Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2850/2025 22.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Daşkəsən rayonu Qaraqullar bələdiyyəsi) qarşı “Daşkəsən rayonu, Çanaqçı kəndində 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Daşkəsən rayonu Canaqçı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Daşkəsən rayonu Canaqçı bələdiyyəsinin hesabına 19 manat məbləğində ödəniş edilmişdir. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixində Daşkəsən rayon torpaq şöbəsində 1526 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Gəncə şəhərində yaşayan İddiaçı istifadəsində olan torpaq sahəsinə dair təqdim edilmiş torpaq ayırma sənədlərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəşkəsən rayon şöbəsində baxılmışdır. Ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Daşkəsən rayonu Canaqçı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsi İddiaçı istifadəsində olmaqla Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşir. Ona görə də, İddiaçı İddiaçı istifadəsində olan 1200 kv.m torpaq sahəsi üçün «Torpaq sahəsinin planı və ölçüsü» 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin rayon şöbəsi etiraz etmir. Həmin torpaq sahəsinə dair A seriyalı 531664 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2015-ci il tarixdə 2344 nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-A-0124-8/2025 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə **********44 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və bələdiyyədən alqı-satqı yolu ilə aldığı Daşkəsən rayonu, Çanaqçı kəndində 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.İddiaçı Çanaqçı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli №10 nömrəli qərarı ilə ayrılmış fərdi yaşayış evi tikmək üçün həyətyanı 0.12 ha torpaq sahəsinə, arxiv sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə işlənmiş **********0018 reyestr nömrəli “Torpaq sahəsinin katasdr planı" nın koordinatları ilə təyin edilmiş torpaq sahəsinin koordinatları.döngə nöqtələri və sərhədləri baza məlumatlarında dəqiqləşdirildi. 1999-cu il tarixli Daşkəsən rayonu Çanaqçı TəsərülTatının Ərazisində X5 Dair Kompleksi Ycrquruluşu Lahiyəsində bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisi kimi göstərilmişdir. Yeni elektron baza məlumatlarında mülkiyyət növü bələdiyyə olmaqla.islahat uqodiyası təmiz örüş ərazidir. 2.İddiaçı Çanaqçı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli №10 nömrəli qərarı ilə ayrılmış fərdi yaşayış evi tikmək üçün həyətyanı 0.12 ha torpaq sahəsinə, arxiv sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə işlənmiş **********0018 reyestr nömrəli “Torpaq sahəsinin katasdr planı" nın koordinatları ilə təyin edilmiş torpaq sahəsi üzərində hər hansı şəxslərin və ya orqanların hüquqları qeydiyyata alınmamışdır. 3.İddiaçı Çanaqçı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli №10 nömrəli qərarı ilə ayrılmış fərdi yaşayış evi tikmək üçün həyətyanı 0.12 ha torpaq sahəsinə, arxiv sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə işlənmiş **********0018 reyestr nömrəli “Torpaq sahəsinin katasdr planı” nın koordinatları ilə təyin edilmiş torpaq sahəsinin koordinatları döngə nöqtələri və sərhədləri baza məlumatlarına əsasən sərhədləri üzərindən,hava məkanından elektirik xətti keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlarına istinadən, başqa mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı.Google foto məlumatlarında torpaq sahəsinin sərhədinin 4-5 m-lik məsafəsindən çay keçdiyi görsənir. 4.İddiaçı Çanaqçı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli №10 nömrəli qərarı ilə ayrılmış fərdi yaşayış evi tikmək üçün həyətyanı 0.12 ha torpaq sahəsinə, arxiv sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə işlənmiş **********0018 reyestr nömrəli “Torpaq sahəsinin katasdr planı” nın koordinatları ilə təyin edilmiş torpaq sahəsi üzərində hər hansı şəxslərin və ya orqanların hüquqları qeydiyyata alınmamışdır.Üst-üstə düşmə halı müəyyən edilmədi. 5.İddiaçı faktiki istifadəsi olmadığı üçün suallara cavab “Torpaq sahəsinin katasdr planı” nın koordinatları ilə təyin edilmiş torpaq sahəsinə aid cavab verildi. 6.İddiaçı faktiki istifadəsi olmadığı üçün tikilinin olub olmaması müəyyən edilə bilinmədi. 7.İddiaçı faktiki istifadəsi olmadığı üçün tikilinin.təyin edilmiş torpaq sahəsindən kənara düşüb-düşməməsi müəyyən edilə bilinmədi. 8.İddiaçı Çanaqçı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli №10 nömrəli qərarı ilə ayrılmış fərdi yaşayış evi tikmək üçün həyətyanı 0.12 ha torpaq sahəsinə, arxiv sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə işlənmiş **********0018 reyestr nömrəli “Torpaq sahəsinin katasdr planı” nın koordinatları ilə təyin edilmiş torpaq sahəsi ayrılan zaman 1999-cu il tarixli Daşkəsən rayonu Çanaqçı Təsərüffatınm Ərazisində X5 X6 Lahiyəsinə əsasən örüş ərazi olmuşdur. 9.İddiaçı faktiki istifadəsi olmadığı üçün tərtib edilmiş A№531664 uçot nömrəli “Torpaq sahəsinin katasdr planı” nı X4 uyğunluğu və ya uyğunsuzluğu müəyyən edilə bilinmədi. 10.İddiaçı faktiki istifadəsi olmadığı üçün tərtib edilmiş A№531664 uçot nömrəli “Torpaq sahəsinin katasdr planı” nı X2 1.10000 miqyasa uyğunluğu və ya uyğunsuzluğu müəyyən edilə bilinmədi. 11.İddiaçı faktiki istifadəsi olmadığı üçün tərtib edilmiş A№531664 uçot nömrəli “Torpaq sahəsinin katasdr planı” nı X2 1:10000 miqyasa uyğunluğu və ya uyğunsuzluğu müəyyən edilə bilinmədi. 12.İddiaçı Çanaqçı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli №10 nömrəli qərarı ilə aynimış fərdi yaşayış evi tikmək üçün həyətyanı 0.12 ha torpaq sahəsinə, arxiv sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə işlənmiş **********0018 reyestr nömrəli “Torpaq sahəsinin katasdr planı” nın koordinatları ilə təyin edilmiş torpaq sahəsi baza məlumatlarına əsasən üzərində hər hansı şəxslərin və ya orqanların hüquqları qeydiyyata alınmamışdır.Üst-üstə düşmə halı müəyyən edilmədi. 13.Rəy hazırlanması 1999-cu il tarixli Daşkəsən rayonu Çanaqçı Tesərüffatının Ərazisində X5 X6 Lahiyəsinə və Yeni elektron xəritə məlumatlarına istinad edilmişdir.. İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşkəsən rayonu Canaqçı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Daşkəsən rayonu Canaqçı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 saylı qərar ilə həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan təqdim edilmiş torpaq sahəsinin elektron baza və xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 716/2024 saylı qərarında ifadə edilmiş mövqeyə əsasən: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir.Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Daşkəsən rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. 2007-ci ildə torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinidə əsas götürməklə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasında imtina belə olan halda iddiaçının etimad hüququnun pozulmasına səbəb olur. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı izahatında faktiki istifadənin olmadığını qeyd etsə də, məhkəmə buna münasibətdə qeyd edir ki, A №531664 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi naturada mövcuddur və naturada mövcud olan torpaq sahəsində digər şəxslərlə üst-üstə düşmə halı mövcud deyildir.Belə olan halda məhkəmə hesab edir ki, №531664 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Daşkəsən rayonu Canaqçı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva