Məhkəmə qərarları › İş №2-1(114)-285/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-285/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-285/2020 24.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-1984-cü illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1193-cü il tarixdə Tərtər Rayon Hərbi Komissarlığı vasitəsi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə getmişdir. xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğranda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 85 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata tərxis edilmiş və bütün təminat növlərindən çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər rayon Hərbi komissarlığına göndərilmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 11/6141 nömrəli etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/M-13602 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli, 9/2-11792 nömrəli arxiv arayışının surəti; - xx.xx.1982-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 141 nömrəli cavab məktubu. - məhkəmənin sorğusu əsasında alınmış Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 19HP2418 nömrəli cavab məktubu. - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2-6712 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. - N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteram» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-11792 nömrəli arxiv arayışlarından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı: İ,M,K,L”, sıra 654, məlumatda soyadı Mamedov yazılmışdır) 1964-cü il təvəllüdlü X1 xx.xx.N3-cü il tarixdən Tərtər Rayon Hərbi Komissarlığından çağırılması, komandirin xx.xx.N4-cü il tarixli, 4 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması və komandirinin xx.xx.N4-cü il tarixli, 85 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. xx.xx.N3-cü il tarixdən Tərtər Rayon Hərbi Komissarlığından gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 4 nömrəli əmri ilə (əsas: yoxlama əmri: səh-19, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) “Ehtiyat” taborunun siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 18 nömrəli əmrində İddiaçı (əsas: yoxlama əmri: səh-37, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) yoxlama zamanı döyüş tapşırığını yerinə yetirən Tərtər-2 taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. Hərbi hissəni tərk edib yenidən qayıtdığına görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 60 nömrəli əmri ilə (əsas: § 2, səh-22, əmrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 49 nömrəli əmrində sıravi İddiaçı (əsas: yoxlama əmri: səh-20, əmrdə vəzifəsi göstərilməyib) yoxlama zamanı 6-cı MAT-ın şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda aprel-may N4-cü il tarixdə (əsas: “Дело № 14”, “01.02.94-01.06.94”, sıra 77,səh- 328, məlumatda atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) sıravi İddiaçı adı qeyd olunmuşdur. Lakin qarşısında “СОЧ” yazılmışdır və məvacib alması barədə imzası yoxdur. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü il, noyabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və xx.xx.N4-cü il tarixli, 85 nömrəli əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N4-cü il tarixdə 110 nömrəli nizami hissə üzrə əmr verilməmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019cu il tarixli, 1/M-13602 nömrəli məktubda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-11792 nömrəli arayışına əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-cı il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Məhkəmənin sorğusu əsasında alınmış Tərtər Hərbi Prokukrorluğunun xx.xx.2020-ci il tarixli, 14HP2418 nömrəli cavab məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən 1964-cü il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin 2001-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barəsində qəbul edilmiş qərarın surətinin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş iddiaçıya məxsus qeydiyyat kartasında İddiaçı barəsində Tərtər Rayon Hərbi Prokurorluğunun xx.xx.2001 tarixli, 19HP313 nömrəli qərarı ilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 17.1.N7-ci il tarixli qərarının 1.5 (ödəsində (himayəsində) yetkinlik yaşına çatmayan uşağı olan şəxslər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürmə, qəyyumluq və himayəçiliyi qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) və 1.6 ( həqiqi hərbi xidmətin (o cümlədən keçmiş SSRİ Silahlı Qüvvələrində) qanunla müəyyən olunmuş müddətini faktiki olaraq çəkmiş şəxslər) bəndləri tədbiq edilməklə cinayət işinin rədd edilməsi barədə məlumat vardır. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2-6712 nömrəli cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: - əlifba kitabı: “İ,M,K,L”, sıra-654, məlumatda soyadı “Mamedov” yazılmışdır) 1964-cü il təvəllüdlü X1 xx.xx.N3-cü il tarixdən Tərtər Rayon Hərbi Komissarlığından çağırılması, komandirin xx.xx.N4-cü il tarixli, 4 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması və komandirinin xx.xx.N4-cü il tarixli, 85 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. xx.xx.N3-cü il tarixdən Tərtər Rayon Hərbi Komissarlığından gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 4 nömrəli əmri ilə (əsas: yoxlama əmri: səh-19, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) “Ehtiyat” taborunun siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 18 nömrəli əmrində İddiaçı (əsas: yoxlama əmri: səh-37, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) yoxlama zamanı döyüş tapşırığını yerinə yetirən Tərtər-2 taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. Hərbi hissəni tərk edib yenidən qayıtdığına görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 60 nömrəli əmri ilə (əsas: § 2, səh-22, əmrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 49 nömrəli əmrində sıravi İddiaçı (əsas: yoxlama əmri: səh-20, əmrdə vəzifəsi göstərilməyib) yoxlama zamanı 6-cı MAT-ın şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda aprel-may N4-cü il tarixdə (əsas: “Дело № 14”, “01.02.94-01.06.94”, sıra 77,səh- 328, məlumatda atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) sıravi İddiaçı adı qeyd olunmuşdur. Lakin qarşısında “СОЧ” yazılmışdır və məvacib alması barədə imzası yoxdur. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü il, noyabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və xx.xx.N4-cü il tarixli, 85 nömrəli əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx N4-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar