Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2841/2024 28.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Nikahın bağlanması haqqında xx.xx.2001-ci il tarixli Vİİ-ЖГ 433611 nömrəli şəhadətnaməyə əsasən X2 ilə İddiaçı xx.xx.2001-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 52 nömrə ilə qeydn edilmişdir.
2. Ölüm haqqında xx.xx.2015-ci il tarixli 13 nömrəli akt qeydinə və xx.xx.2015-ci il tarixli AZ-İ 736952 nömrəli şəhadətnaməyə əsasən X2 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 13 nömrə ilə qeyd eidlmişdir. Şəhadətnamədə ölüm səbəbi qrafasında ölümün səbəbi “kimyəvi turşunun qəbulu” kimi qeyd edilmişdir.
3. İddiaçı mərhum ərinin ölüm haqqında akt qeydində düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2024-cü il tarixli 529-05/15 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.2015-ci ildə 13 nömrə ilə Ağdam rayon Nəmirli İ/N-də ölümü qeydə alınmış mərhum həyat yoldaşı X1 ölüm haqqında akt qeydində ölüm səbəbi qrafasında ölüm səbəbinin "Kimyəvi turşunun qəbulu" səbəbindən "ürək çatmamazlığı" səbəbinə dəyişiklik edilməsinə əsas verən zəruri sənədlər (ölüm haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və.s) təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətlərinə aid deyil. Odur ki, adiyyatı üzə məhkəməyə müraciət etməlidir. II. Məhkəmədə icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayon Nəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən həyat yoldaşı X1 adına verilmiş xx.xx.2015-ci il tarixli 13 nömrəli ölüm haqqında akt qeydinin ölüm səbəbi qrafasında düzəlişlər edilərək ölüm səbəbinin “ürək çatışmazlığı” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 ilə 07 fevral 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları anadan olmuşdur. Həyat yoldaşı Ziyəddin Quliyev asma xəstəliyindən əziyyət çəkirdi. O, 22 iyun 2015-ci il tarixdə ürək çatışmazlığından ölmüşdür. Həyat yoldaşının ölümünü dövlət orqanında qeyd etdirmişlər və ona Ağdam rayon Nəmirli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixli 13 nömrəli ölüm haqqında akt qeydi əsasında ölüm haqqında şəhadətnamə (AZ-İN 736952) verilmişdir. Həmin vaxt həyat yoldaşını vaxtsız itirməyinə və başlarının yas və dəfn mərasiminə qarışmasına görə ölüm haqqında şəhadətnamədə hansı ölüm səbəbi göstərilməsinə fikir verməmişlər. Son vaxtlar həyat yoldaşının ölüm haqqında şəhadətnməsinə baxarkan onlara məlum olub ki, həyat yoldaşının adına verilmiş ölüm haqqında şəhadətnamədə ölüm səbəbi kimi "kimyəvi turşunun qəbulu" qeyd olunmuşdur. Bu isə tamamilə düzgün deyil. Bu həm ona, həm də uşaqlara psixoloji təsir göstərir. Hesab edirlər ki, həyat yoldaşının ölüm səbəbinin düzgün qeyd edilməməsi onun ruhuna hörmətsizlikdir. Cavabdehnə müraciət edərək xx.xx.2015-ci il tarixli 13 nömrəli ölüm haqqında akt qeydində ölüm səbəbinin dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina verilərək ölüm haqqında akt qeydində düzəliş edilməsi birbaşa onların səlahiyyətinə aid olmadığı bildirilərək məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. Cavabdeh bu imtinasını əsassız hesab edir. Belə ki, ölüm haqqında akt qeydində ölüm səbəbinin düzgün qeyd edilməməsi onun təqsiri ucbatından baş verməmişdir. Bu dövlət orqanının səhlənkarlığı nəticəsində baş verdiyindən onların özləri tərəfindən də müvafiq düzəlişlər edilməlidir. Hesab edir ki, Ağdam rayon Nəmirli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən həyat yoldaşı X1 adına verilmiş xx.xx.2015-ci il tarixli, 13 nömrəli ölüm haqqında akt qeydinin ölüm səbəbi qrafasında düzəliş edilərək ölüm səbəbinin “ürək çatışmazlığı” kimki qeyd edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı və cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir.
15. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
17. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.2001-ci il tarixli Vİİ-ЖГ 433611 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2015-ci il tarixli 13 nömrəli akt qeydi; - Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 736952 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 529-05/15 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
19. Ölüm haqqında xx.xx.2015-ci il tarixli 13 nömrəli akt qeydinə və xx.xx.2015-ci il tarixli AZ-İ 736952 nömrəli şəhadətnaməyə əsasən X2 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 13 nömrə ilə qeyd eidlmişdir. Şəhadətnamədə ölüm səbəbi qrafasında ölümün səbəbi “kimyəvi turşunun qəbulu” kimi qeyd edilmişdir.
20. İddiaçı mərhum ərinin ölüm haqqında akt qeydində düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2024-cü il tarixli 529-05/15 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.2015-ci ildə 13 nömrə ilə Ağdam rayon Nəmirli İ/N-də ölümü qeydə alınmış mərhum həyat yoldaşı X1 ölüm haqqında akt qeydində ölüm səbəbi qrafasında ölüm səbəbinin "Kimyəvi turşunun qəbulu" səbəbindən "ürək çatmamazlığı" səbəbinə dəyişiklik edilməsinə əsas verən zəruri sənədlər (ölüm haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətlərinə aid deyil. Odur ki, adiyyatı üzə məhkəməyə müraciət etməlidir.
21. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
22. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Bənd 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Bənd 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Bənd 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bənd 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 15 iyul 2022-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 iyul 2022-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 820) ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci, 8.2-ci, 8.3-cü, 8.4-cü və 8.5-ci bəndləri yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
23. Sadalanan normalara əsasən, ölüm haqqında akt qeydində şəxsin ölümünün baş vermə səbəbi tibb müəssisəsinin müvafiq sənədi əsasında, bu olmadıqda isə məhkəmə qətnaməsi əsasında qeyd edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... Bənd 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
25. Qanunvericilik normalarından da göründüyü kimi, ölüm haqqında akt qeydində iddiaçının mərhum ərinin ölümün baş vermə səbəbi kimi qeyd edilmiş hala düzəliş edilməsi üçün həmin düzəlişə əsas verən sənədlər olmalıdır.
26. Hazırkı işdə isə iddiaçının mərhum həyat yoldaşı X1 xx.xx.2015-ci ildə 13 nömrə ilə Ağdam rayon Nəmirli İ/N-də ölümü qeydə alınmış ölüm haqqında akt qeydində ölüm səbəbi qrafasında ölüm səbəbinin "Kimyəvi turşunun qəbulu" səbəbindən "ürək çatmamazlığı" səbəbinə dəyişiklik edilməsinə əsas verən hər hansı zəruri və mötəbər sənədlər təqdim edilməmişdir.
27. Məhkəmə hesab edir ki, Cavabdeh həmin düzəlişi etməkdən imtinası qanuni və əsaslı olmuşdur və iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmamışdır.
28. Ona görə də, iddia təmin edilməməlidir.
29. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva