Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2842/2024 30.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh X9 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində ata haqqında məlumatlar qrafasının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X9 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum akt qeydində ata haqqında məlumatlar qrafasının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, körpə yaşlarında anası vəfat etdiyi üçün onu xalası və xalasının əri böyütmüşdür və hal-hazırda da ona verilmiş doğum haqqında şəhatdətnamədə və şəxsiyyət vəsiqəsində ata adının “X6” oğlu kimi qeyd edilməsini istəyir. İddiaçı qeyd edir ki, ata adının dəyişdrilməsi məqsədi ilə cavabdeh X9 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan ata adının dəyişdirilməsindən imtina etmişdir. X7 Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin imtinasını əsassız hesab edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmısinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus M/V 116683 nömrəli vəsiqənin surəti. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 058902 nömrəli ölüm haqqında şəhadətnamənin surəti. -iş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli, AZ-İ 138586 nömrəli doğum haqqında şəhadətnamənin surəti. -iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, № 1837-05/69 nömrəli arayışın surəti. -iş materiallarına əlavə edilmiş ümumi orta təhsil haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə surəti; -iş materiallarına əlavə edilmiş tam orta təhsil haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamə surəti; -iş materiallarına əlavə edilmiş X9 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2xx/xx-2024 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş Bərdə Qeydiyyat şöbəsinin İddiaçı barəsində tərtib olunmuş xx.xx.2002-ci il tarixli 29 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1999-cu il tarixdə Bərdə rayonunun Qaradağlı kəndində anadan olmuşdur. -iş materiallarına əlavə edilmiş Bərdə Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-367/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx xxxxxx 1999-cu ildə Bərdə rayon, Qaradağlı kəndində anadan olmuşdur. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 29 yanvar 2002-ci il tarixli 29 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X8 HÜmbət oğlu, anası isə X1r. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı” Qaydasının 2.2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndinə əsasən, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək ata qrafasında X2 qeyd tələbi əsaslı hesab edilə bilməz. Belə ki, göründüyü kimi, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilə bilər. Hazırki iddia üzrə iddiaçını tərbiyə etmiş X3 09 fevral 2020-ci ildə vəfat etmiş, xx.xx.2020-ci il tarixli, AZ-İİ 058902 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla doğum akt qeydində ata haqqında məlumatlar qrafasının dəyişdirilməsinə nail olmaq istəsə də, yuxarıda qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi bu mümkün deyildir. Belə ki, iddiaçının doğum akt qeydində ata haqqında məlumatlar qrafasının dəyişdirilməsini istədiyi X3 vəfat etməmiş olub öz razılığı olduqda mümkün olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X9 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində ata haqqında məlumatlar qrafasının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2842/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2842/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver