Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2864/2023 16.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə qarşı üçüncü şəxslər X11, X5, X6, X9, X10 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)- 1169/2009 nömrəli qərardadı ilə İddiaçı öz iddiasından imtina etməsi qəbul olunmuş, İddiaçı ilə X5 arasında qərarın təsviri hissəsində göstərilən şərtlərlə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, İddiaçı 5000 manat alınıb X3 verilməsi, X2 ünvan 1-yə olan istifadə hüququna xitam verilməsi və onun həmin evin pasport qeydiyyatından çıxarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 1052 nömrəli arayışına əsasən X11, X5, X6, X9, X10 və X1 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 7, mənzil 20 ünvanında qeydiyyatdadırlar, ancaq həmin ünvanda yaşamırlar.
4. Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1998-ci il təvəllüdlü X11, xx.xx.1977-ci il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.1999-cu il təvəllüdlü X10 və xx.xx.1997-ci il təvəllüdlü X1 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 7, mənzil 20 ünvanında qeydiyyatdadır.
5. İddiaçı X11, X5, X6, X9, X10 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Gəncə şəhəri Baş Polis İdarəsinə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
6. Məhkəmənin sorğusuna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(043)-1169/2009 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı cavabdeh X3 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia ərizəsi üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1169/2009 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad işdə iştirak edən şəxslərə təqdim edilmiş, qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir.
7. Məhkəmənin sorğusuna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(043)-1169/2009 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı cavabdeh X3 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia ərizəsi üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1169/2009 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad işdə iştirak edən şəxslərə təqdim edilmiş, lakin qərardaddan icra edilməsi üçün məhkəməyə müraciət edilməmişdir.
8. Məhkəmənin sorğusuna Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 95 nömrəli cavab məktubunda bildirilmişdir ki, İcra İdarəsinin icraatına Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1169/2009 nömrəli icra sənədi daxil olmamışdır. II. Məhkəmədə icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X5, X6, X9, X10 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir və bu barədə ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (SERİYA MA 0106881) çıxarış vardır. Üçüncü şəxslərdən X5 onun qızı, X11, X9 və X10 onun nəvələri olmaqla Nurlana Əliyevanın övladları, digər üçüncü şəxslər X6 və X8 onun digər övladından olan nəvələridir. Üçüncü şəxslərin evdən istifadə hüquqlarının olmamasına baxmayaraq pasport qeydiyyatında qalmaqda davam edirlər. Bundan əlavə bildirir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-1169/2009 saylı qərardadı ilə X2 mübahisəli mənzilə istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılması qərara alınmışdır. Lakin pul ödənilməsinə baxmayaraq məhkəmə qərarı icra olunmamış və N.Əliyeva pasport qeydiyyatından çıxarılmamışdır. Digər üçüncü şəxslər isə onun nəvələri olmaqla heç bir gün də həmin mənzildə yaşamamışlar və valideynləri qeydiyyatda olduğuna görə həmin mənzilə qeydiyyata düşmüşlər. O, üçüncü şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də cavabdeh inzibati orqan əsassız yerə onların pasport qeydiyyatlarının ləğvindən imtina etmişdir. Odur ki, hazırda pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
13. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
14. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11, X5, X6, X9, X10 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
21. İddiaçı xx.xx.2023-cü il tarixli iclasında iddia tələbini dəqiqləşdirərək, üçüncü şəxslər X11, X5, X6, X9, X10 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə üçüncü şəxslərə sms-xəbərdarlıq da göndərilmişdir.
24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
25. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, iddia ərizəsində X6 və X4 onun nəvələri olmasının göstərilməsi texniki səhv olmuşdur. Həmin şəxslər onun bacısı uşaqlarıdır və uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. O, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1169/2009 nömrəli qərardadını icra edərək, barışıq sazişində göstərilən 5000 manat məbləğində pulu X3 ödəmiş, X5 isə həmin qərardadda öz üzərinə götürməsinə və öz yaşayış yerinin olmasına baxmayaraq, ona məxsus evdən qeydiyyatdan çıxmamışdır.
28. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)- 1169/2009 nömrəli qərardadı; - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(043)-1169/2009 nömrəli və xx.xx.2023-cü il tarixli 2(043)-1169/2009 nömrəli məktubları; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 1052 nömrəli arayışı; - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 95 nömrəli məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ünvan 1 ünvanında yerləşən ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.1998-ci il təvəllüdlü X11, xx.xx.1977-ci il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.1999-cu il təvəllüdlü X10 və xx.xx.1997-ci il təvəllüdlü X8 iddiaçıya məxsus sözügedən mənzildə qeydiyyatdadırlar.
32. Üçüncü şəxslərdən X5 İddiaçı qızı, üçüncü şəxslər X11, X9, X10 isə onun övladlarıdır.
33. İddiaçı 2009-cu ildə X3 qarşı onun ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüququnun itirilməsi və həmin evdən pasport qeydiyyatından çıxarılması barədə məhkəmədə iddia qaldırmış və tərəflər arasındakı mübahisənin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-1169/2009 nömrəli qərardadı ilə nəticələnmişdir. Həmin qərardadla İddiaçı öz iddiasından imtina etməsi qəbul olunmuş, İddiaçı ilə X5 arasında “
34. İddiaçı 5000 manat alınıb X3 verilməsi, X2 ünvan 1-yə olan istifadə hüququna xitam verilməsi və onun həmin evin pasport qeydiyyatından çıxarılması” barədə şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır.
35. İddiaçı tərəfindən həmin barışıq sazişində nəzərdə tutulan məbləğin X3 verilməsinə baxmayaraq, sonuncu həmin mənzildən qeydiyyatdan çıxmamış, o və eyni zamanda övladları - X11, X9, X10 iddiaçıya məxsus mənzildə yaşamamalarına baxmayaraq qeydiyyatda qalmağa davam etmişlər.
36. Digər üçüncü şəxslər X8 və X6 isə iddiaçının bacısı uşaqları olmaqla, sözügedən mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar.
37. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
38. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatının formal olduğunu və bunun onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
40. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
42. Göründüyü kimi, üçüncü şəxs X5 iddiaçı ilə bağladığı və məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququndan 5000 manat müqabilində imtina edərək, qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin bunu etməmişdir. X2 övladları - X11, X9 və X10 onun qeydiyyat ünvanı üzrə qeydiyyata alındıqlarından və sonuncu da həmin mənzilə olan istifadə hüququndan imtina etdiyindən X11, X9 və X7 da həmin mənzildən istifadə hüquqları mövcud deyildir.
43. Digər üçüncü şəxslər X8 və X6 isə iddiaçının bacısı uşaqları olmaqla, onun ailə üzvləri sırasına daxil deyildir. Bu halda, onların mübahisəli mənzildən istifadə hüquqları da yoxdur.
44. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə formal qeydiyyatda qalması isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.
45. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
46. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X11, X5, X6, X9, X10 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva