir. Amma ki, həmin əmlak məhz Azərittifaqa aid olmaqla onların balansında olmuş və həmin əmlakı onun və mərhum atasının işlədiyin işin əvəzində əmlak olaraq yəni əmək haqqı əvəzi verilmişdir. Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən şirə, şərab sexi binasının və torpaq sahəsinin yerləşmiş olduğu ərazi Qazax şəhər sakini olan İddiaçı tam mülkiyyətində olduğu halda, həmin əmlakın hərraca çıxarılması üçün hansı idarə və ya təşkilatın rəsmi razılığı alındığını və ya hüquq müəyyənedici hansı sənədlər mövcud olduğu barədə rəsmi sorğu belə vermələrinə baxmayaraq, heç bir cavab ala bilmirlər. Bir də ki, Əmlak Məsələləri Dövlət Komitəsi həmin sənədlərin saxtalaşdırılmasında, məhkəmələrə müvafiq sənədlər göndərməklə qanunsuzluqlar etmişlər. Çünki o, hesab edir ki, X2 İdarəsinin balansında hansı əmlakın olması barədə rəsmi sənədlərin araşdırılması halı olduqca zəruridir. Belə ki, "Azərittifaq” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirlməsi Departamentinin vermiş olduğu sorğusuna cavab olaraq bildirmişlər ki, 1990-cı ildə Qazax şəhəri N.Nərimanov küçəsində Azərittifaqın balansına daxil edilməklə onun vəsaiti hesabına istehsal sexi və yun qəbulu məntəqəsinin tikintisinin aparıldığını, sonradan cəbhəçilər tərəfindən təyin edilmiş səriştəsiz rəhbərliyin səhlənkarlığı ucbatından sexin yararsız vəziyyətə düşdüyünü, bundan istifadə edən Yevlax yun fabrikinin keçmiş rəhbərləri rayonlarda öz qurumlarını yaradarkən həmin yeri zorakılıqla zəbt etdiklərini və onu Yun fabriki özəlləşdirilərkən səhvən öz balansında göstərdiklərini, bu barədə İqtisadi İnkişaf Nazirliyinin Qazax rayon şöbəsinin də məlumatının olduğunu bildirmişlər. Bu olanlara baxmayaraq Ali məhkəmə qərar qəbul edən zaman məhz həmin əmlaklara dair onun əlində rəsmi qeydiyyat vəsiqəmin olmasına baxamayaraq, həmin mübahisə olunan ərazilərə dair verilmiş olan saxta sənədlər əsasında məhkəmə qərarı ilə onun qeydiyyat vəsiqəsi etibarsız sayılmış və onun həmin yerdən çıxarılması qət edilmişdir. Amma bu olanlara baxmayaraq həmin mübahisəli torpaq sahəsi ona ilkin olaraq təklif edilməli, daha sonra isə hərrac yolu ilə istənilən şəxsə satılması labüd sayıla bilərdi. Hal-hazırda həmin əmlakın hərrac protokolunu və qərarını əldə edə bilmirlər. Çox saylı sorğu vermələrinə baxmayaraq hərracın yekun nəticə sənədləşmələrini əldə edə bilmir, sorğuya verilmiş olan cavablarda isə xx.xx.2023-cü il tarixdə keçirilmiş 17-ci hərracın qalibi tərəfindən özəlləşdirildiyini bildirirlər. O, həmin işlə əlaqədar olaraq Hərrac protokolunun və qərarının ləğv edilməsi tələbi ilə Qazax Rayon Məhkəməsinə mürcaiət etmişdir, Qazax Rayon Məhkəməsinin 2(023)-1563/2024 saylı qərardadı ilə işin icraatına xitam verilmiş və iş aidiyyatı üzrə inzibati məhkəmədə baxıla bilməsi izah olunmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

6. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələbində tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın yekun nəticələrinin ləğv edilməsini xahiş edir və bu mübahisə cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir və belə mübahisələrə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.

7. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 9 nömrəli Plenum Qərarında qərara alınmışdır ki: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin: Aşağıdakı redaksiyada 6.3-cü bənd əlavə edilsin: “Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülkihüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.”

8. Göründüyü kimi, müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır.

9. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar