Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2860/2024 18.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı kompensasiyanın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti) qarşı kompensasiyanın verilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22 oktyabr 2022-ci ildə SHXÇDX-nin Ağstafa rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq tibbi müayinələrdən keçmiş və hərbi xidmət keçmək üçün ordu sıralarına yollanmışdır. 26.11 2022-ci il tarixli, N №-lı, əmrlə N №-li hərbi hissədə atıcı ixtisası üzrə kurs keçmişdir. 15 avqust 2023-cü il tarixində hərbi xidmətdən xəstəliklər cədvəlinin İİ qrafasının "?" maddəsinə əsasən "aşıq qayıqvari oynaqların birinci mərhələ osteoartozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı" diaqnozlu ümumi xəstəliklə hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilərək ordu sıralarından tərxis olunmuşdur. İddiaçı qeyd edir ki, 11 ay xidmət keçmişdir və xidməti müddətində orduya yararsız hesab edilmişdir. İddiaçı məhkəmədən 15 avqust 2023-cü il tarixində hərbi xidmətdən xəstəliklər cədvəlinin İİ qrafasının "?" maddəsinə əsasən hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı hesab edilərək ordu sıralarından tərxis olunmağını nəzərə alaraq ona müvafiq olaraq kompensasiyanın verilməsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(114)-2860/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı kompensasiyanın verilməsi tələbinə dair iş üzrə iddiaçının “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti üçüncü şəxs qismində cəlb edilməsi” barədə vəsatətin təmin edilməsindən imtina olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 noyabr 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3cü maddəsi). Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərərək, iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın mümkün hesab olunmamasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli hərbi bilet; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-53679/2024 saylı məktub; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17/2-H-478-31/24 saylı məktub; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-94/2-H-552/41/23 saylı məktub; -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-199508/2024 etiraz. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandarinin N nömrəli əmri ilə müəyyən olunur ki, E. Heydərli Müdafiə Nazirliyinin X1 Hərbi-Həkim komissyasının xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən sülh dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edildiyinə görə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş üzrə icraat materialarına əlavə edilmiş Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2023cü il tarixli Qərarına əsasən Ağstafa rayon mərkəzi xəstəxanasının həkim-radioloqu X3 əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. İş üzrə icraat materillarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü tarixli məktubuna əsasən, müəyyən olunur ki, həqiqi hərbi xidmətə yararlılıq barədə qərar Ağstafa rayon Mərkəzi Xestaxanasının xx.xx.2022-ci il tarixli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" asasında qəbul edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elketron X2 altsistemi məlumatlarına əsasən E. Heydərliyə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Hərbi qulluqçuların statusu haqqında Qanun: Maddə 27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövrundə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrinı yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında Qanun: Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələr hesab edilir və onlara görə, sığorta ödənişləri bu Qanunun 4, 1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldukdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz: b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz: ç) hərbi xidmət vəzifələrini (xidmətı vəzifələn) yennə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi harbi-xidmat (toplanış) dövründə xəstələnməsinə görə həqiqi harbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 60 faiz, - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz, - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi organ (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina 8.1.3 baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanı: 2.7. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Bildiririk ki, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli 1718 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinin aşağıdakı verilməsi qərara alınmışdır.
27. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir, Aşağıdakı məzmunda 2.8-ci bənd və 2-1-ci hissə əlavə edilsin: 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlili onu göstərir ki, sığorta ödənişinin verilməsi sığorta hadisəsinin baş veriməsi ilə şərtləndirilməlidir. Lakin hazırki mübahisədə iş üzrə icraat materiallarına əlavə olunmuş sənədlərdən də müəyyən olunur ki, sığorta hadisəsi baş verməmişdir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apelyasiya şikayəti verilə bilər.
Hakim: Emin Axundov