Məhkəmə qərarları › İş №2-1(114)-2838/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2838/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2838/2025 26.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə İskəndər qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “Cavabdeh komandirinin xx.xx.N0N4-cü il tarixli 059ə/ç nömrəli əmrinin qismən, ona aid hissəsində ləğv edilməsi, hərbi xidmətə yenidən bərpa olunması və ehtiyatda olduğu dövr ərzində ödənilməmiş aylıq pul təminatının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh komandirinin xx.xx.N0N4-cü il tarixli 059ə/ç nömrəli əmrinin ləğv edilərək, hərbi xidmətə yenidən bərpa olunmasını və ehtiyatda olduğu dövr ərzində ödənilməmiş aylıq pul təminatının ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o N0N1-ci il iyul ayının 15-dən sentyabr ayının 7-ə dək Azərbaycan Tibb Universtetinin Hərbi Tibb Fakültəsi nəzdində fəaliyyət göstərən "sanitar-təlimatçı kursunu bitirmişdir. N0N1-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin N nömrəli Hadrut hərbi hospitalına "Dermatologiya" Şöbəsində sanitar-təlimatçı vəzifəsinə təyin olunmuşdur. N0N4-cü ilin avqust ayında hərbi hospitalın yataqxanasında bir otaqda qaldığı digər qadın hərbi qulluqçu XN ilə sözlü mübahisələri olmuşdur. Bu barədə N nömrəli hərbi hissədə inzibati araşdırma təyin olunmuşdur. Sonradan həmin araşdırma işi müvafiq olaraq N-ci Təhqiqat bölməsinə göndərilmişdir. Araşdırma nəticəsində onların əməlində nə cinayət, nə də inzibati xəta məsuliyyəti yaranmadığı müəyyən olunmuşdur. Lakin N-ci Təhqiqat bölməsinin qərarı ilə nə iddiaçı, nə də qarşı tərəf tanış etdirilməmişdir. Bundan sonra xidmətlərini adi qaydada davam etdirmişlər. N7 dekabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin nizami hissə rəisi X4 iddiaçını xidməti otağına çağıraraq Ordu Sıralarından ehtiyata buraxılmağına görə söhbətləşmə vərəqəsinə imza çəkməli olduğunu bildirmişdir. N9 dekabr N0N4-cü il tarixdə isə Cavabdeh komandirinin intizam nizamnaməsinin 50-ci maddəsinin "z" bəndinə əsaslanaraq (xidmət vaxtı başa çatmamış buraxma) xx.xx.N0N4-cü il tarixli 059ǝ/ç nömrəli əmrinə əsasən ehtiyata buraxılmağı barədə iddiaçının məlumatı olmuşdur. Cavabdeh komandirinin müvafiq əmri N nömrəli hərbi hissəyə daxil olmamış və əmrlə iddiaçını tanış etdirmədən ona xx.xx.N0N4-cü il tarixli 14 nömrəli SHXÇDX-nin Tovuz rayon şöbəsinə qeydiyyata düşməyi üçün təyinat vərəqəsi vermişlər. İddiaçı bildirir ki, inzibati orqan onun ehtiyata buraxılmağı barədə N ay əvvəlcədən xəbərdar olmalı olduğunu bildirməmiş, N dəfə hərbi xidmətdən qarşıdakı buraxılış haqqında ən azı N fərdi söhbət aparılmalı olduğu halda, onunla 1 dəfə (ehtiyata buraxılmadan N gün əvvəlcədən) söhbət aparılmışdır. İddiaçının səhhətinə görə hərbi xidmətə yararlıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi həkim komissiyasının müayinəsinə göndərilməli olduğu halda, müayinəyə göndərilməmişdir. Beləliklə "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 161-16N və 163-cü maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli N-1(114)-N838/N0N5 nömrəli qərardadı ilə iddia tələbi “Cavabdeh komandirinin xx.xx.N0N4-cü il tarixli 059ə/ç nömrəli əmrinin qismən, ona aid hissəsində ləğv edilməsi, hərbi xidmətə yenidən bərpa olunması və ehtiyatda olduğu dövr ərzində ödənilməmiş aylıq pul təminatının ödənilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmadan görünür ki, İddiaçı Azərbaycan Orudusunda 3 il müddətində Müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçu vəzifəsinə təyin edilmişdir. İddiaçı barəsində olan xidməti vərəqədə aldığı cəzalar qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N8 fevral N0N4-cü il tarixli 65 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyinə görə hərbi hissəni öz başına tərk edənlər siyahısına əlavə olunmuş, hospitalın qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N9 fevral N0N4-cü il tarixli 66 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N mart N0N4-cü il tarixli 67 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə xidməti yerini öz başına tərk etdiyinə görə, hərbi hissəni tərk edənlər siyahısına əlavə olunmuş və hospitalın qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin 0N mart N0N4-cü il tarixli 68 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə xidməti yerinə gəldiyinə görə hərbi hissəni öz başına tərk edənlər siyahısından çıxarılmış və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamsız bir hərbi qulluçu kimi göstərmiş, xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, vəzifəsini layiqincə yerinə yetirə bilmir. Şəxsi nizam-intizamı və dürüstlüyü qənaətbəxş deyil. Kollektivdə və yoldaşları arasında nüfuza malik deyil. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirməkdə çətinlik çəkir, bir hərbi qulluçu kimi öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Nizamnamə qaydalarını bilir və gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmaqda çətinlik çəkir. Qanunları, rəhbər sənədləri bilmir və onların tələblərini yerinə yetirməkdə çətinlik çəkmir. Dövlət sirrini qorumağı bacarır. N0N4-cü il tarixli N nömrəli hərbi hissəsinin komandirinin təqdimatından görünür ki, İddiaçı ilə bağlaşma ləğv edilməyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. N0N4-cü il tarixli Söhbət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Ordusunda xidmət etmək arzusunu nəzərə alaraq və öz xidmətində müsbətə doğru dönüş etdiyini nəzərə almaqla xidməti davam etdirməkdə köməklik göstərilməyini xahiş etmişdir. xx.xx.N0N4-cü il tarixli 3138 nömrəli aktdan görünür ki, İddiaçı hərbi xidməti ilə əlaqədar yol verdiyi nöqsanlar qeyd olunmuşdur. xx.xx.N0N4-cü il tarixli raportlardan görünür ki, N nömrəli hərbi hissənin dermotologiya bölməsinin rəisi hərbi hissə komandirinin tibb hissə üzrə müavini-tibb hissəsinin rəisindən İddiaçı hərbi xidməti ilə bağlı nöqsanları qeyd etməklə qanunauyğun tədbir görülməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, hərbi hissə komandirinin tibb hissə üzrə müavini-tibb hissəsinin rəisi tərəfindən N nömrəli hərbi hissənin komandiri qarşısında dermotologiya bölməsinin rəisinin raportuna əsasən vəsatət qaldırılmışdır. Cavabdeh komandirinin N9 dekabr N0N4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) müvafiq olaraq İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N-ci Təhqiqat bölməsinin 1N15 nömrəli 18 noyabr N0N4-cü il tarixli Qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları QHQ əsgər XN və QHQ əsgər İddiaçı bir biri ilə sözlü mübahisə etmələrindən ibarət əməllərində cinayət tərkibi olmadığından, barələrində Azərbaycan Respublikası CPM-nin 36.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N5-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, vətəndaş İddiaçı aid Komissiyanın arxiv bazasında heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun Nci maddəsinin 1-cihissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci bəndinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. 16N-ci bəndində əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 165-ci bəndinə görə, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 51-ci bəndində əsasən, əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçulara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) əlaçı döş nişanından məhrumetmə; ğ) aşağı vəzifəyə keçirmə; d) çavuşların hərbi rütbələrini bir pillə aşağı salma, əsgərləri və matrosları isə baş əsgər (baş matros) rütbəsindən məhrumetmə; e) çavuşların hərbi rütbələrini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; ə) çavuş rütbəsindən məhrumetmə; c) çavuş rütbəsindən məhrum etməklə yanaşı, aşağı vəzifəyə keçirmə cəzaları verilə bilər. 85-ci bəndinə görə, hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. 87-ci bəndində görə, komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı Cavabdeh komandirinin xx.xx.N0N4-cü il tarixli 059ə/ç ərminin qismən, ona aid hissədə ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və ehtiyatda olduğu dövr ərzində ödənilməmiş pul təminatının ödənilməsidir. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmaya əsasən, İddiaçı Azərbaycan Orudusunda 3 il müddətində Müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçu vəzifəsinə təyin edilmişdir. iddiaçının xidmətində nöqsanların olması əsasına görə, Cavabdeh komandirinin N9 dekabr N0N4-cü il tarixli əmri ilə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu maddəsinə müvafiq olaraq, bağlaşma ləğv edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd olunan tələblərinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Qeyd olunur ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hərbi hissə tərəfindən iddiaçı ilə yalnız 1 dəfə söhbət aparılmış, eyni zamanda qanunvericilikdə nəzərdə tutulan söhbət zamanı edilməli olan hərəkətlər söhbət vərəqəsində öz əksini tapmamışdır. Həmçinin söhbət vərəqəsi və təqdimatda tarix dəqiq qeyd edilməmiş, bu səbəbdən həmin hərəkətlərin qanunvericlikdə nəzərdə tutulan ardıllıqla aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçı hərbi-həkim komissiyasının rəyinin alınması üçün hərbi hissə tərəfindən göndərilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 51-ci bəndində əsgər olan qadın hərbi qulluqçulara tətbiq edilən intizam cəzaları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən əgər iddiaçı hərbi xidmətdə nalayiq hərəkətlərə yol verilmişdirsə, həmin hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olaraq cəza tədbiri həyata keçirə bilərdi. Həmçinin işdə olan N-ci Təhqiqat bölməsinin 1N15 nömrəli 18 noyabr N0N4-cü il tarixli Qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları QHQ əsgər XN və QHQ əsgər İddiaçı bir biri ilə sözlü mübahisə etmələrindən ibarət əməllərində cinayət tərkibi olmadığından, barələrində Azərbaycan Respublikası CPM-nin 36.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçını birbaşa həqiqi hərbi xidmətdən ehtiyata buraxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin N.N.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 3N.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N1N saylı hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, 059ə/ç nömrəli əmri qismən, İddiaçı ehtiyata buraxılmağına dair hissəsində ləğv edilməli, onun işə bərpa edilməsi, işdən çıxarıldığı gündən işə bərpa edildiyi günədək ödənilməyən pul təminatının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin N.N.1, 3N.1, 68.1, 68.N, 70.1, 70.3 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin xx.xx.N0N4-cü il tarixli, 059ə/ç nömrəli əmri qismən, N nömrəli hərbi hissənin dermatologiya bölməsinin kiçik tibb bacısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hissəsində ləğv edilsin. İddiaçı əvvəlki vəzifədə xidmətə bərpa olunması, ehtiyata buraxıldığı gündən xidmətə bərpa edildiyi günədək ödənilməli olan pul təminatının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar