Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2847/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (anası) Nümayəndə Firuddin qızının, cavabdehin nümayəndəsi X8 və üçüncü şəxs X20 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X13, X32 və X21) qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-154A, KOD 50805037 saylı şəhadətnamə əsasında X9 verilmişdir.
2. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır.
3. 28.10.1998-ci il tarixli aktdan məlum olur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamına əsasən Gəncə qəsəbə sakini İddiaçı fərdi yaşayış evi tikintisi üçün “Şəhriyar” adına sovxozun torpaq sahəsindən 0,08 ha ayrılaraq yerində təhvil verilmişdir.
4. Xanlar rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-1-234 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak X14 tərəfindən X2. Qeyd olunan torpaq sahəsinə dair sonuncunun adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
5. Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-240 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak X33 tərəfindən X4. Qeyd olunan ünvanda yerləşən 0,08 ha olan torpaq sahəsinə dair sonuncunun adına 11,12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
6. Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-204/2022 saylı qərarı əsasında xx.xx.2022-ci il tarixindən başlayaraq Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində qadağa qoyulmuşdur.
7. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarına uyğun olaraq Xanlar rayonu Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-316A KOD 50805018 saylı Şəhadətnamə əsasında X34 verilmişdir.
8. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsinə dair X27 adına xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
9. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-2169 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsi X39 tərəfindən X1.
10. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarına uyğun olaraq Xanlar rayonu Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-315A KOD 50805018 saylı Şəhadətnamə əsasında X28 verilmişdir.
11. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsinə dair X25 adma xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli **********56 reyestr nömrəli nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
12. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında X11 qalmış arvadı X29 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ əldə etmişdir.
13. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-69 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında X25 vərəsəsi X5 rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır.
14. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsinə dair X16 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********56 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
15. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-cil tarixli 360 nömrəli arxiv arayışında bildirilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında “Şəhriyar” adına sovxozun bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 vətəndaşa hər birinə fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin verildiyi və qərara əlavə edilmiş siyahıda İddiaçı adı qeydə alınmaqla veriləcək torpaq sahəsi 0,08 ha göstərilmişdir.
16. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-cil tarixli 56 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə yeri, plan və koordinatları müəyyən edən sənədlər rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir.
17. Göygöl rayonu Zurnabad bələdiyyəsinin xx.xx.2021-cil tarixli 07 nömrəli arayışından görünür ki, Göygöl rayon Zurnabad bələdiyyəsində şəhadətnamələrin qeydiyyatı kitabında Gəncə kəndi ərazisində yerləşən vətəndaşların siyahısında JN-019da İddiaçı və arvadı X17 adları var, ancaq torpaq sahəsi mülkiyyətinə verilmədiyi üçün şəhadətnamə işlənməyib.
18. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-860/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Göygöl rayonu, Gəncə qəsəbəsi ərazisində ona məxsus olan 0,08 ha həyətyanı torpaq sahəsinin naturada müəyyən edilərək hüquqi sənədlərin onun adına hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1894/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair aparılmış qeydin ləğvi tələbinə dair iddia mümkün sayılmamışdır.
20. İddiaçı Göygöl Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi tələbə ilə Gəncə inzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti vermişdir. Gəncə apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-320/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3060/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsinin ölçülərək sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
22. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2173/2023 nömrəli məktubu ilə Göygöl (Xanlar) rayonu, Gəncə qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X10 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə göndərilmişdir. Həmin subyekt siyahısından görünür ki, X9 (ailə tərkibi – 1 nəfər, xəritədə nömrəsi - 154) 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
23. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2772/2023 nömrəli məktubu ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı məhkəməyə göndərilmişdir. II. Məhkəmədə icraat
24. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun pozulmasına səbəb olmuş üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarının əsas olduğu cavabdeh DƏDKR PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X9 verilmiş JN-154A nömrəli şəhadətnamənin qanunsuz inzibati akt sayılaraq ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə 0,08 ha torpaq sahəsi ona ayrılmışdır. Bundan sonra qeyd olunan sərəncamın icrası ilə bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçülüb təhvil verilməsi tapşırılmışdır. Bu məqsədlə 28 oktyabr 1998-ci il tarixdə rayon Torpaq şöbəsinin aparıcı mütəxəssisi X18, həmin şöbənin mütəxəssisi Rzayev Hicran Camal oğlunun, Şəhriyar adına sovxozun direktoru X22 və Çiçəkli kəndi üzrə nümayəndəsi Hacıyev Rafiqin iştirakı ilə akt tərtib edilmiş 0,08 ha həyətyanı torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. Torpaq sahəsi 25 ildir onun sahibliyindədir. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində JN-19 saylı işlənilsə də həmin dövrdə Komitənin ləğv edilməsi ilə əlaqədar onun səlahiyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi səbəbindən sənədləşmə işləri tam icra edilməmişdir. X3 inzibati iş üzrə icraat zamanı üçüncü şəxs Gəncə kənd sakini X7 üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarını əsas gətirərək, qeyd olunan torpaq sahəsinə iddialı olduğunu, həmçinin həmin qərarın əsas olduğu DƏDKR PHŞ-in 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-154A saylı şəhadətnaməni onun tərəfindən əldə edilməsini bilmişdir. Bununla belə müxtəlif tarixlərdə üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxiv şöbəsi və cavabdeh DƏDKR PHŞ-in 3 saylı Gəncə ərazi idarəsinə edilmiş sorğulara cavab olaraq verilmiş arayışlarda qeyd olunan üçüncü şəxs Göygöl (Xanlar) rayon İcra hakimiyyəti başçısının 22 may 1998ci il tarixli 126 saylı sərəncamının qanuni qüvvədə olması habelə onun əsasında torpaq sahəsinin mülkiyyətə verilməsinə dair müvafiq sənədləşmənin, o cümlədən JN-19 saylı şəhadətnamənin qeydə alınması təsbit edilmişdir. Bunun əksinə isə Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üçüncü şəxs X9 verilməsi barədə qeydiyyat üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxivində mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda qanuni əsaslarla ona məxsus torpaq sahəsinə dair üçüncü şəxs Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyasının mövcud olmayan qərarının əsas olduğu cavabdeh DƏDKR PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X9 verilmiş qanunsuz JN-154A saylı şəhadətnamə onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla, Azərbaycan Respublikası Konstitusiyası normalarına, habelə inzibati və prosessual qanunvericiliyə müvafiq olaraq həmin qərarın qanunsuz inzibati akt sayılaraq ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər
27. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə X13, X32 və X21 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
28. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
29. İddiaçı məhkəmə iclasında nümayəndəsi (anası) ilə təmsil olunmuş, cavabdehin nümayəndəsi X19 və üçüncü şəxs X32 məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
30. İddiaçının nümayəndəsi (anası) Nümayəndə Firuddin qızı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh kimi Göygöl Rayon İcra Hakimiyyətini qeyd etməklə, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
31. İddiaçının nümayəndəsi (anası) Nümayəndə Firuddin qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Nümayəndə oğlu İddiaçı (Nümayəndə oğlu) 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl rayon şöbəsinə müraciət edərək Göygöl rayonu, Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasını istəmişdir. Vətəndaş tərəfindən Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamı əsasında Şəhriyar sovxozunun bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 vətəndaşın olan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 vətəndaşın hər birinə 0,08 ha olmaqla fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi və 70 nəfərlik siyahıda vətəndaş İddiaçı adının 32-ci sıra sayında qeydə alınmaqla ona veriləcək torpaq sahəsinin 0,08 ha göstərilməsi barədə Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 360 saylı arayışı təqdim edilmişdir. Torpaq sahəsinin naturada sərhədlərini müəyyən edəcək sənəd (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Torpaq sahəsinin planı və ölçüsü sənədi, yerquruluşu planından çıxarış, sxem və s) təqdim edilməmişdir. Torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsini təsdiq edən sənəd olmadığı və İddiaçı Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamı əsasında ayrılmış 0,08 ha torpaq sahəsinin naturada yerini bilmədiyi üçün vətəndaşa aidiyyəti üzrə Göygöl Rayon İcra Hakimiyyətinə və Göygöl rayon Zurnabad bələdiyyəsinə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri ona izah edilmişdir. Eyni zamanda onu da qeyd edir ki, Göygöl rayonu, Gəncə kəndində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunması və naturada yerinin təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 09 dekabr 2017-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyətinə (**********81) və Göygöl rayonu Zurnabad bələdiyyəsinə (**********82) məktublar göndərilmişdir. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-698/2018 saylı qətnaməsinə əsasən, İddiaçı X26 qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilədən sonra verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilmədiyi müəyyən olunmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 12.11,2019-cu il tarixli, 2-1(083)- 860/2019 saylı qərardadı ilə İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin məhkəmə işi ilə bağlı təyin edilmiş ekspertiza zamanı İddiaçı iddia etdiyi torpaq sahəsinin X20 (reyestr nömrəsi: **********00) və X12 (reyestr nömrəsi: **********05) mülkiyyətlərində ola torpaq sahələri üst-üstə düşdüyü müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1894/2021 saylı qərardadına əsasən, İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair aparılmış qeydin ləğvi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Göygöl Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi tələbə ilə Gəncə inzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-202/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-320/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-202/2023 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır.
33. Cavabdehin nümayəndəsi X19 etirazla eyni məzmunlu izahat vermiş və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. Üçüncü şəxs X32 iddia tələbinə etiraz edərək, tələbin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
35. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
36. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
37. İş materiallarından görünür ki, iddiaçı tələbində Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarının ləğv olunmasını xahiş edir.
38. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
39. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
40. “İnzibati icraat haqqında” Qanuna görə : Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
41. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat komissiyasının) bundan təxminən 26 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir.
42. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
43. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
44. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
45. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.
46. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.
47. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).
48. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.
49. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
50. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).
51. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
52. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
53. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
54. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
55. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddəti buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.
56. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
57. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva