Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-285/2024 02.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət qeydiyyatına düzəliş edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair müvafiq sənədlərin verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəliş aparılaraq X8, X11 və X4 adlarının torpaq sahəsinin mülkiyyətçilərinin sırasından çıxarılması, onun və ailəsinin qanuni istifadəsində olan 0.42 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı ilə X12 və onun ailə üzvləri - X15, İddiaçı, X8, X11 və X6 Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-041F KOD 61114028 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.42 ha torpaq sahəsi üzərində İddiaçı, X15, X12, X8, X11 və X4 ümumi birgə mülkiyyət hüquqları, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 126.4 kv.m olan fərdi yaşayış evi üzərində isə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 150 nöməli arayışında göstərilir ki, JN-041F saylı şəhadətnamənin 4-cü sırasında X8, 5-ci sırasında X11 və 6-cı sırasında X1 Mübariz Surxay oğlunun ailə üzvləri deyildir. Ümumiyyətlə həmin üç nəfər şəxs Tərtər rayon İsmayılbəyli kənd sakinləri deyil və İsmayılbəyli kənd ərazisində belə adda şəxslər yaşamır.
4. Ölüm haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 694020 nömrəli və xx.xx.2015-ci il tarixli AZ-İ 731362 nömrəli şəhadətnamələrə əsasən X12 xx.xx.2014-cü il tarixdə, X15 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişlər.
5. Tərtər rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli 394 nömrəli məktubunda bildirilmişdir ki, V-282/xx.xx.2023 saylı vərəsəlik işi üzrə İddiaçı müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Odur ki, mərhum X7 məxsus olmuş, daşınmaz əmlaklara dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarış və həmin əmlakların yüklü olması barədə arayış (əlavə 1) verilməsinə baxılması xahiş edilmişdir.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-1215 reyestr nömrəli və 2V-1216 reyestr nömrəli şəhadətnamələrə əsasən İddiaçı X5 və X9 qanun üzrə vərəsəsi kimi tanınmışdır. İddiaçı mərhum ata və anasından miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.42 ha torpaq sahəsinin X7 məxsus 0.07 ha və X14 məxsus 0.07 ha hissəsindən ibarət olmuşdur.
7. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-041F saylı şəhadətnamədə ailə üzvləri olmayan şəxslərin adlarının çıxarılaraq, torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Onlara məxsus həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-041F saylı şəhadətnamədə hansı səbəbdən ailə üzvləri olmayan şəxslərin adlarının yazılması onlara məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilərək ailə üzvləri olmayan şəxslərin adlarının JN-041F saylı şəhadətnamədən çıxarılaraq onların adlarına dövlət reyestrindən çıxarışın verilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Sözügedən uyğunsuzluğun düzəldilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri məqsədəmüvafiqdir.
8. Məhkəmənin sorğusuna Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1594/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Tərtər rayonu, İsmayılbəyli kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X8, X11 və X4 adları aşkar edilməmişdir.
9. Məhkəmənin sorğusuna Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1908/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Tərtər rayonunun İsmayılbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışdan (subyekt siyahısından) görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı ilə X12, X15, İddiaçı, X8, X11 və X6 Tərtər rayonu, İsmayılbəyli kəndində 0.42 ha torpaq sahəsi ayrılmışdır.
10. Məhkəmənin sorğusuna X2 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4- 13-7987/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Mobil, Aqil və Adil Cəfərovların doğumları haqqında hər hansı məlumat aşkar olunmamışdır.
11. Məhkəmənin sorğusuna Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/7-672/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı övladları barəsində X2 avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Tərtər rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 09 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı təsərrüfatında X8, X11 və X13 adda şəxslər ailə üzvü kimi qeydə alınmamışdır. X8, X11 və X13 adda şəxslər Tərtər rayonu, İsmayıbəyli kəndində qeydiyyatda olmamış və yaşamamışdır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayon Aqrar İslahat komissiyasının 25 noyabr 1997-ci il tarixli 17 saylı qərarına əsasən Tərtər rayonun İsmayılbəyli kəndində onun və ailəsinin (X12, X15 və İddiaçı) mülkiyyətinə verilmiş 0.42 ha həyətyanı torpaq sahəsi ilə baglı tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 041F kod 61114028 saylı Şəhadətnamə əsasında veriləcək çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X8, X11 və X4 adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması, onun və ailəsinin (X12 (xx.xx.2014-cü ildə vəfat etmişdir), X15 (xx.xx.2015-ci ildə vəfat etmişdir) və İddiaçı) qanuni istifadəsində olan 0.42 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqularına dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi və bu əsasla elektron baza məlumatında müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli 17 saylı qərarına əsasən Tərtər rayonu, İsmayılbəyli kəndində ailəsinin (X12, X15 və İddiaçı) mülkiyyətinə 0.42 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmış və buna dair Torpağın mülkiyyətə verilməsinə dair JN-041F kod 61114028 saylı şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamə tərtib edilərkən qanunsuz və əsassız olaraq X8, X11 və X4 adları da şəhadətnamədə göstərilmişdir. X8, X11 və X4 adlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-041F kod 61114028 saylı şəhadətnamədə qanunsuz və əsassız göstərilməsi onunla sübut olunur ki, həmin şəxslər nəinki onların ailə üzvləri deyillər, hətta həmin şəxslər yaşadıqları İsmayılbəyli kəndində ümumiyyətlə qeydiyyatda olmamış və yaşamamışlar (bu faktları təsdiq edən arayışı bu ərizəyə əlavə edir). Bunları bildirməkdə onu qeyd etmək istəyir ki, o, mərhum valideynlərinin qanuni varisi kimi həyətyanı torpaq sahəsini satmaq istəyir, lakin həmin şəxslərin adlarının şəhadətnamədə göstərilməsi ona maneçilik törədir. Ona görə də müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-C-0017-8/2023 nömrəli məktubunda Torpağın mülkiyyətə verilməsinə dair JN-041F kod 61114028 saylı şəhadətnamə əsasında verilmiş çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X8, X11 və X4 adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması vəzifəsinin onun səlahiyyətinə aid olmadığı və sözügedən uyğunsuzluğun düzəldilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məqsədəmüvafiq olduğu göstərilmişdir. O, cavabdehin bu imtina məktubunu qanunsuz və əsassız hərəkətləri hesab edir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X8, X11 və X4 adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması, onun və ailəsinin (X12, X15 və İddiaçı) qanuni istifadəsində olan 0.42 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi və bu əsasla elektron baza məlumatında müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.
26. Məhkəmə yekun məhkəmə qərarının nəticəvi hissəsinin elan edilməsini xx.xx.2024-cü il tarixə təxirə salmış, tərəflər həmin gün məhkəmədə iştirak etməmişlər.
27. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi elektron baza məlumatında müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi). VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Torpağın mülkiyyətə verilməsinə dair JN-041F KOD 61114028 nömrəli şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Ölüm haqqında xx.xx.2014-cü il tarixli AZ-İ 694020 nömrəli və xx.xx.2015-ci il tarixli AZ-İ 731362 nömrəli şəhadətnamələr; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-1215 reyestr nömrəli və 2V-1216 reyestr nömrəli şəhadətnamələr; - Tərtər RİHB İsmayılbəyli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 150 nöməli arayışı; - Tərtər rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli 394 nömrəli məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1594/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-1908/2023 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna X2 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4- 13-7987/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 16-5/7-672/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər RİHB İsmayılbəyli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 09 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-041F KOD 61114028 nömrəli şəhadətnaməyə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı ilə X12 və onun ailə üzvləri - X15, İddiaçı, X8, X11 və X6 Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0.42 ha torpaq sahəsi üzərində İddiaçı, X15, X12, X8, X11 və X4 ümumi birgə mülkiyyət hüquqları, eyni zamanda həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 126.4 kv.m olan fərdi yaşayış evi üzərində isə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
32. Hazırkı mübahisə Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata X8, X11 və X13 adlı şəxslərin mülkiyyətçilər sırasından çıxarılması ilə bağlı düzəliş edilməsi ilə bağlıdır.
33. Belə ki, İddiaçı X8, X11 və X13 adlı şəxslərin adlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-041F kod 61114028 saylı şəhadətnamədə qanunsuz və əsassız göstərildiyini, həmin şəxslərin onun ailə üzvləri olmadığını və onların Tərtər rayonu, İsmayılbəyli kəndində ümumiyyətlə qeydiyyatda olmadıqlarını və yaşamadıqlarını əsas gətirərək, hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu isə onlara məxsus həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-041F saylı şəhadətnamədə hansı səbəbdən ailə üzvləri olmayan şəxslərin adlarının yazılmasının onlara məlum olmadığını, həmin uyğunsuzluğun düzəldilərək ailə üzvləri olmayan şəxslərin adlarının JN-041F saylı şəhadətnamədən çıxarılaraq onların adlarına dövlət reyestrindən çıxarışın verilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığını bildirmişdir.
34. Məhkəmə mübahisə ilə bağlı sorğular nəticəsində əldə etdiyi sənədlərlə müəyyən etmişdir ki, Tərtər rayonunun İsmayılbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə aid subyekt siyahısında X5 ailə üzvü qismində İddiaçı və X15 ilə yanaşı, X8, X11 və X4 adı qeyd edilmişdir. Lakin İddiaçı təsərrüfatında X8, X11 və X13 adda şəxslər ailə üzvü kimi qeydə alınmamış, həmin adda şəxslər Tərtər rayonu, İsmayıbəyli kəndində qeydiyyatda olmamış və yaşamamışlar. Eyni zamanda, X2 avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən X8, X11 və X13 adlı şəxslərin doğumları, eyni zamanda İddiaçınn övladları olması haqqında hər hansı məlumat aşkar olunmamışdır.
35. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
36. Göründüyü kimi, Tərtər rayonu, İsmayılbəyli kəndində aqrar islahat aparılan zaman X8, X11 və X13 adlı şəxslər həmin kənddə yaşamamış, qeydiyyatda olmamış, habelə iddiaçının ailə üzvləri (övladları) olmamışlar.
37. Məhkəmə araşdırmaları ilə müəyyən edilir ki, ümumiyyətlə, bu adlarda şəxslər faktiki olaraq fiziki şəxs olaraq mövcud olmamışlar. Görünür ki, islahat zamanı həmin şəxslərin adları texniki səhv olaraq X5 təsərrüfatında və Torpağın mülkiyyətə verilməsinə dair JN-041F kod 61114028 saylı şəhadətnamədə qeyd edilmişdir.
38. Belə olan halda məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-041F KOD 61114028 nömrəli şəhadətnamədə mülkiyyətçilər siyahısında X8, X11 və X4 adlarının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin şəhadətnamə əsasında Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə aparılmış qeydiyyata düzəliş edilməsində iddiaçı haqlıdır.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
41. Məhkəmə onu da qeyd edir ki, iddia tələbində xx.xx.2023-cü il tarixdə verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X8, X11 və X4 adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılmasını xahiş etsə də, əslində hüquqi marağı qanunun tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış əsasında Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəlişin edilərək X8, X11 və X4 adlarının mülkiyyətçiləri sırasından çıxarılmasından ibarətdir və bu hal tələbin ifadə tərzi ilə bağlıdır.
42. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. Həmçinin, işdə olan sənədlərlə müəyyən edilir ki, X12 xx.xx.2014-cü il tarixdə, X15 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişlər və qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-1215 reyestr nömrəli və 2V-1216 reyestr nömrəli şəhadətnamələrə əsasən İddiaçı X5 və X9 qanun üzrə vərəsəsi kimi tanınaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.42 ha torpaq sahəsinin X7 məxsus 0.07 ha və X14 məxsus 0.07 ha hissəsindən miras irs almışdır.
44. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tələbində onun və ailəsinin (X12, X15 və İddiaçı) qanuni istifadəsində olan 0.42 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsini tələb etsə də, X12 və X15 vəfat etdiklərindən və iddiaçı onların qanuni vərəsəsi olduğundan bu barədə sənədlərini cavabdeh orqana təqdim etməklə, öz adına mülkiyyət hüququna dair müvafiq sənədləri ala bilər. Ona görə də, tələb həmin hissədə təmin edilməməlidir.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış əsasında Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək, X8, X11 və X4 adlarının mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia onun və ailəsinin (X12, X15 və İddiaçı) qanuni istifadəsində olan 0.42 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva