Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2842/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış əmək pensiyasının qanunauyğun hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə beyin infarktı keçirərək 2-ci qrup umumi xəstəlikdən əlillik dərəcəsi almış, .xx.xx.2017-ci ildə 2-ci dərəcəli dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Dövlət qulluğunda əmək stajı 16 il 4 ay 26 gün təşkil edir. İddiaçıya pensiya hesablanan vaxt xx.xx.2015-xx.xx.2017-ci illər üçün Tərtər DSMF və Bərdə Asan Xidmət Mərkəzindən əmək haqqı mukafat muavinət və sairə gəlirlər üzrə muvafiq sənədlər təqdim edilib. Bu sənədlər əsasında Tərtər DSMF üzrə əsas əmək haqqı-288.47 manat 3 dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi kimi-55.00 manat (əslində 2 ixtisas dərəcəsi-65.00 manat hesablanmalı idi) qulluq stajına görə əlavə-81.00 manat mukafat-76.85 manat muavinət-35.83 manat olmaqla yekun 537.15 manat orta aylıq gəlir və Bərdə Asan Xidmət Mərkəzindən orta aylıq 304.36 manat olmaqla umumi yekun 841.51 manat olduğu üçün 80 faiz hesablanmaqla 673.21 manat pensiya hesablanmış və ödənilmişdir.Azərbaycan Respublika Prezidentinin muvafiq sərəncamları əsasında pensiyada artımlar hesablanmış və ödənilmişdir. Əlillik müddəti xx.xx.2021-ci ildə başa çatdığı səbəbindən pensiya dayandırılmışdır. Müəyyən səbəblərdən həm də xəstəliklə əlaqədar xx.xx.2022-ci ildə yenidən muayinədən keçərək 3-cü dərəcə ümumi xəstəlikdən əlillik dərəcəsi almış, bundan sonra müvafiq sənədləri xx.xx.2022-ci ildə DSMF-nin Xüsusi Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Mərkəzi Filial əmək pensiyasının hesablanması zamanı yalnız Tərtər DSMF-dən olan gəlirləri hesablamış, Bərdə Asan Xidmət Mərkəzindən olan gəlirləri hesablamaya daxil etməmişdir. Mərkəzi Filialın iddiaçıya göndərdiyi məktubda Bərdə Asan xidmət haqqında heç bir məlumat və ya qeyd göstərilməmişdir və bu səbəbdən iddiaçıya əsassız olaraq artıq ödəmə hesablanmışdır. Azərbaycan Respulikası Prazidentinin xx.xx.2018-ci il tarixli əmək pensiyaları haqqında qanuna dəyişiklər edilməsi haqqında sərəncamında 20-ci maddənin 30 cu bölümündə qeyd olunur ki qulluq stajına büdcədən kənar vəsaitlərin əlavə olunması xx.xx.2019-cu ildən ləğv edilir. Sərəncamdan da aydındır ki, xx.xx.2019-cu ilə kimi pensiyaya çıxanlara aid deyildir. Mərkəzi filial heç bir əsas olmadan bu sərəncamı iddiaçıya da tətbiq etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin X1 əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2-1(114)- 2581/2022 nömrəli iş məhkəmənin icraatındadır və işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi hazırki mübahisə ilə eynilik təşkil edən iş məhkəmənin icraatında mövcuddur və hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı olduğundan və həmin mübahisə üzrə məhkəmə araşdırması davam etdiyindən hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2842/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2842/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver