Məhkəmə qərarları › İş №2-1(114)-2845/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2845/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2845/2024 03.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamının ləğv edilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək azyaşlı övladı xx.xx.2007-ci il təvəllüdlü X4 ondan xəbərsiz ana nənəsi X2 himayəsinə verilməsi barədə Cavabdeh Başçısının 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamı qeyri-qanuni olduğundan bu sərəncamın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 dekabr 2019-cu il tarixli, 2(074)-909/2019 saylı qətnaməsi ilə o və həyat yoldaşı olmuş X3 arasında olan rəsmi nikah müqaviləsi pozulmuşdur. Həmin qətnamə əsasında birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 anasının yanında qalmaqla hər ay uşağa görə inəndən 110 (yüz on) manat aliment alınıb keçmiş həyat yoldaşına verilməsi qət olunmuşdur. O, sonradan bilmişidir ki, keçmiş həyat yoldaşı X1 vətəndaşına ərə gedərək Azərbaycan Respublikasını tərk edib Türkiyəyə getmiş, onunla birgə nikahdan olan qızı X5 isə öznün anası X2 yanında qoymuşdur. X3 bütün il boyu xarici ölkədə yaşayır və çox az hallarda Azərbaycana gəlir. Ona görə də onun qızı X4 həm tərbiyyəsi pozulur, həm də o valideyn himayəsindən və qayğısından kənarda qalır. O, övladına ata qayğısı göstərmək istəmiş, lakin məlum olmuşdur ki, qızı X7 Azərbaycan Respublikasının ərazisində yoxdur. Bu məqsədlə o, qızı ilə maraqlanmış- onun Türkiyə Respublikasına aparıldığını demişlər. O, qızı ilə danışmış və onun özü də təsdiq etmişdir ki, o artıq Türkiyədədir. Cavabdehndən ona göndərilmiş 01 aprel 2024-cü il tarixli, 5-76/2-R- 2/3- 011/2024 saylı məktubda Cavabdeh Başçısının 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamının olması faktı yazılmışdır, lakin həmin sərəncamın özü gizlədilərək indiyədək ona verilməmişdir. Bu məktuba görə Cavabdeh Başçısının 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamı ilə xx.xx.2007-ci il tarixli qızı onun xəbəri və razılığı olmadan ana nənəsi X2 himayəsinə verilmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati-Prosessual Məcəllə ilə tənzimlənir. Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. Normanın məzmununa əsasən, inzibati icraat qaydasında işlərə baxılması üçün ilk növbədə tələb inzibati hüquq münasibəti ilə bağlı olmalı, daha sonra bununla bağlı İPM-in 2.2-ci maddəsində sadalanan müvafiq iddia növü ilə inzibati məhkəmələrə müraciət edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.9-cu maddəsinə əsasən övladlığa götürmə haqqında ərizələrə xüsusi iddia icraat qaydasında baxılır. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Hazırki tələb iddiaçının övladının üzərində himayəçi təyin olunması ilə bağlı sərəncamın ləğvi ilə bağlı olduğundan və bu iddia növü İPM-in yuxarıda da qeyd olunmuş iddia növlərinə daxil olmadığından həmçinin mövcud iddia mülki qaydada iddia icraatı qaydasında baxılan işlərdən irəli gələn mübahisə ilə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. ““İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarına əsasən 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli Sərəncamı Cavabdeh yanında qəyyumluq və Himayəçilik Komissiyasının 12 yanvar 2022-ci il tarixli, 01 nöməli iclas pratokolu əsasında verilmişdir. Hazırki münasibət Azərbyacan Respublikası Ailə Mcəllləsinin 137-ci maddəsi və Azərbyacan Respublikası Mülki Məcəllləsinin 33-cü maddəsi ilə tənzimlənən münasibət olduğundan inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırkı işdən isə göründüyü kimi iddiaçının niyyəti övladının himayəyə verilməsi barədə sərəncamın ləğv edilməsinə yönəlmişdir. Ona görə də, bu mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadığı üçün onun inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İddiaçı hazırkı tələbini mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 15.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar