Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2868/2022 29.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı oğlunun Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 170-6799P- 3222 nömrəli məktubu ilə Kəlbəcər pasport qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışıldır ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri əsasında digər rayonlardan qeydiyyata alınma və qeydiyyatdan çıxarılma işğaldan azad olunmuş rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kəlbəcər rayonu, Yeni Həyat küçəsindəki 05 nömrəli evə qeydiyyata alınmasından imtinası qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh üzərinə iddiaçının həmin ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X1 rayonundan olan məcburi köçkündür. O, Kəlbəcər şəhəri, Yeni Həyat küçəsi, ev 05 ünvanda rəsmi qeydiyyatdadır. İddiaçı 2003-cü ildə onunla faktiki nikaha girərək ailə qurub. Faktiki nikahlarından 02 fevral 2004-cü ildə Gülnarə adlı uşaqları doğulub. Nikahlarını 10 avqust 2007-ci ildə rəsmiləşdiriblər. Qızları Gülnarəyə məcburi köçkün vəsiqəsinin verilməsi üçün Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin imtina cavabı almışlar. İmtina cavabı onunla əsaslandırılıb ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar" m 4.1,6-cı maddəsinə əsasən uşaqları Gülnarəyə məcburi köçkün vəsiqəsinin verilməsi üçün uşağın anası olaraq iddiaçının da Kəlbəcər rayonuna qeydiyyata alınması vacibdir. Buna görə də iddiaçı, Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Cavabdehnə rəsmi qaydada müraciət edərək, ərinin daimi yaşayış yeri olan Kəlbəcər şəhəri, Yeni Həyat küçəsindəki 05 saylı evə qeydiyyata alınmasını xahiş edib. Lakin Cavabdeh 01 avqust 2022ci il tarixli, ***-**** P-3222 nömrəli cavab məktubu ilə onu ərinin ünvanına qeydə almaqdan imtina edib. Cavabdeh həmin məktubunda iddiaçını öz ərinin ünvanına qeydiyyata almaqdan imtinanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 13 noyabr 2020-ci il tarixli əmri ilə əsaslandırmış və qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin həmin əmri ilə digər rayonlardan qeydiyyata alınma və qeydiyyatdan çıxarılma işğaldan azad olunmuş rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 29 noyabr 2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşlar (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına « Nikah haqqında » xx.xx.2007-ci il tarixli, AZ-İ 329911 nömrəli şəhadətnamənin surəti, Cavabdeh xx.xx.2022-ci il tarixli, 170-6799P-3222 nömrəli məktubunun surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2015-ci il tarixli, AA 336961 nömrəli məcburi köçkün vəsiqəsinin surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi İddiaçı onun, əri X3 qeydiyyatda olduğu ünvan 4 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 170-6799P-3222 nömrəli məktubda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri əsasında digər rayonlardan qeydiyyata alınma və qeydiyyatdan çıxarılma işğaldan azad olunmuş rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun;
1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
2. maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
5. maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Bununla yanaşı iş materiallarında olan elektron şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, İddiaçı hazırda Qax rayonu, Zəyəm kəndində qeydiyyatdadır. Hazırda qeydiyyatda olan şəxsin iddia ərizəsində tələb etdiyi ünvana qeydiyyata alınmaması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı oğlunun Cavabdehnə qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddiaçı oğlunun Cavabdehnə qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov