Məhkəmə qərarları › İş №2-1(114)-2839/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2839/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2839/2025 01.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun, yəni xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası Basar Keçər rayonunda anadan olmuş, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi 16 saylı binanın 5A saylı mənzilində yaşayan İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2 yanvar 1963-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. Hazırda Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 16 nömrəli binanın 5A nömrəli mənzilində yaşayır. Onun əvvəllər doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin o, Azərbaycana gəldikdən sonra doğum şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Onun hazırda AA ******* nömrəli, Fin: PED43U nömrəli şəxsiyyət vəsiqəsi vardır. Zərurət yarandığından doğum haqqında şəhadətnaməni axtarsa da, bu günə kimi tapa bilməmişdir. Ona görə də, o, Cavabdehnə müraciət edərək doğulmağı ilə bağlı doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etsə də, Cavabdeh bundan imtina etmiş və bu barədə həmin orqan tərəfindən ona xx.xx.2025-ci il tarixdə 3-16-5/8-15-185 nömrəli imtina məktubu verilmişdir. O, Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmanı təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də, hesab edir ki, xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmağı ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı cavabdeh inzibati orqan Cavabdeh tərəfindən verilmiş imtinanı qanunsuz və əsassız hesab edir. Cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Yəhya oğlunun təqdim etdiyi iddia ərizəsindən görünür ki, o, xx.xx.1963-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş, hazırda Gəncə şəhərində yaşayır, doğum haqqında təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmiş, lakin onun barəsində Azərbaycan Respublikasında doğum haqqında akt qeydi olumadığına görə təkrar doğum haqqında şəhadətnamə verilməmiş, həmçinin onun barəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamış, bu səbəbdən də qeydiyyat şöbəsi tərəfindən doğum faktının müəyyən olunması üçün qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etməsi barədə izah məktubu verilmişdir. Lakin İddiaçı Yəhya oğlu doğum faktının müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, Gəncə İnzibati məhkəməsinə doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarının tələbinə əsasən doğum faktı məhkəmə qaydasında müəyyən olunur, belə olan halda iddiaçının iddia tələbinə xüsusi icraat qaydasında baxılmalı, doğum faktı müəyyən edilməli və bunun əsasında da Cavabdeh tərəfindən doğum haqqında bərpa akt qeydi tərtib edilməklə, iddiaçıya yeni doğum haqqında şəhadətnamə verilməlidir. İddiaçı Yəhya oğlunun hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Cavabdeh üzərinə hər hansı öhdəlik qoyulsa belə, həmin qərarın icrası Cavabdeh tərəfindən mümkün olmayacaq, belə ki, iddiaçı Ermənistan Respublikasında anadan olmasını göstərsə də, onun Ermənistan Respublikasında doğulmasını təsdiq edəcək doğum haqqında şəhadətnaməsinin əsli və ya surəti mövcud deyildir, bu səbəbdən də Qeydiyyat şöbəsi hesab edir ki, iddiaçının iddia tələbinə xüsusi icraat qaydasında Gəncə şəhər məhkəməsində baxılmalı, Azərbaycan Respublikası MRM-nin 307.2.3-ci maddəsinin tələbinə əsasən doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməklə, yəni doğulduğu vaxt, yer, valideynlər, uşağın nikahdan əvvəl və ya sonra doğulması, atalıq müəyyən edilib edilməməsi və s. hallar barədə məlumatlar qətnamədə ətraflı göstərilməklə, qətnamənin icrasının Cavabdehnə həvalə edilməsi məqsədə müvafiqdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.2005-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, hazırlanmış şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1963-cü ildə Ermənistan Respublikası Vardenis rayonununda doğulmuş “İddiaçı”dur. X1, anası X2r. xx.xx.1982-ci il tarixli, НЭ ******* nömrəli hərbi bilet xx.xx.1963-cü il təvəllüdlü “İddiaçı”na məxsusdur. xx.xx.1992-ci il tarixli, ФВ-İ 083998 nömrəli diplom “İddiaçı”na məxsusdur. xx.xx.2023-cü il tarixli, AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1963-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş “İddiaçı”na məxsusdur. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin, həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. O, Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmanısını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumunun qeydə alınması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, Ermənistanda tərtib edilən vətəndaşlıq vəziyyəti akt qeydlərinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq X3ndə və qeydiyyat şöbələrində saxlanılması nəzərdə tutulmamışdır. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus fərdi uçot kartoçkalarının tərtib olunmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. 16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. İşdə olan xx.xx.2005-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, hazırlanmış şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1963-cü ildə Ermənistan Respublikası Vardenis rayonununda doğulmuş “İddiaçı”dur. X1, anası X2r. xx.xx.1982-ci il tarixli, НЭ ******* nömrəli hərbi bilet xx.xx.1963-cü il təvəllüdlü “İddiaçı”na məxsusdur. xx.xx.1992-ci il tarixli, ФВ-İ 083998 nömrəli diplom “İddiaçı”na məxsusdur. xx.xx.2023-cü il tarixli, AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1963-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş “İddiaçı”na məxsusdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumunun qeydə alınması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi xarici ölkədə, yəni Ermənistan Respublikasında tərtib edilmişdir və qanunvericliyin tələbinə görə, həmin akt qeydi vətəndaşın müraciətinə əsasən bərpa edilməlidir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus olan doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçıya məxsus olan doğum haqqında akt qeydinin təvəllüdü “xx.xx.1963-cü il”, soyadı “Cəfərov”, adı “Fizuli”, ata adı “Yahya”, doğulduğu yer “Ermənistan Respublikası, Basarkeçər rayonu”, atası “X5”, anası “X4” göstərilməklə bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar