Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2839/2021 27.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı 23.12.2021-ci il tarixdə şikayət ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Polis şöbəsinin X1 bölməsinin inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2 maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Hazırkı şikayət ərizəsi üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun anlamında inzibati akt olmadığından həmin ərizəyə inzibati məhkəmələr tərəfindən baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan şikayətə baxılmasının aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinin deyil, ümumi (rayon) məhkəmənin səlahiyyətinə aid olduğunu hesab edərək, ərizənin mümkün sayılmaması, habelə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olmasının izah edilməsi qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İnzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın. Şikayətçiyə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi tələbi ilə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2839/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2839/2021
27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver